Səhər saatlarında ağır qəza – Yaralılar var
Goranboyda yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Goranboy-Tərtər yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan “VAZ 21011″ilə “Nissan” markalı avtomobillər toqquşub. Qəza zamanı 5 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib, yaralıların vəziyyətlərinin kafi olduğu bildirilib. Xəsarət alanlar 2003-cü il təvəllüdlü R.Şükürov, 2008-ci il təvəllüdlü İ.Furidinli, 1955-ci il təvəllüdlü M.Kərimov, 2002-ci il təvəllüdlü N.Məmmədov və 1990-cı il M.Baxışəliyevdir. Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.(APA)
Read More