Vətəndaşlar köməksiz vəziyyətdə qaldı -VİDEO
Xocalı rayonunun Baharlı kəndi ərazisindən keçən hissəsində yolların buz bağlaması səbəbindən vətəndaşlar avtomobillərdə köməksiz vəziyyətdə qalıblar.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib
Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şuşa Şəhər Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.
Yanğınsöndürən-xilasedicilər tərəfindən yolun buz bağlaması səbəbindən yolun kənarına sürüşərək hərəkətini davam etdirə bilməyən “MERCEDES” markalı minik avtomobilində olan vətəndaşlar xüsusi təyinatlı nəqliyyat vasitəsi ilə təhlükəsiz əraziyə təxliyə edilib.
Bundan başqa, yolun buz bağlaması səbəbindən hərəkətini davam etdirə bilməyən “CHEVROLET” markalı minik avtomobilinin hərəkəti təmin edilib.

