Bakıda ağır qəza: ölən var
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə martın 2-də Yasamal rayonu Şərifzadə küçəsində qeydə alınıb.
Belə ki, 2000-ci il təvəllüdlü Ağayev Elnur Elşən oğlu idarə etdiyi “BYD” markalı avtomobillə hərəkətdə olarkən piyada keçidi üzərində velosiped sürən 1975-ci il təvəllüdlü Vahabov Natiq Vəli oğlunu vurub. Nəticədə velosipedçi aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır./teleqraf

