Tərtərdə qazinin xəsarət yetirdiyi şəxs ölüb
Tərtərdə 50 yaşlı kişi qətlə yetirilib. Bu barədə “Qafqazinfo”ya DİN-in Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib. Bildirilib ki, oktyabrın 2-də saat 22 radələrində Tərtər rayonunda 1974-cü il təvəllüdlü Abdullayev Yaşar Nadir oğlunun üzərində xəsarətlərlə xəstəxanaya daxil olması və göstərilən tibbi müdaxilələrə baxmayaraq ölməsi barədə polisə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən 1994-cü il təvəllüdlü Qayıbov İnqilab Ələsgər oğlu müəyyən olunaraq saxlanılıb. Qeyd edək ki, İ.Qayıbov İkinci Qarabağ müharibəsi iştirakçısıdır.
Read More