Hadisə 

Bakıda iki nəfərdən 12 kiloqram narkotik vasitə aşkarlanıbVİDEO

Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb.

Bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyatlar nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan əvvəllər məhkum olunmuş Ümid Hacıyev və Niyaməddin Rəsulov saxlanılıblar.

Onlardan 7 kiloqramdan artıq heroin, tiryək, marixuana və metamfetamin aşkarlanıb. Saxlanılan şəxslər narkotikləri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşlarından satışını həyata keçirmək məqsədi ilə əldə ediblər.

Qeyd edək ki, Nəsimi rayonunda son günlər keçirilən silsilə tədbirlər zamanı narkotiklərlə əlaqəli 29 fakt aşkarlanıb. Ümumilikdə 12 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.

Daha çox xəbərlər