Hadisə 

Azərbaycanda qayınanasını baltalayaraq qaçan gəlinin meyiti tapıldı

Bir müddət əvvəl Daşkəsəndə qayınanasını baltalayaraq qaçan gəlinin ötən gün meyiti tapılıb. Oxu.Az-ın əldə etdiyi məlumata əsasən Səidə Həsənovanın meyiti qayınanasını baltaladığı evdən təxminən 500 metr uzaqda, kolluq ərazidə tapılıb. Üzərində zorakılıq əlamətləri olmadığı üçün intihar etdiyi ehtimal edilir. S.Həsənovanın meyiti iki-üç gün əvvəl aşkar edilsə də, dünən dəfn edilib. Xatırladaq ki, hadisə 27 iyul tarixində baş verib. Belə ki, qayınanası Tahirə Qurbanovanı baltalayaraq hadisə yerindən qaçan gəlin S.Həsənova qadının oğlu Nofəl Qurbanovun üçüncü arvadı olub. Hadisəyə səbəb kimi T.Qurbanovanın oğlunun evə həyat yoldaşı kimi gətirdiyi xanımı öz gəlini kimi…

Read More
Hadisə 

Qubada qəzada xəsarət alanların SON VƏZİYYƏTİ AÇIQLANDI

Qubada baş verən yol qəzaslnda xəsarət alanların sayı 12-yə çatıb. Bu barədə TƏBİB-dən məlumat verilib. Bildirilir ki, yaralların hər birinə zəruri tibbi xidmət göstərilib, hazırda müalicələri tibb müəssisəsinin müvafiq şöbələrində davam etdirilir. “29.08.2024-cü il tarixində saat 08:00 radələrində Quba-Xaçmaz yolunda baş vermiş yol-nəqliyyat hadisəsi səbəbilə 12 nəfər (7-si qadın cinsli, 5-i kişi cinsli olmaqla) müxtəlif bədən xəsarətləri ilə Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım bölməsinə hospitalizasiya olunub. Onlardan 6 nəfərin vəziyyəti ağır, digər 6 nəfərin vəziyyəti isə qənaətbəxş olaraq qiymətləndirilir”, – məlumatda qeyd olunub. Qeyd edək ki, qəza nəticəsində…

Read More
Hadisə 

Azərbaycan polisi ƏMƏLİYYAT KEÇİRDİ

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə avqustun 28-də ölkə üzrə ümumi çəkisi 66,4 kiloqramdan çox narkotik vasitə aşkar olunaraq götürülüb. Bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 2,5 kiloqrama yaxın heroin, 62,7 kiloqrama yaxın marixuana, 1,2 kiloqrama yaxın tiryək, həmçinin kultivasiya yolu ilə yetişdirilmiş 30 ədəd çətənə kolu və 14 preqabalin və 20 ədəd tramadol həbi olub. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Read More
Hadisə 

Kərbəlada daha bir Azərbaycan vətəndaşı öldü

İraqın Kərbəla şəhərində ziyarətdə olan daha bir Azərbaycan vətəndaşı vəfat edib. “Qafqazinfo” xəbər verir ki, Masallı rayon Mollalı kənd sakini Hacı Gülhüseyn dünən Kərbəlada dünyasını dəyişib.   Onun harada dəfn ediləcəyi barədə hələlik məlumat verilməyib. Qeyd edək ki, dünən Kərbəlada Bakı şəhər Sabunçu rayon sakini Hacı Dəyanət də vəfat edib. Öncəki günlərdə isə ziyarətdə olan Bakı şəhər sakinləri Kərbəlayi Elşən və Hacı Rafiq də orada dünyalarını dəyişiblər.

Read More
Hadisə 

Azərbaycanda içi sərnişinlə dolu olan mikroavtobus qəzaya düşdü: ölən və xəsarət alanlar var

Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Musavat.com-a verilən məlumata görə, avqustun 29-u səhər saatlarında Quba rayonunun Hacıhüseynli kəndi ərazisində “Mercedes” markalı sərnişin mikroavtobusu ilə “Chevrolet” markalı minik avtomobili toqquşub. Qəza nəticəsində 1 nəfər ölüb, 8 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırmalar davam etdirilir.

Read More
Hadisə 

Yük maşını körpüdən dəmir yoluna aşdı: ölənlər var – FOTO

Bakı-Quba yolunda ölümlə nəticələnən yol qəzası baş verib. Bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyinin (DİN) Quba regional qrupundan məlumat verilib. Bildirilib ki, avqustun 29-u səhər saatlarında Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhəddi avtomobil yolunun Şabran rayonu ərazisindən keçən hissəsində “DAF” markalı yük avtomobilinin sürücüsü idarəetməni itirib və avtomobil körpüdən aşıb. Qəza nəticəsində avtomobilin ön hissəsi yanıb, sürücü və sərnişin aldığı xəsarətlərdən hadisə yerində ölüblər. Faktla bağlı araşdırmalar davam etdirilir.

Read More
Hadisə 

Azərbaycanda ŞOK OLAY: saxta sürücülük vəsiqəsi verib əslini aldı

Azərbaycanda saxta sürücülük vəsiqəsi ilə əsl vəsiqə alan şəxsə cinayət işi açılıb. Vətəndaş Samir Ələkbərov (ad və soyad şərti) Rusiyada pul müqabilində saxta sürücülük vəsiqəsi əldə edib. O, Azərbaycana qayıdandan sonra həmin saxta sənəd əsasında orijinal sürücülük vəsiqəsi almaq istəyib. Bu məqsədlə həmin saxta sənədi Bakının Nərimanov rayonunda yerləşən “Asan Xidmət” Mərkəzinin aidiyyatı şöbəsinə təqdim edib. Bununla da əsl sürücülük vəsiqəsini ala bilib. Bundan başqa, S. Ələkbərov əldə etdiyi əsl sürücülük vəsiqəsinin 1 illik etibarlılıq müddətini yeniləməkdən ötrü bu dəfə Sumqayıt şəhərindəki “Asan Xidmət” Mərkəzinə yaxınlaşıb. O, bu dəfə də…

Read More
Hadisə 

Qubadlıda açıq ərazidə yanğın oldu -VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qubadlı rayonu, Xəndək kəndində yanğın baş verməsi barədə məlumat daxil olub. Bu barədə Moderator.az-a FHN-dən məlumat verilib. Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində açıq ərazidə baş vermiş yanğın geniş sahələrə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində təxminən 20 hektar sahədə quru ot, kol-kos və seyrək ağaclıq yanıb. Ətraf ərazilər yanğından mühafizə olunub.  

Read More
Hadisə 

Tovuzda vəkil bürosunda əməliyyat keçirildi – Cinayət işi başlandı

Tovuz rayon Vəkil Bürosunun müdiri Abdullayev Rəşad Tapdıq oğlu və həmin qurumun vəkili Əliyev Süleyman Hüseynqulu oğlunun qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb. ARANTV.AZ  xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Vəkillər Kollegiyasının birgə məlumatında deyilir. Bildirilib ki, əməliyyat-istintaq tədbirləri ilə Rəşad Abdullayevin 2023-2024-cü illər ərzində ayrı-ayrı hallarda birbaşa və Süleyman Əliyevlə qabaqcadan əlbir olmaqla məhkəmənin icraatında olan müxtəlif cinayət və mülki işlər üzrə…

Read More
Hadisə 

Baş İdarə əməliyyat keçirib, 22 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Baş Narkotiklərlə Mübarizə İdarəsinin növbəti əməliyyatları zamanı 22 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb. Bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının paytaxt ərazisində keçirdikləri növbəti tədbirlər nəticəsində narkotiklərin satışı və qanunsuz dövriyyəsini təşkil edən dəstə üzvləri – əvvəllər məhkum olunmuşlar Sənan Cəfərov, İlkin Əhmədov və Səfiyar Allahyarov saxlanılıblar. Onların üzərindən, ev və avtomobillərindən 22 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana və 297 ədəd metadon həbi aşkarlanıb. Hər üç şəxs ifadələrində maddi qazanc əldə etmək məqsədi ilə narkotiklərin satışını həyata keçirdiklərini…

Read More