Hadisə 

Azər Baxşiyev qətlə yetirildi

Cəlilabadda qətl hadisəsi baş verib. Hadisə fevralın 16-da saat 13 radələrində Cəlilabad rayonu ərazisində qeydə alınıb. Rayon sakini 52 yaşlı Azər Baxşiyev kəsici alətdən aldığı xəsarətlə xəstəxanaya çatdırılıb və orda ölüb. Cinayət əməlini törətməkdə şübhəli bilinən 24 yaşlı İbrahim Babayev polis əməkdaşları tərəfindən saxlanılıb. Qətlə yetirilən şəxsin qətli törədənin qayınatası olduğu bildirilir. Araşdırma aparılır.(apa)

Read More
Hadisə 

Bakıda uşaq evində azyaşlı qızılcadan ÖLDÜ – YENİLƏNİB

Fevralın 14-də saat 13:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Şuşa şəhərciyi, “Nur” uşaq evindən çağırış qeydə alınıb. Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib. Bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 2024-cü il təvəllüdlü azyaşlının həkiməqədər ölüm faktı qeydə alınıb.   *** Bakıda 1 yaşlı uşaq qızılcadan ölüb. Hadisə fevralın 14-də Sabunçu rayonu Ramana qəsəbəsinin ərazisində yerləşən “Nur” uşaq evində qeydə alınıb. 2024-cü il təvəllüdlü Ömür Zeyniyev qızılca xəstəliyindən ölüb. Araşdırmalar aparılır./Apa

Read More
Hadisə 

Bakıda estetik əməliyyat etdirən 43 yaşlı qadın öldü

Bakıda estetik əməliyyat etdirən qadın ölüb. Hadisə Binəqədi rayonunda baş verib. Belə ki, fevralın 10-da Səttar Bəhlulzadə küçəsində yerləşən “Medi Hall” hospitalda bədən şəkilləndirmə əməliyyatı edilən 1983-cü il təvəllüdlü Nigar İsmayılovanın vəziyyəti kəskin pisləşib. Tibbi müdaxiləyə baxmayaraq o, fevralın 13-də vəfat edib. Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır./qafqazinfo.az

Read More
Hadisə 

Tələbə qızlar dəm qazından zəhərləndi

Gəncədə zəhərlənmə hadisəsi baş verib. Hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, 2006-cı il təvəllüdlü F. Həsənova, 2006-cı il təvəllüdü İ. Mollayeva və 2005-ci il təvəllüdlü N. Musayeva zəhərlənmə diaqnozu ilə xəstəxanaya yeləşdirilib. Dərhal onlara yardım edilib, hazırda vəziyyətlərinin kafi olduğu bildirilir. Məlumata görə hər 3 şəxs Zaqatala rayon sakinləridir, onların tələbə olduqları bildirilir. Zəhərlənən şəxslər yaşadıqları evdə dəm qazından zəhərləniblər. Faktla bağlı araşdırma aparılır./apa

Read More
Hadisə 

Polis ƏMƏLİYYAT keçirdi: 64 kilo narkotiklə tutuldular – VİDEO

  Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib. Musavat.com xəbər verir ki, tədbirlərlə əvvəllər də analoji cinayətlərə görə məhkum olunmuş 25 yaşlı Emin Quliyev saxlanılıb. Ondan 43 kiloqram marixuana və 1520 ədəd psixotrop tərkibli həb aşkarlanıb. Şöbə əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri növbəti əməliyyat zamanı isə 35 yaşlı Yusif Xalıqov saxlanılıb. Ondan isə 21 kiloqram marixuana aşkarlanaraq götürülüb. Faktlarla bağlı cinayət işləri başlanılıb, hər 2 şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Read More
Hadisə 

Biləsuvarda PARTLAYIŞ – Rayon mərkəzi İŞIQSIZ QALDI

Biləsuvar şəhərində transformatorda partlayış olub. Hadisə şəhərin Bakı küçəsində qeydə alınıb. İlkin məlumata görə, hadisəyə əriyən qarın suları səbəb olub. Nəticədə rayon mərkəzinin bir hissəsində elektrik enerjisinin verilişi dayandırılıb. Ərazidə təmir-bərpa işləri aparılır. Bu işlərdən sonra işığın bərpası gözlənilir.//Report

Read More
Hadisə 

Zavod işçisi avtobusda ÖLDÜ

Sumqayıtda zavod işçisi avtobusda ölüb. Kimyaçılar qəsəbəsində yerləşən “Azərkimya İB Etilen-Polietilen” zavodunun qarşısında zavoda məxsus “İsuzu” markalı avtobusda 1968-ci il təvəllüdlü Abşeron sakini  Səlim Məmmədov qəfil vəfat edib. Onun infarktdan öldüyü bildirilib. Araşdırmalar şəhər prokurorluğu tərəfindən aparılır./qafqazinfo

Read More
Hadisə 

Şəhid anası vəfat etdi

Şəhid gizir Telman Kəlbiyevin anası vəfat edib. Musavat.com xəbər verir ki, Dilşad Kəlbiyeva 75 yaşında yaşadığı Neftçalanın Bankə qəsəbəsində həyatını itirib. Qeyd edək ki, Şəhid Kəlbiyev Telman Yadigar oğlu 1988-ci il martın 24-də Neftçala rayonu Bankə qəsəbəsində anadan olub. Azərbaycan Ordusunun giziri olan Telman Kəlbiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Telman Kəlbiyev oktyabrın 2-də Murovdağ döyüşləri zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi…

Read More
Hadisə 

Bakıda 10 yaşlı məktəbli qəfil ÖLDÜ

Bakıda məktəbli qəfil vəfat edib. Musavat.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb. 10 yaşlı Elcan Məmmədov yaşadığı evdə səhhətinin qəfil pisləşməsi səbəbindən dünyasını dəyişib. 211 saylı orta məktəbin 4-cü sinif şagirdi olan Elcanın son günlər qripə yoluxduğu bildirilib. Faktla bağlı araşdırma aparılır.

Read More
Hadisə 

Ürəyi tutan sürücü qəza törətdi – Öldü

Mingəçevir şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Musavat.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə şəhərin Cəmil Əliyev küçəsində qeydə alınıb. Belə ki, sərnişin daşıyan “Ford” markalı mikroavtobusun sürücüsü sükan arxasında qəfil vəfat edib. Nəticədə idarəetmədən çıxan nəqliyyat vasitəsi yol kənarında dayanmış minik avtomobilinə çırpılıb. İlkin ehtimala görə, mikroavtobusun sürücüsü, 1962-ci il təvəllüdlü Elxan Salahov ürək çatışmazlığından dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

Read More