Hadisə 

Şəhid anası vəfat etdi

Şəhid gizir Telman Kəlbiyevin anası vəfat edib.

Musavat.com xəbər verir ki, Dilşad Kəlbiyeva 75 yaşında yaşadığı Neftçalanın Bankə qəsəbəsində həyatını itirib.

Qeyd edək ki, Şəhid Kəlbiyev Telman Yadigar oğlu 1988-ci il martın 24-də Neftçala rayonu Bankə qəsəbəsində anadan olub. Azərbaycan Ordusunun giziri olan Telman Kəlbiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Telman Kəlbiyev oktyabrın 2-də Murovdağ döyüşləri zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün ölümündən sonra “Vətən uğrunda” , “Kəlbəcərin azad olunmasına görə” və “Vətənə xidmətə görə” ordenləri ilə təltif edilib.

şehid.jpg (57 KB)

Şahanə Rəhimli
Musavat.com

Daha çox xəbərlər