Hadisə 

Qubada qəzadan xilas olmaq istəyən motoblok sürücüsü digər avtomobilin altında qalaraq ölüb

Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. “Report”un Şimal bürosunun məlumatına görə, hadisə Quba-Xaçmaz avtomobil yolunun rayonun Barlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, 31 yaşlı Abbasov Elnur Mehdi oğlu motoblok ilə hərəkətdə olan zaman idarəetməni itirib və “VAZ-2107” markalı minik avtomobilinə çırpılıb. E.Abbasov özünü xilas etmək məqsədilə asfalt örtüyünə tullanıb, lakin H.Osmanovun idatə etdiyi “Ford Transit” markalı avtomobilin altında qalaraq ölüb. Faktla bağlı araşdırma aparılır.

Read More
Hadisə 

Abşeronda 4 avtobus yanıb külə döndü – Hadisə yerindən GÖRÜNTÜLƏR

Abşeron rayonunun Məmmədli kəndində istifadəyə yararsız avtobusların saxlandığı ərazidə yanğın baş verib. Hadisə yerinə cəlb olunan FHN qüvvələri alovu qısa müddətdə nəzarətə götürüb. Musavat.com xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Abşeron rayonu, Məmmədli kəndində yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yararsız avtobuslarda baş vermiş yanğın yayılmasına, o cümlədən digər avtobuslara keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində 35 ədəd istismara yararsız avtobusun 4 ədədi yanıb.

Read More
Hadisə 

ANAMA əməkdaşı minaya düşdü, ayağını itirdi

Ermənistanla sərhəd bölgədə yerləşən Qazax rayonunun Bala Cəfərli kəndi ərazisində noyabrın 17-də mina hadisəsi baș verib. Lent.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb.   Agentliyin əməkdaşı 1988-ci il təvəllüdlü İmamverdiyev Samir Mübariz oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib. Hadisə nəticəsində xəsarət alan əməkdaşın sağ ayağı topuq nahiyəsindən amputasiya edilib.İmamverdiyev Samir rayon mərkəzi xəstəxanasına təxliyə olunub. Vəziyyəti qənaətbəxşdir, həyati təhlükəsi yoxdur.

Read More
Hadisə 

Bakıda 15 yaşlı oğlan bıçaqlanaraq öldürüldü – Saxlanılanın isə 14 yaşı var

Noyabrın 17-də saat 22 radələrində Yasamal rayonu ərazisində 2010-cu il təvəllüdlü H. Mirzəyev kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib. Ona göstərilən tibbi müdaxilələrə baxmayaraq həyatını itirib. DİN-in Mətbuat Xidmətindən Musavat.com-a bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 2011-ci il təvəllüdlü Ə. Novruzlu saxlanılıb. Araşdırmalar davam etdirilir.

Read More
Hadisə 

Sabirabadda DƏHŞƏTLİ QƏTL: Qadın odlu silahla öldürüldü

Sabirabad rayonunda qadın odlu silahla öldürülüb, qardaşı şübhəli qismində saxlanılıb. Hadisə rayonun Qardaşkənd kəndində qeydə alınıb. Məlumata görə, kənd sakini Ülviyyə Xudaverdi qızı Məmmədova ov tüfəngindən açılan atəş nəticəsində hadisə yerində ölüb. Onun ölümündə şübhəli bilinən qardaşı, 1986-cı il təvəllüdlü Murtuz Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.//Report.az

Read More
Hadisə 

Bakıda restoranda partlayış – ÖLƏN VAR

Bakıda restoranda baş verən partlayışda xəsarət alan qadın ölüb. Hadisə noyabrın 7-də Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yerləşən “La Villa” restoranda qeydə alınıb. Belə ki, həmin restoranın mətbəxində partlayış baş verib. Nəticədə Məlahət Cəfərova xəsarət alıb. Ancaq həkimlərinə səyinə baxmayaraq, qadın noyabrın 12-də müalicə aldığı xəstəxanada ölüb. Faktla bağlı araşdırma aparılır./Report

Read More
Hadisə 

Naxçıvan aeroportunda 14 yaşlı qıza hücum etdi- Həbs olundu

Naxçıvan Beynəlxalq Hava Limanında yeniyetmə qıza qarşı xuliqanlıq edən şəxs məsuliyyətə cəlb edilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə bir neçə gün əvvəl aeroportun daxilində baş verib. Belə ki, Bakıya getmək üçün hava limanına gələn E.Süleymanov (şərti) orada adam gözləyən 2011-ci il təvəllüdlü Aytəni (şərti) görüb. O tanış olmaq məqsədilə qıza yaxınlaşıb. Lakin müsbət cavab almadığından onların arasında insident baş verib. E.Süleymanov qızın telefonla kiminləsə danışmaq istədiyini görərək ona hücum edib və mobil cihazı əlindən almağa çalışıb. Aytənin orada işləyən şəxslərdən kömək istəməsindən sonra həmin şəxs saxlanılıb. Polis onun barəsində…

Read More
Hadisə 

Astarada qəza, ölən və yaralalanlar var

Astarada yol-nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun Təngərüd kəndi ərazisində qeydə alınıb. Belə ki, Astaranın Kijəbə qəsəbə sakini Cəsarət Əliyevin idarə etdiyi “Niva” və rayonun Təngərüd kəndindən olan 1965-ci il təvəllüdlü Kamran Məmmədovun sürdüyü “Mercedes 190” markalı minik avtomobilləri toqquşub. Qəza nəticəsində K.Məmmədov hadisə yerində ölüb. “Niva”nın sürücüsü və maşında olan həmkəndlisi Fail Qüdrətov isə xəsarətlə Astara Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunublar. İlkin müayinədən sonra onlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına təxliyə ediliblər. Faktla bağlı Rayon Polis Şöbəsində araşdırma aparılır./Qafqazinfo.az/

Read More