Hadisə 

Bulvarda dənizə düşən qızı mühafizəçi belə XİLAS ETDİ: zorla ərə verilirmiş – VİDEO

Bakıda gənc qız həyatını sonlandırmaq istəyib. Məlumata görə, hadisə axşam 23:00 saatlarında Dənizkənarı Milli Parkda qeydə alınıb. Şahidlərin dediyinə görə, gənc qız məcbur ərə verildiyi üçün bu yola əl atıb. O, başqa şəxsi sevdiyindən buna cəhd edib. Özünü dənizə atan qızı Dənizkənarı Milli Parkın mühafizəçisi xilas edib.

Read More
Hadisə 

Federasiya rəhbərinin idmançı oğlu faciəvi şəkildə öldü – Foto

Azərbaycanlı idmançı Toğrul İbrahimli Ukraynada faciəvi şəkildə ölüb. “Qafqazinfo” xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Gənc kempo-karate ustası yaşadığı evin pəncərəsindən yıxılaraq həyatını itirib. Qeyd edək ki, Toğrul İbrahimli Azərbaycan Kempo Federasiyasının rəhbəri, üçqat dünya çempionu Rauf İbrahimovun oğludur. Fotoda Rauf İbrahimov

Read More
Hadisə 

Ağdərədəki yanğın zamanı mina partlayıb, xəsarət alan var

Ağdərədə baş verən yanğın zamanı mina partlayışı hadisəsi baş verib. “Report”un Qarabağ bürosunun xəbərinə görə, partlayış zamanı yanğınsöndürənlərdən biri Babək Zeynalov yaralanıb. Yaralıya ilkin tibbi yardım göstərildikdən sonra onun Bərdə Müalicə və Diaqnostika Mərkəzinə aparılması nəzərdə tutulur. Hazırda yanğının söndürülməsi işləri davam edir.

Read More
Hadisə 

Şəmkirdə 20 nəfər dönərdən zəhərlənib

Avqustun 20-i saat 18:30 radələrindən başlayaraq, zəhərlənmə əlamətləri ilə 20 nəfər (7-si kişi cinsli, 13-ü qadın cinsli, 9-u uşaq olmaqla) Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub. TƏBİB-dən “İki sahil”ə verilən məlumata görə, göstərilən tibbi yardımdan sonra 15 nəfər ambulator müalicə üçün evə buraxılıb, 5 nəfərin müalicəsi xəstəxanada davam etdirilir. Vəziyyətləri qənaətbəxş qiymətləndirilir. Şəxslərin dönərdən zəhərləndiyi ehtimal edilir. Fakt araşdırılır.

Read More
Hadisə 

Şəmkirdə zəhərlənən 20 nəfərdən 9-u azyaşlıdır

20.08.2025-ci il tarixində saat 18:30 radələrindən başlayaraq zəhərlənmə şübhəsilə 20 nəfər (7-si kişi cinsli, 13-ü qadın cinsli olmaqla) Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub. Bu barədə “Report”un Qərb bürosuna TƏBİB-dən məlumat verilib. Bildirilib ki, onlardan 9-u azyaşlıdır. Müraciət edənlərin hər birinə zəruri tibbi xidmət göstərilib. 15 nəfər ambulator müalicə üçün evə buraxılıb. 5 nəfərin isə müalicəsi xəstəxanada davam etdirilir. Vəziyyətləri qənaətbəxş qiymətləndirilir.

Read More
Hadisə 

Avtomobili ilə 2 yaşlı oğlunun üstündən keçib öldürdü – Saatlıdakı qəzanın TƏFƏRRÜATI

Lənkəran Ağır Cinayətlər Məhkəməsində azyaşlı oğlunun ölümünə səbəb olmaqda təqsirləndirilən Elşən Əskərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə E.Əskərov 5 il azadlıqdan məhrum edilib. Məhkəmə ona Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edərək, cəzasının 2 ilini şərti hesab edib. Xatırladaq ki, hadisə ötən il sentyabrın 13-də baş verib. Saatlı rayonunun Orta Muğan kənd sakini Elşən Əskərov həmkəndlisinin həyətində keçirilən toyaxşamı məclisinə getmək istəyib. O bu məqsədlə həyətində özünə məxsus VAZ-2161 markalı avtomobili işə salıb və avtomobili arxaya doğru hərəkət etdirib. Həmin vaxt…

Read More
Hadisə 

İrandan Azərbaycana 40 kq narkotik keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb. Bu barədə Musavat.com-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib. Bildirilib ki, avqust ayının 15-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətinə dövlət sərhədinin pozulması halının qarşısı alınıb. Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində xidməti ərazidən ümumi çəkisi 40 kiloqram 900 qram narkotik vasitə (37 kq 900 qram marixuana, 3 kq tiryək) 5000 ədəd narkotik tərkibli metadon M-40 həbi aşkar olunaraq götürülüb. Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Read More
Hadisə 

Tərtərdəki əməliyyatda həbs edilən məmur azadlığa buraxıldı

Tərtər Rayon İcra Hakimiyyəti Aparatının Memarlıq və Tikinti şöbəsinin rüşvət ittihamı ilə həbs edilən sabiq müdiri, baş memar Tofiq Kərimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. “Qafqazinfo”nun məlumatına görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda hökm oxunub. Məhkəmə təqsirləndirilən şəxsə külli miqdarda rüşvət alma və vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ittihamlarını əsaslı hesab etməyib. T.Kərimov dələduzluqda təqsirli bilinib. Ona bu cinayətlə 2 il azadlıqdan məhrumetmə cəzası təyin olunub. Lakin onun 2023-cü ildən həbsdə saxlanıldığı müddət nəzərə alınaraq cəzası çəkilmiş hesab edilib və məhkəmə zalından azadlığa buraxılıb. Qeyd edək ki,…

Read More
Hadisə 

Avtomobil su kanalına aşdı- Sürücü yaralandı

Saatlı rayonunda minik avtomobili su kanalına aşıb, sürücü xəsarət alıb. Hadisə Saatlı rayonunun Kamallı kəndindən keçən hissəsində qeydə alınıb. İmişli sakini Şükürov Rauf Bəxtiyar oğlu idarə etdiyi 99-UK-638 dövlət nömrə nişanlı “Opel” markalı minik maşını ilə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yoldan çıxaraq su kanalına aşıb. Avtomobilin içərisində sıxılmış vəziyyətdə qalan sürücü xilasetmə qüvvələri tərəfindən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib. O, Saatlı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır./Qafqazinfo.az/

Read More