Hadisə 

Azərbaycanlı müəllim Türkiyədə qəfil vəfat etdi – FOTO

Sumqayıt şəhər İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi 1967-ci il təvəllüdlü Əliyeva Gülnarə Nizami qızı Türkiyədə vəfat edib. G.Əliyeva turist kimi səfərə getdiyi ölkədə elə həmin gün qəfil dünyasını dəyişib. Onun dəqiq hansı səbəbdən həyatını itirməsi məlum olmasa da, müəllimin vəziyyətinin pisləşdiyi və çatdırıldığı xəstəxanada öldüyü bildirilir. Məlumata görə, G.Əliyeva bir neçə il əvvəl oğlunu itiribmiş. Son bir ildir adıçəkilən məktəbdə çalışan pedaqoq daha əvvəl uzun müddət Texniki Təbiət Elmləri Liseyində ibtidai sinif müəllimi və direktor müavini kimi fəaliyyət göstərib.  (Qafqazinfo)

Read More
Hadisə 

Qarabağda dağlıq ərazidəki yanğınların söndürülməsinə 51 texnika, 4 helikopter cəlb olunub

Qarabağda dağlıq ərazidəki yanğınların söndürülməsinə 51 texnika, 4 helikopter cəlb olunub. Bu barədə Musavat.com-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Qeyd edilib ki, Ağdam, Xocalı, Xocavənd, Füzuli və Ağdərə rayonlarında mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğınların söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlərin görülməsi davam etdirilir. Hazırda yanğınların söndürülməsi əməliyyatına FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti, Mülki müdafiə qoşunları, Qarabağ Regional Mərkəzi və Aviasiya dəstəsindən ümumilikdə 620 nəfərdən ibarət şəxsi heyət, 51 ədəd texnika, o cümlədən 4 ədəd helikopter cəlb olunub. Bildirilib ki, relyefin mürəkkəbliyi, havanın yüksək temperaturu və…

Read More
Hadisə 

Gəncədə icra əməkdaşları döyüldü

Gəncədə iki nəfər döyülüb. Hadisə şəhərin mərkəzində qeydə alınıb. Belə ki, 2002-ci il təvəllüdlü İ.Muradov və 1990-ci il təvəllüdlü F.Gəncəzadə döyülmə ilə xəstəxanaya aparılıb. Hər iki şəxsə yardım edilib, vəziyyətlərinin kafi olduğu bildirilir. Məlumata görə döyülənlər – İ.Muradov və F.Gəncəzadə Gəncə şəhər İcra Hakimiyyətinin əməkdaşlarıdır. Fakt araşdırılır./unikal

Read More
Hadisə 

Talış və Tapqaraqoyunlu kəndləri istiqamətində yanğınlar meşəlik əraziyə keçib- YENİLƏNİB

Ağdərə rayonu Talış, Goranboy rayonu Tapqaraqoyunlu kəndləri istiqamətində yanğınların söndürülməsi işləri davam etdirilir. “Report”un Qarabağ bürosunun verdiyi xəbərə görə, səhər saatlarında başlayan yanğınların geniş əraziyə yayılması ilə meşəlik əraziyə keçib. Ərazinin çətin relyefli olması, yanğına yerdən operativ müdaxilə edilməsində çətinliklər yaradır. Bunun üçündə daha çox havadan müdaxilə edilməsi zərurəti yaranıb. Hazırda hadisə yerində FHN – nin yanğınsöndürmə briqadaları ilə yanaşı helikopterlərdə yanğını söndürmək üçün, fəaliyyətlərini davam etdirirlər. *** Ağdərə rayonu Talış, Goranboy rayonu Tapqaraqoyunlu kəndləri istiqamətində yanğınların söndürülməsi işləri davam etdirilir. “Report”un Qarabağ bürosunun verdiyi xəbərə görə, səhər saatlarında başlayan…

Read More
Hadisə 

Sabirabadda bir nəfər kanalda BATDI

Sabirabadda bir nəfər kanalda batıb. Bu barədə Musavat.com-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Sabirabad rayonu, Qaragüney kəndində 1 nəfərin suvarma kanalında batması barədə məlumat daxil olub. Məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Read More
Hadisə 

Ağdamın Gülablı kəndində başlayan yanğın Xocavənd rayonu ərazisinə keçib

Ağdam rayonu Gülablı kəndi ərazisində başlayan yanğın Xocavənd rayonu ərazisinə keçib. “Report”un Qarabağ bürosunun xəbərinə görə, ötən gün Gülablı kəndində başlayan yanğın geniş əraziyə yayılaraq Xocavənd rayonu Mirikənd kəndi ərazisinə keçib. Yanğının söndürülməsi üçün əraziyə FHN-in Ağdam, Ağcabədi, Yevlax, Xankəndi rayonlarından 7 yanğınsöndürən olmaqla, 80 nəfər şəxsi heyət və 2 helikopter cəlb olunub.

Read More
Hadisə 

Partlayışda Milli Məclisə də ziyan dəyibmiş- Məhkəmə araşdırır

“Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin balansında olan istixanada baş verən partlayışda Milli Məclisə də ziyan dəyibmiş. Musavat.com-un əldə etdiyi məlumata görə, bir müddət əvvəl baş verən partlayış hadisəsinə görə açılan cinayət işində zərərçəkmiş tərəflərdən biri də Milli Məclisdir. Partlayış zamanı Milli Məclis Aparatının Mətbəəsinin şüşələri sınıb, binaya maddi zərər dəyib. Hadisə zamanı vətəndaşlardan birinə məxsus “Toyota” markalı avtomobilin də üzərinə daş tökülməsi səbəbindən ciddi ziyan dəyib. Həmin avtomobilin sahibi də zərərçəkmiş kimi tanınıb. Hazırda iş üzrə araşdırma Yasamal Rayon Məhkəməsində davam etdirilir.

Read More
Hadisə 

Azərbaycanda kafeyə hücum edildi – qadın ölümlə hədələndi – FOTO

Balakən rayonunda yerləşən obyektlərin birində gecə saatlarında quldurluq hadisəsi qeydə alınıb. Kəsici alətlə kafeyə daxil olan naməlum şəxs qadın icarədardan kassada olan pulları tələb edib və verməyəcəyi təqdirdə onu ölümlə hədələyib. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri ilə cinayət əməlini törətməkdə təqsirli bilinən 29 yaşlı Ramazan Ramazanov müəyyən olunaraq saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə R.Ramazanov barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Read More
Hadisə 

Talassemiyalı uşaq çimərlikdə günvurmadan öldü – FACİƏ

Sumqayıtda yeniyetmə çimərlikdə ölüb. Məlumata görə, hadisə şəhər ərazisindəki çimərliklərdən birində baş verib. 14 yaşlı Abşeron rayon sakini Azər Tarverdi oğlu Məcidov halı pisləşdiyi üçün xəstəxanaya aparılıb. Lakin görülən tədbirlərə baxmayaraq, orada ölüb. Məlumata görə, mərhum yeniyetmə talassemiya xəstəsi olub. Onun çimərlikdə günvurmadan öldüyü qeyd olunur. Araşdırma aparılır.//Lent.az

Read More
Hadisə 

Azərbaycanda nüfuzlu şəxslərin məlumatlarını satışa çıxaran haker TUTULDU – XÜSUSİ ƏMƏLİYYAT

Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi vətəndaşların onlayn dövlət xidmətlərindən yararlanmaq üçün ən çox istifadə etdikləri sistemlərin məlumat bazalarına edilən kiberhücumlara qarşı xüsusi əməliyyat keçirib. Bu barədə Musavat.com-a nazirlikdən məlumat verilib. Bildirilib ki, tədbir zamanı kompüter sistemlərinə qanunsuz müdaxilə etməklə vətəndaşlara məxsus fərdi məlumatları əldə edən Bakı şəhər sakini Hüseyn Məhərrəmov müəyyən edilərək saxlanılıb. H.Məhərrəmov internet üzərindən xarici ölkə vətəndaşlarından ibarət kibercinayətkar dəstələrlə əlaqələr yaradıb onlar vasitəsi ilə Azərbaycan vətəndaşlarının fərdi məlumatlarının qorunduğu sistemlərin şifrələrini əldə edib mühafizə tədbirlərini pozmaqla həmin serverlərə daxil olub. Daha sonra isə o, “Telegram” və digər…

Read More