Partlayışda Milli Məclisə də ziyan dəyibmiş- Məhkəmə araşdırır
“Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin balansında olan istixanada baş verən partlayışda Milli Məclisə də ziyan dəyibmiş.
Musavat.com-un əldə etdiyi məlumata görə, bir müddət əvvəl baş verən partlayış hadisəsinə görə açılan cinayət işində zərərçəkmiş tərəflərdən biri də Milli Məclisdir.
Partlayış zamanı Milli Məclis Aparatının Mətbəəsinin şüşələri sınıb, binaya maddi zərər dəyib.
Hadisə zamanı vətəndaşlardan birinə məxsus “Toyota” markalı avtomobilin də üzərinə daş tökülməsi səbəbindən ciddi ziyan dəyib. Həmin avtomobilin sahibi də zərərçəkmiş kimi tanınıb.
Hazırda iş üzrə araşdırma Yasamal Rayon Məhkəməsində davam etdirilir.