Hadisə 

Laçında turistlərin ehtiyatsızlığı yanğına səbəb oldu – Partlayış baş verdi

Laçın rayonu, Hoçaz kəndi istiqamətində dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb. Hadisəyə səbəb bura gələn turistlərin odla ehtiyatsız davranması ehtimal edilir. “Report” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Laçın Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəis müavini, daxili xidmət kapitanı Süleymanov Ruslan bildirib. Onun özlərinə görə, yanğın baş verən ərazi dağ-meşəlik və minadan təmizlənməmiş sahə olduğu üçün müəyyən çətinliklər yaranıb: “Yanğının baş verdiyi ərazidə alovun təsirindən mina partlayışı baş verdiyi üçün, canlı qüvvə və texnika yanğın sahəsinə birbaşa müdaxilə edə bilməyib. Yanğına səbəb ilkin ehtimal…

Read More
Hadisə 

Sumqayıtda XÜSUSİ ƏMƏLİYYAT: iranlıya görə iki nəfər TUTULDU – VİDEO

Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Sumqayıtda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı xüsusi əməliyyat keçiriblər. DİN-dən Musavat.com-a verilən xəbərə görə, keçirilən sonuncu əməliyyat zamanı narkoşəbəkənin qabaqcadan əlbir olan daha iki üzvü  İbrahim Əliyev və  Elçin Hüseynov saxlanılıblar. Onların idarə etdikləri avtomobildən 67 kiloqram 290 qram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb. Şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı ilə cinayət əlaqəsinə girdiklərini etiraf edən İ.Əliyev və E.Hüseynov narkotik vasitələri Abşeron rayonu ərazisindən əvvəlcədən razılaşdıqları yerdən götürüb maddi gəlir qazanmaq üçün satışını təşkil etməyi planlaşdırıblar. Faktla bağlı cinayət işi başlanılıb, hər iki şəxs barəsində məhkəmənin qərarı…

Read More
Hadisə 

Bu ərazilərdə su olmayacaq – Qəza baş verdi

Binəqədi Rayonunun Rəsulzadə qəsəbəsində yerləşən Zəngəzur küçəsində içməli su xəttində qəza baş verib. İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən verilən verilən məlumata görə, su şəbəkəsindəki qəzalı hissə birbaşa yaşayış evinin altında yerləşdiyindən təmir-bərpa işlərinin vaxtında tamamlanmasına müəyyən çətinliklər yaranıb. Hazırda Binəqədi rayon Sukanal İdarəsinin qəza briqadası tərəfindən ərazidə təmir işləri aparılır və proses yekunlaşmaq üzrədir. İçməli suyun verilişinin bu gün axşam saatlarından etibarən mərhələli şəkildə bərpa olunacağı bildirilib.

Read More
Hadisə 

Sabirabadda 37 yaşlı kişi bıçaqlanıb, həyat yoldaşı şübhəli bilinir

Sabirabad rayonunda bıçaqlanma hadisəsi baş verib. “Report”un Aran bürosunun məlumatına görə, hadisə şəhərin Qaçaq Nəbi küçəsi, 134 ünvanında qeydə alınıb. Belə ki, həmin ünvanda yaşayan 1988-ci il təvəllüdlü Musayev Mirzə Mehman oğlu sol qolunun bazu hissəsinin kəsilmiş-deşilmiş yaraları ilə Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralının dediyinə görə, o, həyat yoldaşı tərəfindən bıçaqlanıb. Faktla bağlı araşdırma aparılır.

Read More
Hadisə 

Azərbaycanda 162 nəfər qidadan zəhərlənib

İlin ilk yarısında Azərbaycanda ümumilikdə 25 qida zəhərlənməsi hadisəsi baş verib. Bu barədə musavat.com-a Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib. Agentliyin məlumatına görə, zəhərlənmə hadisələrində ümumi 162 zərərçəkən olub: “Təsdiqlənmiş qida zəhərlənmələrindən 15-i məişət zəminində, 10-u ictimai iaşə müəssisələrində baş verib. Baş verən hadisələrə əsas səbəb sanitar-gigiyenik qaydalara riayət edilmədən məhsulun hazırlanması və istehlakıdır”. AQTA-dan bildiriblər ki, hesabat dövrü ərzində qida zəhərlənməsi diaqnozu ilə ölüm hadisəsi qeydə alınmayıb.

Read More
Hadisə 

Qıcolmaya görə faciəvi şəkildə öldü

Dünən İmişli rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Saat 12 radələrində Hacıalmuradlı kəndinin ərazisində 1992-ci il təvəllüdlü Emil Cəlal oğlu Musayev su kanalında boğularaq ölüb. Belə ki, qıcolma səbəbindən kanala yıxılan gənc sudan çıxa bilməyərək vəfat edib. Faktla bağlı araşdırma aparılır.

Read More
Hadisə 

Şəhid ailəsi qəzaya düşdü – çox sayda yaralı var – FOTO

Şəhid ailəsi Cəbrayılda qəzaya düşüb, yaralılar var. Ötən gün Camal İsgəndərovun idarə etdiyi “Opel” markalı avtomobillə hərəkətdə olarkən idarəetmədən çıxaraq yol kənarına aşıb. Qəza zamanı sürücü C.İsgəndərov, onun anası Səkinə İsgəndərova, həyat yoldaşı Ramilə İsgəndərova, qızı İlkanə Lətifova və yaxın qohumları Aysaba adlı şəxs müxtəlif dərəcəli xəsarətlər alıblar. Onlara ilkin yardım göstərdikdən sonra ambulator müalicə üçün evə buraxılıblar. Qeyd edək ki, Camal İsgəndərovun qardaşı Mübariz İsgəndərov 1992-ci ildə Laçın uğrunda gedən döyüşlərdə şəhid olub. Oğlu İsgəndərov İlkin Camal oğlu isə 44 günlük Vətən müharibəsi zamanı Füzuli rayon Cuvarlı kəndi istiqamətində…

Read More
Hadisə 

Bakıda 85 yaşlı kişi faciəvi şəkildə öldü

Bakıda 85 yaşlı kişini avtomobil vuraraq öldürüb. “Report” xəbər verir ki, 1987-ci il təvəllüdlü Ağayev Anar Vaqif oğlu idarə etdiyi “Chevrolet” markalı avtomaşınla hərəkətdə olan zaman piyada 1940-cı il təvəllüdlü Məhərrəmov Eldar Məmmədəli oğlunu vurub. Nəticədə piyada xəstəxanaya yerləşdirilsə də, göstərilən tibbi yardımlara baxmayaraq orada ölüb. Fakta bağlı ilə cinayət işi başlanıb.

Read More