Sabirabadda 37 yaşlı kişi bıçaqlanıb, həyat yoldaşı şübhəli bilinir
Sabirabad rayonunda bıçaqlanma hadisəsi baş verib.
“Report”un Aran bürosunun məlumatına görə, hadisə şəhərin Qaçaq Nəbi küçəsi, 134 ünvanında qeydə alınıb.
Belə ki, həmin ünvanda yaşayan 1988-ci il təvəllüdlü Musayev Mirzə Mehman oğlu sol qolunun bazu hissəsinin kəsilmiş-deşilmiş yaraları ilə Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Yaralının dediyinə görə, o, həyat yoldaşı tərəfindən bıçaqlanıb.
Faktla bağlı araşdırma aparılır.