Hadisə 

İnternet modeminin alışması evi külə döndərdi

Biləsuvar rayonunda fərdi yaşayış evində yanğın baş verib. Məlumata görə, hadisə rayonun Bəydili kəndində, 1975-ci il təvəllüdlü Eyvazov Elşad Aydın oğluna məxsus ümumi sahəsi 64 kv.m olan birmərtəbəli 4 otaqlı evdə qeydə alınıb. Hadisə yerinə Biləsuvar Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları və texnikaları cəlb olunsa da, ev tamamilə yanıb. Ev sahibinin sözlərinə görə, yanğın internet modeminin alışması nəticəsində baş verib. Faktla bağlı araşdırma aparılır.//Report

Read More
Hadisə 

Vəfat edən hərbçimizin FOTOSU

Xəbər verdiyimiz kimi, Azərbaycan Ordusunun hərbi qulluqçusu 1975-ci il təvəllüdlü Rüstəmov Faiq Akif oğlu vəfat edib. Hərbçinin əslən Naçıvandan olduğu bildirilir. Qeyd edək ki, R,Faiq kəskin ürək çatışmazlığı, ürəyin işemik xəstəliyi, miokard infarktından dünyasını dəyişib.//Metbuat.az

Read More
Hadisə 

Hərbi qulluqçunun ölüm ilə bağlı daha bir açıqlama

Azərbaycan hərbçisinin ölümü ilə bağlı müvafiq baxışlar aparılıb, ekspertiza həyata keçirilib. ARANTV.AZ xəbər verir ki, bu barədə Hərbi prokurorun böyük köməkçisi – Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev açıqlamasında deyib. Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, çavuş Rüstəmov Faiq Akif oğlunun ölüm faktı əsasında Naxçıvan hərbi prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən müvafiq baxışlar aparılıb, məhkəmə tibbi ekspertin iştirakı ilə meyitin xarici və daxili müayinəsi keçirilib, eləcə də digər hərəkətlər icra edilib. Hazırda…

Read More
Hadisə 

Gəncədə qadın dəm qazından zəhərləndi

Gəncədə dəm qazından zəhərlənmə hadisəsi baş verib. Məlumata görə, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, 1998-ci il təvəllüdlü D. Qafarova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal qadına yardım edilib, vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumata görə o yaşadığı evin hamam otağında dəm qazından zəhərlənib.//APA

Read More
Hadisə 

Bakıda daha bir nəfər texniki spirtdən öldü

Bakıda daha bir nəfər texniki spirtdən zəhərlənərək ölüb. Hadisə Sabunçu rayonu ərazisində qeydə alınıb. 43 yaşlı E.Zeynalov metil spirti içərək zəhərlənib. O, zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə yerləşdirilib. Lakin görülən tədbirlərə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Qeyd edək ki, bu hadisə ilə də Bakıda son həftə ərzində texniki spirtdən ölənlərin sayı 24-ə çatıb. (lent.az)

Read More
Hadisə 

Yas çadırı qurub geri qayıdırlarmış- Ölənlərin sayı 6-ya çatdı

Dünən axşam saatlarında Ağcabədi rayonu Xocavənd kəndi ərazisində 5 nəfərin ölümü ilə nəticələnən dəhşətli qəza ilə bağlı bəzi faktlar üzə çıxıb. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, qəzada həyatını itirən 5 nəfərin hamısı rayonun Boyat kənd sakinləri imiş. Onlar Ağcabədinin kəndlərindən birində yas mərasimi üçün çadır quraşdıraraq geriyə-yaşadıqları əraziyə qayıdarkən bədbəxt hadisə ilə üzləşiblər. Bildirilir ki, hadisənin baş verdiyi yolda sürət həddi saatda 70 kilometr olsa da, avtomobillərdən biri daha sürətlə hərəkət edərək arxadan “VAZ” markalı avtomobilə çırpılıb. Nəticədə idarəetmədən çıxan avtomobil yolun əks hərəkət istqamətinə çıxıb və qarşıdan gələn digər avtomobillə yenidən…

Read More
Hadisə 

Bakıda gənc qız məktub yazıb özünü öldürdü

Bakıda gənc qız intihar edib. Hadisə Yasamal rayonu, H.B.Zərdabi prospektində baş verib. 28 yaşlı Hacıyeva Şərqiyyə Adil qızı yaşadığı mənzildə intihara cəhd edib. Zərərçəkən təcili tibbi yardım avtomobili ilə Kliniki Tibbi Mərkəzə çatdırılsa da, orada ölüb. İlkin araşdırma zamanı onun mənzilində intiharı ilə bağlı məktub da tapılıb. Faktla bağlı araşdırma aparılır.   (lent.az)

Read More
Hadisə 

Bakıda ər-arvad metil spirtindən zəhərlənib öldü

Bir müddət əvvəl Bakının Sabunçu rayonu ərazisində Emil Qasımov və arvadı S. İsmətovanın meyitlərinin tapılması barədə xəbər vermişdik. Emil Qasımovun metil spirtindən zəhərlənərək öldüyü qısa müddətdə üzə çıxsa da, qadının hansı səbəbdən ölməsi məlum deyildi. Lent.az-ın əldə etdiyi məlumata görə, araşdırma nəticəsində S. İsmətovanın da texniki spirtdən öldüyü üzə çıxıb.

Read More