Hadisə 

Azərbaycanda dəhşətli qəza: Çox sayda HƏLAK OLAN VAR – ADLAR

Ağcabədi rayonunda baş verən zəncirvari qəzada beş nəfər ölüb. Ağcabədi rayonunda baş vermiş zəncirvari yol-nəqliyyat hadisəsində ölənlərin kimliyi bəlli olub. ARANTV.AZ  xəbər verir ki, qəza nəticəsində keçinənlər 1990-cı il təvəlldlü Hüsiyev Vüsal Məmməd oğlu, 1991-ci il təvəllüdlü Əmrahov Sənan Aqil oğlu, 1992-ci il təvəllüdlü Aslanov Azər Fəyyaz oğlu, 2007-ci il təvəllüdlü Ələsgərov Asiman Yaşar oğlu və 2002-ci il təvəllüdlü Aslanlı Elbəy Mövsüm oğludur. Hadisə rayonun Xocavənd kəndi ərazisində baş verib. “Mercedes”, “Hyundai” və “VAZ” markalı avtomobillərin iştirakı ilə baş verən qəzada “VAZ”ın sürücüsü, həmçinin maşındakı dörd sərnişin hadisə yerində ölüb.…

Read More
Hadisə 

SON DƏQİQƏ: Azərbaycanda ZƏLZƏLƏ oldu

Fevralın 28-də İsmayıllı rayonunda zəlzələ qeydə alınıb. ARANTV.AZ  xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, İsmayıllı stansiyasından 46 km şimal-şərqdə, İsmayıllı rayonunda zəlzələ qeydə alınıb. Yerli vaxtla saat 07:49-da baş verən yeraltı təkanların maqnitudası 3 olub. Zəlzələ ocağı Yerin 3 kilometr dərinliyində yerləşib. Zəlzələ hiss olunmayıb.

Read More
Hadisə 

DİN-dən yarım milyonluq əməliyyat, saxlanılanlar var- VİDEO

DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə investisiya şirkəti adı altında fəaliyyət göstərən “First Zenit Capital” səhifəsinin “Shopify” beynəlxalq elektron ticarət portalında dövr etdirmək vədi ilə müxtəlif şəxslərin pul vəsaitlərini ələ keçirdiyi barədə çoxsaylı şikayətlər daxil olub.  DİN-in mətbuat xidmətindən Musavat.com-a verilən məlumata görə, araşdırmalarla həmin şirkətin investisiya layihələri ilə məşğul olmadığı, elektron piramida dələduzluq sistemi əsasında fəaliyyət göstərdiyi və insanları ələ almaq məqsədi ilə yüksək məbləğdə qazanc vəd etdikləri müəyyən edilib. Bu məqsədlə sosial şəbəkələrdə mütəmadi olaraq “First Zenit Capital” şirkətinin reklamları paylaşılıb şirnikləndirici elanlar yerləşdirilib. Əməliyyat zamanı həmin şirkətin təsisci-direktoru Kərim…

Read More
Hadisə 

Bakıda narkopriton aşkarlandı

Bakıda narkopriton aşkarlanıb. Bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, Nizami Rayon Polis İdarəsi (RPİ) Narkotiklərlə Mübarizə Bölməsinin (NMB) əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində rayon ərazisində narkotik vasitələrin qəbul edildiyi məkan aşkarlanıb. Həmin evdə narkotiklərin istifadəsinə şərait yaradan əvvəllər məhkum olunmuş 38 yaşlı Kənan Alşarov, 59 yaşlı Etibar Babayev, 50 yaşlı Zaur Fətiyev, 39 yaşlı Samir Məmmədov və daha bir qadın saxlanılıb. Ünvana və saxlanılanların üzərinə baxış zamanı psixotrop maddə metamfetamin və narkotiklərin qəbulunda istifadə edilən ləvazimatlar aşkarlanıb. Nizami rayonu Keşlə qəsəbəsində həyata keçirilən…

Read More
Hadisə 

“OBA”dakı yanğında xəsarət alan şəxslərin SON DURUMU

Bu gün səhər saat 07:00 radələrində Xəzər rayonu, Binə südçülük sovxozu, “OBA” marketdə yanğın baş verməsi səbəbilə çağırış daxil olub. Musavat.com-un məlumatına görə, TƏBİB-dən bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Qeyd olunub ki, təcili tibbi yardım briqadası 3 qadını müxtəlif dərəcəli yanıq xəsarətləri ilə Nərimanov Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Yanıq Mərkəzinə təxliyə edib: “Xəsarət alan şəxslərə əl və üz nahiyəsinin II-III dərəcəli yanıq diaqnozu təyin edilib. Onlara zəruri tibbi yardım göstərilib. Vəziyyətləri qənaətbəxş hesab olunan şəxslər ambulator müalicə üçün evə buraxılıblar”.

Read More
Hadisə 

Bulvarda İNTİHAR: itkin düşmüşdü, özünü dənizə atdığı məlum oldu

Bakıda itkin düşən şəxsin intihar etdiyi məlum olub. Hadisə Bakı bulvarında qeydə alınıb. Bir həftə əvvəl itkin düşmüş kimi qeydiyyata alınan Bakı şəhər sakini Oleq Baranovun fevralın 21-də Səbail rayonu Neftçilər prospektində yerləşən Milli Parkın ərazisində özünü dənizə atması müəyyən edilib. O.Baranovun meyitinin tapılması istiqamətində tədbirlər görülür. Araşdırmalar Səbail rayon prokurorluğu tərəfindən aparılır./Lent.az

Read More
Hadisə 

Bakıda daha iki nəfər spirtdən zəhərlənib öldü

Bakıda daha iki nəfər texniki spirtdən zəhərlənərək ölüb. ARANTV.AZ  lent.az-a istinadən xəbər verir ki, hadisələr Sabunçu və Nizami rayonunda qeydə alınıb. Belə ki, Sabunçu rayonunda 45 yaşlı E. Qasımov və Nizami rayonunda 45 yaşlı A. İsayevin etil spirtindən zəhərlənərək öldükləri məlum olub. Əldə etdiyimiz məlumata görə, Sabunçu rayonu ərazisində spirtdən zəhərlənib ölənlərin sayı 18-ə çatıb. Qeyd edək ki, bundan əvvəl Sabunçu rayonu ərazisində 15 nəfərin texniki spirtdən zəhərlənərək ölməsi barədə xəbər vermişdik. Hazırda faktlarla bağlı prokurorluq orqanları tərəfindən araşdırmalar davam etdirilir.

Read More