Hadisə 

Azərbaycanda DƏHŞƏT: ata-oğul qonşularını öldürüb kanala atdılarFOTO

Saatlı rayonunda itkin düşən Şirinbəyli kənd sakini 66 yaşlı Mirhəsən Mirabdulla oğlu Seyidovun meyiti su kanalında aşkar olunub. Mirhəsən Seyidovun onunla ədavətli olan qonşuları – 45 yaşlı Elşad Elbrus oğlu Abbasov və onun 20 yaşlı oğlu tərəfindən məftillə boğularaq qətlə yetirildikdən sonra su kanalına atılması müəyyən edilib. Polis əməkdaşları tərəfindən şübhəli şəxslər saxlanılaraq istintaqa təhvil verilib. Araşdırma aparılır. Qeyd edək ki, bir neçə gün əvvəl Saatlıda 66 yaşlı Mirhəsən Seyidovun itkin düşməsi barədə xəbər vermişdik.    (lent.az)

Read More
Hadisə 

Goranboyda kişi arvadı, gəlini və nəvələrinin olduğu həyətə qumbara atdı – TƏFƏRRÜATYENİLƏNİB

Gəlinin üzərinə partlayıcı maddə atmaqla ona xəsarət yetirən şəxs Goranboy rayonu Tapqaraqoyunlu kəndi ərazisində çobanlıq edib. Ehtimal olunur ki, həmin partlayıcı maddə müharibə qalıqları ilə çirklənmiş və təmizlənməyən yerdən tapılıb. Hazırda hüquq-mühafizə orqanları cinayət əməlində şübhəli bilinən şəxsin dindirilməsini həyata keçirir.\\apa **** Goranboyda kişi arvadı, gəlini və nəvələrinin olduğu həyətə qumbara atdı – TƏFƏRRÜAT Məlumata görə, gəlininin həyətinə qumbara atan 1957-ci il təvəllüdlü Namazov Zakir Mayıl oğlunun psixoloji problemləri olub. Belə ki, o partlayıcını səbəbsiz yerə həyətə atıb. Qeyd edək ki, hadisə zamanı qadınla yanaşı onun qayınanası və uşaqları da…

Read More
Hadisə 

4 nəfər dəm qazından zəhərləndi

Ağstafada 4 nəfər dəm qazından zəhərlənib. Rayonun Dağkəsəmən kəndində 1959-cu il təvəllüdlü Təranə Məmmədova və onlara Qazax rayonundan qonaq gələn nəvələri A.Lahıcova (2013), N.Lahıcova (1991) və A.Lahıcova (2014) dəm qazından zəhərləniblər. Zərərçəkənlər Ağstafa Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb, vəziyyətləri kafi qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.//Report

Read More
Hadisə 

Bakı-Quba yolunda AĞIR QƏZA – 4 pakistanlı yaralandı

Bakı – Quba yolunda dörd əcnəbi vətəndaşın yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Qəza yolun Xızı rayonundan keçən hissəsində qeydə alınıb. 2 maşının toqquşması nəticəsində 4 Pakistan vətəndaşı xəsarət alıb. Yaralılar dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.//Report

Read More
Hadisə 

Azərbaycanda DƏHŞƏTLİ QƏZA – 2 nəfər öldü, 12 yaralı var

Ucar rayonunda 13 avtomobilin iştirakı ilə baş vermiş zəncirvari yol-nəqliyyat hadisəsində iki nəfər ölüb, 12 nəfər yaralanıb. Hadisə Bakı – Qazax yolunun rayonun Qulabənd kəndindən keçən hissəsində qeydə alınıb. Qəzaya uğrayan “Mercedes”in sürücüsü “Report”a yolun qarşı tərəfində baş vermiş qəza ilə əlaqədar dayandıqlarını, bu əsnada arxadan gələn “KamAZ” markalı yük maşınının avtomobillərə çırpıldığını bildirib. Yaralılardan bəziləri Ucar Rayon Mərkəzi Xəstəxanasına, digərləri isə Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Bundan başqa, olay yerinə Göyçay Rayon Mərkəzi xəstəxanasının təcili tibbi yardım briqadası köməyə gəlib. Hadisə yerinə FHN-nin xüsusi riskli qəza xilasetmə dəstəsinin əməkdaşları…

Read More
Hadisə 

İmişlidə fermada meyit tapıldı

İmişli rayonunda fermada meyit tapılıb. Yevlax rayon sakini, 1968-ci il təvəllüdlü Eldar Bəndəliyevin meyiti İmişlinin Nurulu kəndindəki fermada aşkar edilib. Meyit üzərində zorakılıq əlaməti aşkar edilməyib. E.Bəndəliyevin hansı şəraitdə və nə səbəbdən ölməsi hələlik məlum deyil. Faktla bağlı İmişli Rayon Prokurorluğunda araşdırma aparılır./qafqazinfo

Read More
Hadisə 

DİN: Ötən gün 78 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ötən gün ümumi çəkisi 78,5 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.  

Read More
Hadisə 

Bakıda ağır qəza: ölən və yaralananlar var

Bakıda ölümlə nəticələnən yol qəzası olub. Hadisə Nərimanov rayon ərazisində qeydə alınıb. 1991-ci il təvəllüdlü Ramil Aslan oğlu Qasımov idarə etdiyi VAZ-2101 markalı avtomobil ilə 1999-cu il təvəllüdlü Soltan İlqar oğlu Tağıyevin idarə etdiyi “Toyota Prius” markalı avtomobillə toqquşub. Nəticədə VAZ-2101 markalı avtomobildə olan sərnişin 1993-cü il təvəllüdlü Fərdi Mehman oğlu Zülfüqarov hadisə yerində ölüb. R.Qasımov, S.Tağıyev və onun idarə etdiyi avtomobildə olan sərnişin 2000-ci il təvəllüdlü Məmməd Rəhim oğlu Şərifov xəsarət alıb. Faktla bağlı cinayət işi başlanıb.

Read More