Azərbaycanlı qızdan 1 həftədir xəbər yoxdur – TƏFƏRRÜAT
Gürcüstanda 21 yaşlı azərbaycanlı qız itkin düşüb. Belə ki, azərbaycanlıların kompakt yaşadıqları Qardabani rayonunun Kosalı kənd sakini Aytac Məmmədovadan aprel ayının 1-dən məlumat yoxdur.
Ailə üzvlərinin Baku TV-yə verdikləri məlumata görə, 21 yaşlı Aytac Tbilisi Dövlət Universitetinin ikinci kurs tələbəsidir və o, təhsili ilə əlaqədar paytaxtda yaşayıb.
Aytacla ailəsinin son telefon danışığı isə dostunun doğum gününə getməsi barədə olub.
Ətraflı sujetdə: