Tanınmış idmançı Zaur Yusifovun qətli ilə bağlı istintaq başa çatıb
Tanınmış idmançı Zaur Yusifovu güllələyərək öldürməkdə təqsirləndirilən 2000-ci il təvəllüdlü Samir Şirəliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb. APA xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Əhməd Quliyevin icraatına verilib. Qeyd edək ki, hadisə bu il Nəsimi rayonu 6-cı mikrorayon ərazisində baş verib. Tanınmış idmançı Zaur Yusifov evinin yaxınlığındakı marketdə “Vinçester” markalı silahla güllələnərək qətlə yetirilib. Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən 2000-ci il təvəllüdlü Samir Şirəliyev saxlanılaraq istintaqa təhvil verilib. Zaur Yusifov…
Read More