İdman 

Mingəçevirdəki arena yararsız vəziyyətə düşüb – VİDEO

Mingəçevir sakinləri futbolla nəfəs alırlar desək, yanılmarıq. Geridə qalan mövsümdə şəhərin keçmiş “Energetik” komandası həm Birinci Divizionda, həm də Region Liqasında mübarizə aparan zaman oyunları 3500-4000 tamaşaçı izləyib. Komandanın ev oyunlarını keçirdiyi Yaşar Məmmədzadə adına Şəhər Stadionu 5200 tamaşaçı tutumuna malikdir. Komandaların soyunub-geyinmə otaqları, ot örtüyü yararsız vəziyyətdədir. Azarkeşlər stadionda oyunları izləyərkən ya ayaq üstə, ya da özləri ilə gətirdikləri müxtəlif əşyaların üzərində oturmağa məcbur qalırlar. Arenada işıqlandırma sistemi, hesabı bildirən tablo da işlək deyil. 69 il öncə tikilib istifadəyə verilmiş stadionun mövcud vəziyyəti ilə bağlı Mingəçevir şəhər Gənclər və İdman İdarəsindən…

Read More
İdman 

Fərid Qayıbov Avropa çempionatında uğur qazanmış cüdoçularla görüşüb – FOTO

Gənclər və idman naziri Fərid Qayıbov Bolqarıstanın paytaxtı Sofiya şəhərindəki Avropa çempionatında uğurlu çıxış etmiş Azərbaycan cüdoçuları ilə görüşüb. Bu barədə Gənclər və İdman Nazirliyi məlumat yayıb. Bildirilib ki, milli komandanın üzvlərini salamlayan F.Qayıbov onların hazırlığı və qitə çempionatında çıxışları ilə maraqlanıb. Məşqçilər nazirə idmançıların hazırlığı və nəticələri barədə məlumat veriblər. Qeyd edək ki, cüdoçular Avropa çempionatında 3 medal qazanıblar. Hidayət Heydərov (73 kq) Avropa çempionu olub. Rüstəm Orucov (73 kq) və Məmmədəli Mehdiyev (90 kq) isə 3-cü yeri tutublar.  

Read More
İdman 

Tofiq Musayev: “UFC bizim üçün önəm kəsb etmir”

Azərbaycanın MMA döyüşçüsü Tofiq Musayev “Report”a müsahibə verib. Müsahibəni təqdim edirik: – Suqovuşanda ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş Beynəlxalq Prezident Kubokunu izləyirsiniz. Təəssüratlarınız necədir? – Azərbaycan nümayəndəsi və əsgəri olaraq avarçəkmə yarışının Suqovuşanda keçirilməsinə hamımız sevinirik. Şəhidlərimizin ruhu qarşısında baş əyirik. Onların sayəsində ilk dəfə Suqovuşanda avarçəkmə üzrə turnir keçirilir. Azərbaycan Avarçəkmə və Kanoe Federasiyasının prezidenti Vüqar Əhmədova təşəkkürümü bildirirəm. Bizi də diqqətdən kənarda saxlamayıblar. Sayıblar, hörmət ediblər və tədbirdə iştirak üçün dəvət göndəriblər. Yarışların daha maraqlı olacağına ümid edirəm. Çünki Qarabağda ilk dəfə belə turnir…

Read More
İdman 

Bakı bu ay dünya kubokuna ev sahibliyi edəcək

“Bakı dünya kubokuna ev sahibliyi etməyə tam hazırdır”. Bunu Azərbaycan Atıcılıq Federasiyasının baş katibi Emin Cəfərov bildirib. Baş katib qeyd edib ki, pandemiya ilə əlaqədar olaraq, 2020 və 2021-ci illərdə idmanın bu növü üzrə ölkəmizdə planlaşdırılmış beynəlxalq mötəbər yarışlar baş tutmasa da, Bakı Atıcılıq Mərkəzində ölkədaxili yarışlar, komandalarımızın hazırlıqları davam edib. Federasiya rəsmisinin sözlərinə görə, mövcud əlverişli şərait idmanın bu növünə marağın artmasına da imkan yaradıb. “Son olaraq, 28 aprel – 2 may tarixlərində keçirilmiş güllə atıcılığı üzrə ölkə çempionatı yeniyetmə və gənclərimiz arasında idmanın bu növünə böyük maraq olduğunu…

Read More
İdman 

Azərbaycanda federasiya prezidentini kəmərlə döydülər – VİDEO

Azərbaycan Braziliya Ciu-citsu Federasiyasının prezidenti Aqil Acalov məşqçi və idmançılar tərəfindən kəmərlə döyülüb. ARANTV.AZ-ın xəbərinə görə, A.Acalov bunu Braziliya ciu-citsusu üzrə bənövşəyi kəmər alması ilə əlaqələndirib. O bildirib ki, bu, həmin idman növündə bir ənənədir və kəmər almaq üçün əziyyət çəkən hər bir insanı belə döyürlər. Qeyd edək ki, Aqil Acalov bənövşəyi kəməri həmin federasiyanın fəxri prezidenti, ustad Taleh Həsənov qarşısında imtahan verərək alıb.

Read More
İdman 

FHN-in güləş komandası uğurlu nəticələrə imza atıb – FOTO

18-22 aprel 2022-ci il tarixlərində Bakı şəhərinin Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun idman arenasında Gənclər və İdman Nazirliyinin və Azərbaycan Güləş Federasiyasının təşkilatçılığı ilə yunan-Roma və sərbəst güləş növü üzrə (U-17) gənclər arasında Azərbaycan çempionatı keçirilib. Çempionatda 32 komandadan 400-ə yaxın idmançı öz qüvvəsini sınayıb. Yarışda mübarizəyə 10 idmançı ilə qoşulan FHN-in güləş komandası İdman-sağlamlıq klubunun əməkdaşı Elmir Qəmbərov və məşqçi-müəllimlər Alov və Etiram Hüseynovun rəhbərliyi altında yüksək nəticə göstəriblər. Belə ki, yunan-Roma güləş növü üzrə 71 kq çəki dərəcəsində mübarizə aparan Davud Məmmədov bütün rəqiblərinə qalib…

Read More
İdman 

Zəncanlı idmançının Azərbaycana sığınmasının pərdəarxası məqamları açıqlandı – FOTO

Avarçəkmə üzrə iranlı idmançı Bəhmən Nəsirinin Azərbaycanda sığınacaq almasının pərdəarxası məqamları açıqlanıb. “Azad İran” “Telegram” kanalının məlumatına görə, bu barədə İranın Avarçəkmə Federasiyasının prezidenti Əlirza Söhrabian “Rokna.net” saytına müsahibəsində danışıb. Federasiya prezidentinin sözlərinə görə, idmançı bəzilərinin onun işinə maneçilik törətdiklərinə görə mühacirət edib. “Üç il öncə biz həmin idmançını Azərbaycandan İrana qaytaranda onun ölkədə işlə təmin edilməsi üçün əlimizdən gələni etdik. O, xalqa xidmət etmək üçün yanğınsöndürmə idarəsində işləmək istəyirdi, amma haraya müraciət etsək də, qapılar üzümüzə bağlandı”, – deyə qurum rəhbəri bildirib. O, Nəsirinin işlə təmin edilməsi üçün İranın İdman və…

Read More
İdman 

“Drift” şou, lüks avtomobillər və “Formula-1” həyəcanı – FOTOREPORTAJ

Bakıda “Formula-1” həyəcanı artıq hiss edilir. Belə ki, həm “Paddock”un qurulması, həm mətbuatda bu barədə çıxan vaxtaşırı xəbərlər, həm də yarışların müjdəsini verən tədbirlər. Həmin tədbirlərdən biri də Bakı Avropa Oyunları Parkında baş tutub. Tədbirin ilk hissəsində yarış avtomobilləri ilə “track”də qızğın mübarizə baş tutub. Paralel olaraq qonaqlar bahalı avtomobillərin stendində eksklyuziv maşınlara da tamaşa etmək imkanı əldə ediblər. Daha bir maraqlı, eyni zamanda gözlənilən mərhələ isə “drift” avtomobillərinin şousu olub ki, burada da xüsusi avadanlıqlarla təchiz edilmiş avtomobillər şütüyüb. “Global Photo Stock”un fotoqrafı adrenalin dolu anları lentə alıb:  

Read More
İdman 

Türkiyəli boksçudan maraqlı jest: Azərbaycanlı rəqibinə qalib gəlib, Azərbaycan bayrağını öpdü – VİDEO

Bolqarıstanın paytaxtı Sofiyada keçirilən gənc boksçular arasında Avropa çempionatında türkiyəli boksçu təqdirəlayiq addımla diqqət çəkib. Belə ki, türkiyəli idmançı azərbaycanlı rəqinə qalib gələndən sonra onun formasının üzərində əks olunmuş Azərbaycan bayrağını öpüb. Ətraflı Baku TV-nin süjetində:

Read More
İdman 

Azərbaycanın sərhədçi idmançıları mükafatlandırıldı – FOTO

Dövlət Sərhəd Xidməti (DSX) yarışlarda fərqlənmiş idmançılarını mükafatlandırıb. ARANTV.AZ xəbər verir ki, bu gün son dövrdə milli və beynəlxalq idman yarışlarında böyük nailiyyətlər qazanmış “Sərhədçi” İdman-Olim­piya Mərkəzinin idman­çıları ilə görüş keçirilib, əldə etdikləri nailiyyətlər münasibətilə DSX rəisi ge­neral-polkovnik Elçin Quliyevin təbrikləri idmançılara çatdırılıb. 2021-ci il ərzində mərkəzin idmançılarının 58 müxtəlif statuslu yarışlarda iştirak edərək 154-ü qızıl, 70-i gümüş, 75-i bürünc olmaqla 299 medal qazandıqları qeyd olunub, yalnız 2022-ci ilin birinci rübündə idmançıların Azərbaycan, Avropa, dünya çempionatları, beynəlxalq və yerli yarışlarda 164 medal qazandıqları, bunların 75-ni qızıl, 45-ni gümüş, 44-nü isə…

Read More