İdman 

Azərbaycanda VAR sınaqdan keçirildi – FOTO

Azərbaycan Premyer Liqasında tətbiqi nəzərdə tutulan VAR (Video Assistant Referee) sistemi ilk dəfə olaraq test rejimində sınaqdan keçirilib. Bununla bağlı AFFA məlumat yayıb. Bildirilib ki, dünən ASK Arenada keçirilmiş Azərbaycan U-17 – “Şamaxı” U-19 qarşılaşmasının baş hakimi Fərid Hacıyev olub. Videoköməkçi hakim funksiyasını isə Elçin Məsiyev və Kamal Umudlu yerinə yetiriblər. Qeyd edək ki, FİFA-nın müvafiq tələbinə uyğun olaraq, VAR sistemi rəsmi oyunlarda tətbiqindən əvvəl test rejimində sınaqdan keçirilməlidir.  

Read More
İdman 

Dünya çempionu: “Bir ay ərzində iki dəfə Prezidentlə görüşmək heç vaxt mənə qismət olmamışdı”

“Mən bir ay ərzində ikinci dəfə Prezidentin qəbulunda olurdum. Bildiyiniz kimi, martın 17-də U-23 millisinin məşqçisi kimi də görüşdə iştirak etmişdim. Sözün düzü, bu dəfə qəbul ediləcəyimizi gözləmirdim. Amma digər tərəfdən fikirləşirdim ki, iki millimiz birdən Avropa çempionu olub. Bəlkə də, qəbul edildik. Belə də oldu. Prezident növbəti dəfə bizi qəbul etməklə idmançıları daim diqqətdə saxladığını göstərdi”. Bunu Oxu.Az-a dünya və Avropa çempionu, yunan-Roma güləşi üzrə millimizin məşqçisi Həsən Əliyev deyib. 32 yaşlı məşqçi aprelin 8-də Prezident İlham Əliyevin Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş Avropa çempionatının qalibi olmuş güləş milliləri ilə…

Read More
İdman 

Hacı Əliyev: “Bu, Prezidentlə yeddinci görüşüm idi” – VİDEO

“Düşünürdüm ki, ölkə başçısı bizi qəbul edəcək. Çünki qazandığımız nailiyyət böyük uğurdur. Həm sərbəst, həm də yunan-Roma güləşi üzrə millimiz Avropa çempionu oldu. Ona görə də inanırdım ki, cənab Prezident bizi də diqqətdən kənarda qoymayacaq. Həm də bilirdim ki, ölkə başçısının ən çox dəyər verdiyi, ən çox sevdiyi idman növlərindən biri güləşdir. Gözlədiyim kimi oldu, bu görüş çox maraqlı keçdi”. Bu barədə Oxu.Az-a sərbəst güləş üzrə ikiqat olimpiya mükafatçısı, üçqat dünya və üçqat Avropa çempionu Hacı Əliyev deyib. Ölkə başçısı İlham Əliyev dünən Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş güləş üzrə Avropa…

Read More
İdman 

Azərbaycan Kikboksinq Federasiyası loqosunu dəyişdi – FOTO

Azərbaycan Kikboksinq Federasiyası loqo dəyişikliyi edib. ARANTV.AZ-ın xəbərinə görə, yeni loqoda əvvəlkindən fərqli olaraq, Azərbaycanın atributları əks olunub. Belə ki, loqonun həm sol, həm də sağ tərəfi üçrəngli bayrağımızın rəngləri ilə əhatə edilib. Həmçinin loqoda bayrağımızda 8 guşəli ulduzun olduğunu bildirən bu qədər sayda ulduz və iki kikboksçunun mübarizəsi əks olunub. Qeyd edək ki, 1993-cü ildən fəaliyyət göstərən Azərbaycan Kikboksinq Federasiyasının əvvəlki loqosu 2000-ci ildən mövcud idi. Xatırladaq ki, daha əvvəl Gənclər və İdman Nazirliyi, eləcə də Cüdo Federasiyası və Kanoe və Avarçəkmə Federasiyası loqo dəyişikliyi etmişdi.

Read More
İdman 

TFF sədri istefa verdi

Türkiyə Futbol Federasiyasının rəhbəri Nihat Özdemir istefa verib. N.Özdemir bu gün keçirilən TFF İdarə heyətinin iclasında müvafiq qərarı açıqlayıb. N.Özdemirin istefasından sonra onun səlahiyyətlərini müavini Servet Yardımcı icra edəcək. Qeyd edək ki, N.Özdemirin səlahiyyət müddəti 2023-cü ilin iyununda başa çatmalı idi. Mənbə: Haber Global

Read More
İdman 

Azərbaycan idmanının ən məşhur qızları: “İndi küçəyə çıxanda cavanlar bizi tanımırlar” – VİDEO

“Azərreyl” voleybol komandası 1990-cı illərin əvvəlində dünyaya gələnlərin Azərbaycan idman tarixində gördüyü ilk uğurlardan biridir. “Dəmiryolçular” 2002-ci il martın 10-da Avropa “Top-komandalar” Kubokunu qazanaraq adını tarixin yaddaşına həkk etdirmişdi. Bu il isə o şanlı qələbənin üzərindən 20 il ötür. Faiq Qarayevin baş məşqçisi olduğu komandanın əldə etdiyi bu zəfər heç vaxt yaddaşlardan silinməyəcək. “Qafqazinfo”nun əməkdaşları həmin qalibiyyətdə iştirak edən altı voleybolçu və baş məşqçi Faiq Qarayevlə söhbətləşiblər. Komandanın kapitanı Alla Həsənova həmin qələbənin 20 illik ildönümünü unutduğunu deyir: “Qələbəni yaddan çıxarmaq olmur. Amma martın 10-da qalibiyyətimizin 20 ilinin tamam olduğunu unutmuşdum. Həmin…

Read More
İdman 

Azərbaycanın Olimpiya medalçısı İrina Kindzerska: “Mən at, maşın deyiləm” – MÜSAHİBƏ + FOTO

Azərbaycanın əslən ukraynalı cüdoçusu, Tokio-2020 Yay Olimpiya Oyunlarında 78 kiloqramdan yuxarı çəki dərəcəsində bürünc medal qazanmış İrina Kindzerska Bakıya qısamüddətli səfərini başa vuraraq, geri qayıdıb. Ölkədə olduğu müddətdə 31 yaşlı idmançı Prezident İlham Əliyevin sərəncamı ilə təltif edilmiş idmançıların mükafatlandırılma mərasimində iştirak edib. Martın 5-də isə o, cüdoçu karyerasını bitirdiyini bəyan edib. Kindzerska “Report”a eksklüziv müsahibəsində qərarının səbəblərini açıqlamaqla yanaşı, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi və üzləşdiyi dəhşətli hadisələrdən də danışıb… – Bakıya necə gəldiniz: Bu, təxliyədir, yoxsa?.. – Xeyr, Ukraynaya qayıtmalıyam. Çünki atam oradadır. Yaşı elədir ki, ölkəni tərk edə bilmir. Bilirsiniz…

Read More
İdman 

AFFA-ya yeni baş katib təyin olundu

Azərbaycan Futbol Federasiyaları Assosiyalarının (AFFA) baş katibi dəyişib. AFFA-dan verilən məlumata görə, bu, qurumun İcraiyyə Komitəsinin bu gün videokonfrans formatında keçirilmiş iclasında gerçəkləşib. AVRO-2020-nin başa çatması, həmçinin müvafiq hüquqi prosedurlar nəzərə alınaraq, baş katibin müavini Sərxan Hacıyevə AFFA-nın baş katibi vəzifəsi həvalə olunub. O, yeni vəzifədə Elxan Məmmədovu əvəzləyib. 2007-ci ildən AFFA-da baş katib vəzifəsini tutan E.Məmmədov bundan sonra yalnız icraçı vitse-prezident kimi fəaliyyət göstərəcək.

Read More
İdman 

Qara görə təxirə salınan oyun bu gün keçiriləcək

Bu gün Azərbaycan Premyer Liqasında XIX tura yekun vurulacaq. ARANTV.AZ  xəbər verir ki, təxirə salınmış matçda “Qəbələ” ilə “Zirə” üz-üzə gələcək. Dünən Qəbələdə güclü qar yağması səbəbindən dayandırılan qarşılaşma 65-ci dəqiqədən etibarən davam etdiriləcək. Həmin ana qədər hesab açılmayıb. İstənilən nəticə iki komandadan birini turnir cədvəlində ikinci pilləyə yüksəldəcək. Qeyd edək ki, turun ilk iki günündə keçirilən oyunlarda “Keşlə” “Səbail”i 3:0, “Qarabağ” “Sabah”ı 1:0, “Neftçi” isə “Sumqayıt”ı 2:1 məğlub edib. Azərbaycan Premyer Liqası XIX tur 14 mart 12:30 “Qəbələ” – “Zirə” Baş hakim: Əliyar Ağayev Qəbələ şəhər stadionu

Read More
İdman 

Azərbaycanlı futbolçunun Qazaxıstanda debütünə hava mane oldu

Millimizin qapıçısı Emil Balayevin Qazaxıstanın “Turan” klubunda debütü əlverişsiz hava şəraiti ucbatından baş tutmayıb. ARANTV.AZ xəbər verir ki, “Akjayık” – “Turan” matçının hakimlər briqadası Uralsk şəhərinin “Akjayık” stadionunun meydançasına baxış keçirib. Qazonun üstünün buzla örtülməsi, aramsız yağan qarın meydançanın təmizlənməsinə və oyuna hazırlanmasına mane olduğunu nəzərə alaraq matçın başqa tarixə keçirilməsinə qərar verilib. Qeyd edək ki, Qazaxıstan Premyer Liqasının II turunun matçı olan qarşılaşma bu gün keçirilməli idi.

Read More