Azərbaycanda ilin ilk beynəlxalq yarışı start götürür
Azərbaycanda beynəlxalq yarışlara bu gün batut gimnastikası üzrə Dünya Kuboku ilə start veriləcək. ARANTV.AZ xəbər verir ki, Milli Gimnastika Arenasında keçiriləcək yarışda 14 ölkədən 63 idmançının iştirakı gözlənilir. Onlar Beynəlxalq Gimnastika Federasiyasının yeni qaydaları əsasında mübarizə aparacaqlar. Yarışların ilk günü təsnifat mərhələsi, ertəsi gün kişilər arasında ikinci təsnifat, həmçinin kişi və qadınlar arasında final mərhələləri keçiriləcək. Azərbaycanı yığma komandanın üzvü Selcan Mahsudova təmsil edəcək. Tanınmış batutçulardan isə Belarus təmsilçiləri, Rio-2016 Yay Olimpiya Oyunlarının qalibi, ikiqat Avropa çempionu, Avropa Oyunlarının qalibi, dünya çempionu Vladislav Qonçarov, Tokio-2020 Yay Olimpiya Oyunlarının qalibi İvan…
Read More