Hər gün içdiyimiz paket çaylarında BÖYÜK TƏHLÜKƏ: Həkimlərdən HƏYƏCAN TƏBİLİ
Paket çayların tərkibindəki aromatizatorlar, dad qatqıları və boyaq maddələri allergik reaksiyalara və mədə-bağırsaq traktında ciddi problemlərə yol aça bilər.
Musavat.com xəbər verir ki, bu barədə rusiyalı həkim-endokrinoloq, dietoloq, tibb elmləri namizədi Oksana Mixaleva məlumat verib.
Mütəxəssisin sözlərinə görə, paket çaylar öz-özlüyündə birbaşa təhlükə yaratmasa da, sağlamlığa əsasən onun tərkibi və xammalın keyfiyyəti təsir edir.
Bildirilir ki, paket formatı üçün adətən daha aşağı sort çaylardan istifadə olunur. Belə məhsullarda iri və ya xırda yarpaqlı çayların qablaşdırılması zamanı yaranan toz və qalıqlar tətbiq edilir ki, bu da məhsulun dad keyfiyyətini aşağı salır. Bu səbəbdən çay həvəskarlarına qutularda satılan yarpaq çaylara üstünlük vermək tövsiyə olunur.
Həkim qeyd edib ki, əsas risklər paketlə deyil, məhsulun içindəki əlavələrlə bağlıdır. Xüsusilə boyaq maddələri xammalın keyfiyyətsizliyindən xəbər verə bilər. Əgər çay suyu həddindən artıq tez rəngləyirsə və ya qabın kənarında dərhal tünd iz buraxırsa, bu, tərkibində boyaq maddələrinin olmasının göstəricisidir. Normalda keyfiyyətli qara çay fincanda yalnız bir neçə saat qaldıqdan sonra iz qoya bilər. Lakin çayı içən kimi qabda tünd ləkə yaranırsa, bu, kimyəvi rəngləyicilərin istifadə olunduğuna işarədir.

