İdman 

Voleybolçularımız ailə qurur

“İki voleybolçu evlənir”. İdman.biz xəbər verir ki, bunu voleybol üzrə qadınlar və kişilər arasında təşkil edilən ölkə kuboku və Yüksək Liqa yarışlarının püşkatma mərasimində Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov açıqlayıb. O bildirib ki, “Azərreyl”in oyunçusu Cavid Əzimov “Murov Azterminal”dan İlhamə Əzimova ilə ailə qurur. Cütlüyün bir neçə gün sonra toy mərasimi baş tutacaq.

Read More
İdman 

Qurban Qurbanova Kadiyə görə elə bir şəxsdən telefon zəngi gəldi ki…

“Krasnodar”ın baş məşqçisi Murad Musayev “Qababağ”lı həmkarı Qurban Qurbanovla əlaqə saxlayıb. Rusiyalı çalışdırıcı onunla Kadi Borgeslə bağlı söhbət edib. Bilindiyi kimi, braziliyalı vinger bu ilin iyulunda “Krasnodar”dan ayrılaraq, “Ferentsvaroş”a keçib. “Sambaçı” Macarıstan klubu ilə 3 illik müqavilə imzalayıb. 28 yaşlı oyunçu 2021-2023-cü illər ərzində “Qarabağ”da çıxış edib. ARANTV.AZ  sportinfo.az-a istinadla bildirir ki, Ağdam təmsilçisinin 5 milyon avro qarşılığında satdığı legioner 2023/24 mövsümündə Rusiya klubunun heyətində bütün turnirlərdə 33 oyun keçirib, 4 qol vurub, 3 qolun ötürməsini edib. Murad Musayev Qurban Qurbanovla danışığında ona Kadinin “Qarabağ”a dönüşünin gerçəkləşməməsinə görə təəssüflənməməyini deyib.…

Read More
İdman 

“Qarabağ” “Malmö”ya uduzdu – 1:2

UEFA Avropa Liqasının Liqa mərhələsinin II turunda “Qarabağ” İsveçin “Malmö” klubuna məğlub olub. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan görüş qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Qeyd edək ki, Azərbaycan çempionu Liqa mərhələsinin III turunda Niderlandın “Ayaks” komandası ilə üz-üzə gələcək. Bu oyun oktyabrın 24-də keçiriləcək. **** UEFA Avropa Liqasının Liqa mərhələsinin II turunun “Qarabağ” – “Malmö” (İsveç) matçında 3-cü qol vurulub. Erik Botheym 2-ci qolu “Qarabağ”ın qapısından keçirib – 1:2. **** 21-:06 “Qarabağ” 1-1  “Malmö” ——- 21:00 “Qarabağ” Juninyonun 15-ci dəqiqədə vurduğu qol sayəsində hesabı açdı – 1:0.…

Read More
İdman 

AFFA Premyer Liqa klublarını cəzalandırıb

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. İdman.biz xəbər verir ki, yığıncaqda Misli Premyer Liqasının VIII turunun oyunlarında baş verənlər müzakirə olunub. Xoşagəlməz hadisələrə hüquqi qiymət verən qurum klubları cəzalandırıb. “Neftçi” ilə matçda 6 futbolçusu sarı vərəqə alan “Sumqayıt” 700 manat cərimə edilib. “Araz-Naxçıvan”la görüşdə 4 oyunçusu xəbərdarlıq alan “Səbail”in də cəzası eyni olub. Belə cərimə “Şamaxı” – “Turan Tovuz” oyununda hər iki komandaya tətbiq edilib. “Şamaxı” 4, “Turan Tovuz” 5 futbolçusu sarı vərəqə aldığına görə 700 manat cərimələnib.

Read More
İdman 

“Qarabağ”ın ilk ev sınağı

Azərbaycan çempionu “Qarabağ” bu gün növbəti avrokubok oyununu keçirəcək. İdman.biz xəbər verir ki, Ağdam klubu Avropa Liqasında Liqa mərhələsinin II turunun matçına çıxacaq. Qurban Qurbanovun yetirmələri İsveç “Malmö”sü ilə üz-üzə gələcəklər. Təmsilçimiz rəqibini Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edəcək. Birinci turda “Tottenhem”ə 0:3 hesabı ilə uduzan Ağdam klubu ilk xallarını qazanmaq üçün mübarizə aparacaq. Qeyd edək ki, “Qarabağ” növbəti oyununu oktyabrın 24-də keçirəcək. 11 qat ölkə çempionumuz III turda Niderland təmsilçisi “Ayaks”ı qəbul edəcək. Avropa Liqası Liqa mərhələsi, II tur 3 oktyabr 20:45. “Qarabağ” – “Malmö” Baş hakim: Anastasios Papapetrou…

Read More
İdman 

“Kaş atam sağ olaydı” – Ronaldudan duyğusal açıqlama

“Əl-Nasr”ın hücumçusu Kriştianu Ronaldu Asiya Elit Çempionlar Liqasının 2-ci turunda “Ər-Rayyan”la oyunda (2:1) vurduğu qoldan duyduğu emosiyaları bölüşüb. Tanınmış insayder Fabritsio Romano portuqaliyalı ulduz futbolçunun dediklərini belə çatdırıb: “Bugünkü qol sevincimin fərqli mənası var… Kaş atam sağ olaydı… Bu gün onun ad günüdür”. Qeyd edək ki, Ronaldu karyerasında 904-cü qolunu vurub. İki turda 4 xal toplayan “Əl-Nəsr” Asiya Çempionlar Liqasında növbəti oyununu oktyabrın 22-də səfərdə İranın “İstiqlal” komandasına qarşı keçirəcək. (fanat.az)

Read More
İdman 

“Qarabağ”ın məşqçisi haqsızlığa dözmədi, dava düşdü – VİDEO

AFFA Gənclər Liqasının (U-19) “Sabah” – “Qarabağ” matçı insidentlə başa çatıb. Sportinfo.az xəbər verir ki, prinsipial rəqiblərin görüşündə “Sabah” 3:1 qalib gəlib. “ASK Arena”da baş tutan görüşün ilk hissəsində baş hakim Niyaz Əhmədov əvvəlcə “Qarabağ”ı azlıqda qoyub. Fasilədən sonra isə qapılara 4 qol vurulub. “Sabah”dan qolları Anar Hüseynov, Stefen Ende, Niyazi Osmanov və “Qarabağ”dan isə Davud Mənsumov (penalti) vurub. Son dəqiqədə “Sabah”ın vurduğu 3-cü qolla “Qarabağ” tərəfi razılaşmayıb və oyundankənar vəziyyət olduğunu iddia edib. Baş məşqçi Vüqar Əsgərlinin köməkçisi Məhəmməd Bədəlbəyli və qapıçı məşqçisi Əli Həsənli sərt etiraz edincə, onlara birbaşa…

Read More
İdman 

“Qarabağ”ın futbolçusu Avropada ən yaxşıdır – UEFA AÇIQLADI

Avropa Liqasının Liqa mərhələsinin ilk turundan sonra statistik göstəricilər açıqlanıb. “Qarabağ”ın oyunçusu ilk pillədə qərarlaşıb. Yassin Benzya ən çox küncdən zərbə yerinə yetirən futbolçu olub. Əlcəzairli 7 dəfə kornerə yaxınlaşıb. “Mançester Yunayted”dən Kristian Eriksen də 7 dəfə künc zərbəsi yerinə yetirib. O, siyahıda 2-ci qeyd olunub. (offsideplus.az)

Read More
İdman 

“Qarabağ”ın baş məşqçisi “Tottenhem”lə oyunun tıxaca görə gec başlamasından danışıb

“Təsəvvür edin, 2 saat 30 dəqiqə yolda tıxacda olmuşuq. Avtobusda oturaraq uzun müddət yol getmək futbolçuların konsentrasiyasını pozur. Bunu məğlubiyyətimizin səbəbi kimi göstərmək istəmirəm, lakin belə turnirdə bu kimi hallar baş verməməlidir”. AZƏRTAC xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının əsas mərhələsində Londonda “Tottenhem”ə qarşı keçirilən oyun sonrasında keçirilən mətbuat konfransında deyib. Komandanın baş məşqçisi uzun müddət yolda qalmalarının oyuna təsir etdiyini vurğulayıb: “Britaniyanın öz qanunları var. Bizə polis eskortu verilmədi və özümüz gəldik. Belə bir trafikdə gecikmək qaçılmaz idi və bunun təsiri böyük oldu”,-…

Read More
İdman 

Qurban Qurbanov: 0:3 hesabı ilə uduzmağa layiq deyildik

Bu gün 0:3 hesabı ilə uduzmağa layiq deyildik. Bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov İngiltərə təmsilçisi “Tottenhem”ə qarşı UEFA Avropa Liqasının Liqa mərhələsinin I turunun oyunundan sonra baş tutan mətbuat konfransında deyib. 52 yaşlı mütəxəssis 0:3 hesablı məğlubiyyəti şərh edib: “Rəqibi təbrik edirəm. Layiqli qələbə qazandılar. Xeyli sayda qol vurmaq imkanlarımız oldu. Futbolçularıma çox iradım yoxdur. Amma daha yaxşı oynaya bilərdilər”. Qeyd edək ki, “Qarabağ” UEFA Avropa Liqasının Liqa mərhələsinin II turunda oktyabrın 3-də İsveç təmsilçisi “Malmö” ilə qarşılaşacaq. Qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.\\report.az

Read More