İdman 

“Qarabağ” “Malmö”ya uduzdu – 1:2

UEFA Avropa Liqasının Liqa mərhələsinin II turunda “Qarabağ” İsveçin “Malmö” klubuna məğlub olub.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan görüş qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, Azərbaycan çempionu Liqa mərhələsinin III turunda Niderlandın “Ayaks” komandası ilə üz-üzə gələcək. Bu oyun oktyabrın 24-də keçiriləcək.

****

UEFA Avropa Liqasının Liqa mərhələsinin II turunun “Qarabağ” – “Malmö” (İsveç) matçında 3-cü qol vurulub.

Erik Botheym 2-ci qolu “Qarabağ”ın qapısından keçirib – 1:2.

****

21-:06

“Qarabağ” 1-1  “Malmö”
——-

21:00

“Qarabağ” Juninyonun 15-ci dəqiqədə vurduğu qol sayəsində hesabı açdı – 1:0.

****

UEFA Avropa Liqasının əsas mərhələsinin ikinci turunun “Qarabağ” – “Malmö” matçı başlayıb.

ARANTV.AZ xəbər verir ki, görüş Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilir.

Qeyd edək ki, görüşü Anastasios Papapetrunun başçılıq etdiyi yunanıstanlı hakimlər briqadası idarə edir.

Xatırladaq ki, “Tottenhem”lə görüşdə 3:0 hesabı ilə məğlub olan təmsilçimiz hazırda Liqa mərhələsinin 35-ci pilləsində qərarlaşıb. İsveç təmsilçisi “Malmö” isə 30-cu sıradadır.

Daha çox xəbərlər