İdman 

Azərbaycanın iki şahmatçısı Avropa çempionatında xüsusi mükafata layiq görülüb – FOTO

Azərbaycanın iki şahmatçısı Avropa çempionatında xüsusi mükafata layiq görülüb. Bu barədə Azərbaycan Şahmat Federasiyasının Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, qadın şahmatçıların şəxsi Avropa çempionatının qalibi Ülviyyə Fətəliyevaya qızıl medal və kubok təqdim olunub. Qalib şahmatçının şərəfinə Azərbaycanın Dövlət Himni səsləndirilib. Mərasimdə həmçinin müxtəlif nominasiyalar üzrə ən yaxşı performans nümayiş etdirən şahmatçılar təltif olunublar. Təmsilçilərimizdən Günay Məmmədzadə və Səbinə İbrahimova xüsusi mükafata layiq görülüblər.  

Read More
İdman 

AMEA-nın gənc alim və mütəxəssislərinin futbol çempionatının açılışı olub-FOTO

Aprelin 29-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Azad Həmkarlar İttifaqının (AHİ) və Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə AMEA-nın gənc alim və mütəxəssislərinin institutlararası futbol çempionatının açılışı olub. Akademiyadan ARANTV.AZ-a bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilən çempionatın açılış mərasimində AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası sədrinin müavini Cavanşir Alxasov və AMEA-nın Azad Həmkarlar İttifaqının sədri Sənan Həsənov çıxış ediblər. Çıxışlarda futbolun bir mədəniyyət olduğu və bu sahə ilə maraqlananların dünyagörüşünə müsbət təsir etdiyi qeyd olunub. Həmçinin AMEA-nın Azərbaycan Həmkarlar İttifaqı…

Read More
İdman 

“Həm “Neftçi”yə, həm də oğluma olan sevgim bitməz” – Açdığı plakatla məşhurlaşan ata DANIŞDI

Dünən Misli Premyer Liqasının XXI turunda “Zirə” “Neftçi”ni məğlub etdi – 3:1. Offsideplus.az xəbər verir ki, görüşdən sonra “qartallar”ın üzvü Fuad Bayramovun atasının matç zamanı qaldırdığı “Oğlum Fuad, qol vur, atan sevinsin!” pankartı gündəm olub. Müdafiəçinin də qarşılaşmada fərqlənməsi sosial media istifadəçilərinin marağına səbəb oldu. Etibar dayı açdığı pankartla, oğlunun futbolda çəkdiyi əziyyətlərlə bağlı fikirlərini belə ifadə etdi: “Səkkiz yaşımdan “Neftçi” azarkeşiyəm. 40 ildən çoxdur. Futbola olan həvəsim Fuada da keçib. Oğlumun bu günə gəlib çıxmağında mənim futbola olan sevgimin rolu olub. İstəyirəm ki, hər zaman yanında olum və dəstəkləyim.…

Read More
İdman 

Akrobatik zərbə ilə qol vuran qazi: “O an elə bildim ki, ayağım var” – VİDEO

“Mənim üçün 30 illik həsrətə son qoymaq böyük şərəf oldu”. Bu sözləri 44 günlük Vətən müharibəsi qazisi, “Qarabağ” amputant futbol klubunun üzvü Sənan Hacıyev İTV-yə müsahibəsi zamanı deyib. O, müharibə zamanı minaya düşərək sağ ayağını itirdiyini deyib. “Bir müddət özümə qapandım. Ən böyük arzum futbolun əlimdən çıxacağını düşündüm. Amma daha sonra amputant futbol komandasına qoşuldum, burada artıq əlil olduğumu unutdum. Futbolda çətin qolları vurmağı çox sevirəm. Oyunların birində də top qalxdı göyə, o an ayağım olmadığını unutdum, çəlikləri atdım və qol vurdum”, – deyə qazi qeyd edib. Qeyd edək ki, S.Hacıyev “Qarabağ” və…

Read More
İdman 

Hakimi təhqir edən “Qəbələ”nin menecerinə AĞIR CƏZA

AFFA İntizam Komitəsi “Qəbələ” klubunun meneceri Səbuhi Səfiyarlını üçü şərti olmaqla beş oyunluq cəzalandırıb. “Report”un məlumatına görə, buna bölgə təmsilçisi rəsmisinin “Turan Tovuz”a 1:2 hesabı ilə uduzduqları Premyer Liqanın XXX turunun matçında hakimləri təhqir etməsi səbəb olub. “Qırmızı-qaralar” 4000 manat cərimələnib, Səfiyarlıya 3 ay sınaq müddəti təyin edilib. Bundan əlavə, hər iki klub əlavə 700 manat ödəməli olacaq. “Qəbələ”nin 4, Tovuz klubunun 5 oyunçusu sözügedən qarşılaşmada sarı vərəqə ilə cəzalandırılıb.

Read More
İdman 

Hacı Əliyev səhhəti ilə bağlı problemə aydınlıq gətirdi

Azərbaycanın 65 kiloqram çəki dərəcəsində mübarizə aparan sərbəst güləşçisi Hacı Əliyevin səhhətində yaranan nasazlıqla bağlı məsələyə aydınlıq gəlib. Bu barədə İdman.biz saytına üçqat dünya və dördqat Avropa çempionunun özü məlumat verib. Əliyev bildirib ki, hazırda gözünə düşən mikrobla bağlı müalicə işləri yekunlaşıb: “Sadəcə tam sağalmağımı gözləyirəm. Hər iki dizimdə olan problem hələ qalır. 10 gün fizioterapiya olunacağam. Amma fiziki məşqlərimi davam etdirirəm. İki həftədən sonra milli komandaya qoşulacağam”. Qeyd edək ki, Hacı Əliyev Bakıda keçirilən Avropa Olimpiya Təsnifat Turnirinin 1/8 finalında fransalı rəqibi Həmzət Arsamerzoyevlə görüşəndə qaşı partlayıb və tikişdən…

Read More
İdman 

Peşəkar Futbol Liqasının ağır qəzada xəsarət alan vitse-prezidenti xəstəxanadan evə buraxılıb – FOTO

Xankəndi şəhəri istiqamətindəki yolda qəzaya düşən Peşəkar Futbol Liqasının (PFL) vitse-prezidenti Aslan Şahgəldiyev xəstəxanadan evə buraxılıb. Bu barədə “Report”a qurumun media və marketinq direktoru Sənan Abdullayev məlumat verib. PFL rəsmisi bildirib ki, Aslan Şahgəldiyev müalicəsini davam etdirir. Vitse-prezident fizioterapiya üçün hər gün xəstəxanaya gedir. Qurumun prezidenti Elxan Səmədov da fizioterapiya və reabilitasiya proseslərini davam etdirir. Bu proses önümüzdəki bir neçə ay ərzində intensiv şəkildə davam edəcək. Qeyd edək ki, hadisə 2023-cü il dekabrın 16-da Yevlax-Ağdam-Laçın yolunun Ağdam rayonu ərazisindən keçən hissəsində baş verib. Bakı şəhər sakini Rasim Qafarlının idarə etdiyi “Mercedes…

Read More
İdman 

Laçında “Mərkiz” futbol klubu fəaliyyətə başlayıb – FOTO

Laçında yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili, idman sahəsinə marağı və istedadı olanların aşkar edilməsi məqsədilə futbol klubu yaradılıb. AZƏRTAC xəbər verir ki, “Mərkiz” adlı futbol klubunun növbəti ildən birinci liqada yarışlara qatılması planlaşdırılır. Klub rəhbəri Elvin Salahov açıqlamasında bildirib: “Futbolun inkişafı üçün Laçında lazımı şərait yaradılıb və Bakı Abadlıq Xidməti MMC-tərəfindən müasir standartlara cavab verən şəkildə inşa olunan stadionda süni və təbii örtüklü meydançalar, məşqlərin tədrisi üçün lazımi idman vəsaitləri yer alır. Hazırda müxtəlif yaş qruplarından olan 50-yə yaxın yeniyetmə və gəncə futbolun sirləri öyrədilir, peşəkar məşqçilər tərəfindən…

Read More
İdman 

Şahmat üzrə Azərbaycan çempionatında III turun görüşləri keçirilib

Şahmat üzrə kişilər arasında Azərbaycan çempionatında III turun görüşləri keçirilib. Bu barədə Azərbaycan Şahmat Federasiyadan Oxu.Az-a məlumat verilib. Bildirilib ki, hesabat turunda favorit Aydın Süleymanlı Rüstəm Rüstəmov üzərində qələbə qazanıb. Məhəmməd Muradlı Vüqar Manafovu, Misrətdin İsgəndərov isə Şiroğlan Talıbovu məğlub edib. Süleyman Süleymanlı, Vüqar Manafov və Murad İbrahimli də turu qələbəylə başa vurublar. Digər partiyalar heç-heçə yekunlaşıb. Üç turdan sonra məğlubiyyətsiz irəliləyən Məhəmməd Muradlı və Aydın Süleymanlı ilk pillələrdə qərarlaşıblar. Liderlər hərəyə 2,5 xal toplayıb. Sonrakı yerləri Read Səmədov, Abdulla Qədimbəyli, Xəzər Babazadə, Süleyman Süleymanlı, Vüqar Manafov, Misrətdin İsgəndərov və Namiq…

Read More
İdman 

Gəncə şəhəri MDB-nin idman paytaxtı olacaq

Gəncə şəhəri Müstəqil Dövlətlər Birliyinin (MDB) idman paytaxtı olacaq. Bunu Minskdə keçirilən Xarici İşlər Nazirləri Şurasının iclasının yekunları üzrə Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. “Biz Gəncə şəhərinin 2025-ci ildə, Almatı şəhərinin 2026-cı ildə MDB-nin idman paytaxtı elan olunması barədə qərarı təsdiq etdik”, – deyə Lavrov bildirib. Mənbə: iacis.ru

Read More