İdman 

AFFA rəsmisi UEFA-dan növbəti təyinat alıb

AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların təşkili şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb. Bu barədə AFFA məlumat yayıb. Bildirilib ki, o, qadın futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Lüksemburq – Albaniya oyununun UEFA nümayəndəsi olacaq. C liqasının 5-ci qrupu çərçivəsində aprelin 5-də keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:30-da başlayacaq. Qeyd edək ki, görüş Lüksemburqun Eş-sur-Alzet şəhərindəki “Emil Mayrix” stadionunda reallaşacaq.

Read More
İdman Ramazan 

Hacı Surxay Məmmədli: “Qədr gecəsi şeytanın zəncirləndiyi gecədir” – VİDEO

Bu gün Ramazan ayının ilk Qədr (Əhya) gecəsidir. Bu il birinci Qədr gecəsi Ramazan ayının 18-dən 19-na keçən gecə, martın 29-dan 30-na keçən gecəyə təsadüf edir. Qədr gecəsi Ramazan ayının ən özəl günlərindən biridir. İçərişəhər “Cümə” məscidinin axundu Hacı Surxay Məmmədli deyir ki, Qədr gecəsi min aydan üstündür: “Min ay təqribən 84 il altı ay edir. 84 il yarım ibadətlə məşğul olan insan bir gecə oyaq qalarsa, həmin gecə bütün ömrünə bərabər olur”. Bu gecə həm də “Quran”ın nazil olduğu gecədir. İslam dininə görə, bu gecədən üstün gecə yoxdur. Bu…

Read More
İdman 

Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri – VİDEO

Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri yayılıb. Bununla bağlı videonu sportinfo.az yayıb. Belə ki, martın 17-də keçirilən “Turan Tovuz” FK – “Azəri” (Gəncə) oyununun 15-ci dəqiqəsində qonaqların baş məşqçisi Elşən Əliyev baş hakimi təhqir edib. Yayılan görüntülərdən aydın olur ki, E.Əliyev hakimin hansısa qərarından narazı qalıb və sürətlə meydana şığıyıb. O, əlindəki əşya ilə hakimə zərbə endirib. Qeyd edək ki, AFFA İntizam Komitəsinin dünənki iclasında Elşən Əliyev 1 il müddətində futboldan kənarlaşdırılıb. Bu hərəkətə görə oyun yarımçıq dayandırıldığı üçün “Azəri”yə 0:3 hesablı texniki məğlubiyyət də verilib.  

Read More
İdman 

Azərbaycan yığması Çerçesova tapşırılacaq? – AFFA-dan REAKSİYA

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) mətbuat katibi Elnur Məmmədli Rusiya millisinin keçmiş baş məşqçisi Stanislav Çerçesovun milli komandaya baş məşqçi təyin oluna biləcəyi ilə bağlı yayılan məlumatları təkzib edib. Bu barədə o, “Sport24”ə açıqlamasında deyib. E.Məmmədlinin sözlərinə görə, millinin yeni baş məşqçisi ilə bağlı qərar Federasiyanın işçi qrupunun iclasından sonra müzakirə olunacaq. “Hazırda nə Stanislav Çerçesov, nə də başqası ilə danışıqlar aparmırıq. Rəsmi olaraq Azərbaycan millisinin baş məşqçi postu heç bir mütəxəssisə təklif olunmayıb”, – deyə mətbuat katibi vurğulayıb. Bundan əvvəl Rusiya millisinin və Bakının “Neftçi” klubunun sabiq baş məşqçisi…

Read More
İdman 

“Böyük Dəbilqə”: Azərbaycan cüdoçuları ilk gündə iki medal qazanıblar – YENİLƏNİB

Cüdo üzrə Azərbaycan millisi Gürcüstanın paytaxtı Tbilisidə keçirilən “Böyük Dəbilqə” turnirinin ilk günündə iki medal qazanıb. “Report”un məlumatına görə, daha bir idmançımız bürünc mükafat əldə edib. 66 kq çəki dərəcəsində çıxış edən Ruslan Paşayev fəxri kürsünün üçüncü pilləsinə yüksəlib. O, italiyalı Matteo Pirasa qalib gəlib. Eyni çəkidəki digər təmsilçimiz Rəşad Yelkiyev isə üçüncü yer uğrunda dueldə braziliyalı Villian Limaya məğlub olub. Daha əvvəl Balabəy Ağayev (60 kq) yarışda üçüncü yeri tutub. İlk gündə turnirə qoşulan digər altı cüdoçu medalsız qalıb. Qeyd edək ki, martın 24-dək davam edəcək “Böyük Dəbilqə” turnirinə…

Read More
İdman 

“Fənərbağça”lı futbolçulara hücum edənlərdən üçü həbs edildi – YENİLƏNİB + VİDEO

Super Liqanın 30-cu həftəsində “Trabzonspor”un doğma meydanında “Fənərbağça”ya 3:2 hesabı ilə uduzmasından sonra meydana daxil olaraq “Fənərbağça”lı futbolçulara hücum edən 13 azarkeşdən üçü həbs edilib, dörd nəfər isə polis nəzarəti şərti ilə azadlığa buraxılıblar. Hadisələrdə iştirak edən dörd nəfərin məhkəmə binasında ifadələrinin alınması davam edir. Mənbə: hurriyet.com 17:08 “Trabzonspor”un “Fənərbağça”ya 3:2 hesablı məğlubiyyətindən sonra tribunadan atılaraq meydana daxil olan azarkeşlər məhkəmə binasına aparılıblar. “Fənərbağça”nın futbolçularına hücum edən 12 azarkeşdən yeddisi saxlanılma prosedurlarından sonra məhkəməyə çıxarılıb. Xatırladaq ki, martın 17-də baş tutan “Trabzonspor” – “Fənərbağça” qarşılaşmasından sonra meydanda böyük qalmaqal yaşanıb.…

Read More
İdman 

Azərbaycan millisinin rəqiblərinin Bakıya gələcəyi vaxt AÇIQLANDI

Azərbaycan millisinin “FIFA series – Edition 2024” turnirindəki rəqibləri Monqolustan, Bolqarıstan, həmçinin yarışın digər iştirakçısı Tanzaniya milli komandasının Bakıya gələcəyi vaxt açıqlanıb. Bu barədə ”Report”a AFFA-nın Mətbuat Xidmətinin rəhbəri Elnur Məmmədov məlumat verib. “Tanzaniya millisi bu gün Bakıya gələcək, martın 19-da isə Monqolustan və Bolqarıstan yığmaları ölkəmizə çatacaqlar. Rəqib komandaların azarkeşlərinin Bakıya gəlmək ehtimalı yoxdur. Mümkün olarsa, həmin ölkələrin Azərbaycandakı səfirliklərinin əməkdaşları və ya ölkəmizdə yaşayan vətəndaşları gəlib matçları izləyə bilərlər”. AFFA rəsmisi bilet satışına da aydınlıq gətirib: “Millimizin oyunlarına bilet satışı ilə bağlı hazırda dəqiq məlumat yoxdur. Bu barədə ictimaiyyətə yaxın…

Read More
İdman 

Əlil arabasına məhkum olan Avropa çempionu: “Məni hərbi xidmətə yararsız yazmaq istədilər” – VİDEO

“Ayaqlarım fəaliyyətini itirdiyi üçün məni hərbi xidmətə yararsız kimi yazmaq istədilər, ancaq razılaşmadım, çünki inanıram ki, yenidən sağalıb idmana və hərbi xidmətimə davam edəcəyəm”. Bunu “Report”a müsahibəsində 25 yaşlı Avropa çempionu Rüstəm İmanzadə deyib. Avropada üç rekorda imza atan və qitənin ən güclü idmançısı seçilən R.İmanzadə Azərbaycanı təmsil etdiyi yarışlardan birində ağır ştanqın belinə düşməsi nəticəsində onurğasını zədələyib və ayaqları fəaliyyətini itirib: “Artıq doqquz ilə yaxındır ki, yeriyə bilmirəm. 148 kiloqram ağırlığı qaldıranda qolum zədələndi və ağırlıq belimə düşdü. Mənim ən çox qaldırdığım ağırlıq 155 kq olub. Ancaq təəssüf ki,…

Read More
İdman 

“Qarabağ”ın futbolçusu: “Möcüzəni reallaşdırmağa çox yaxın idik”

“Daha artığını etməyə, möcüzəni reallaşdırmağa çox yaxın idik”. “Report”un məlumatına görə, bunu “Qarabağ”ın futbolçusu Bəhlul Mustafazadə Almaniyanın “Bayer 04” klubuna 2:3 hesabı ilə məğlub olduqları UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyunu barədə Heydər Əliyev Beynəlxalq Hava Limanında jurnalistlərə açıqlamasında deyib. 27 yaşlı müdafiəçi gələcəkdə avrokuboklarda daha çox irəliləyəcəklərinə inandığını bildirib: “Bu cür turnirdə belə mübarizə apardığımız üçün sevinirik. Təəssüf ki, son dəqiqələrdə qol buraxdıq. Daha çox irəliləmək üçün təcrübə lazımdır. İlk dəfə idi ki, 1/8 finalda iştirak edirdik. Bu cür oyunlar keçirərək zamanla daha da irəli getmək olar”.…

Read More
İdman 

Qurban Qurbanovun köməkçisi təyyarədə azan oxudu – VİDEO

“Qarabağ” Avropa Liqasında “Bayer” ilə Leverkuzendə keçiriləcək cavab oyunu üçün bu gün Almaniyaya yollanıb. Ağdam klubunu aparan təyyarədə maraqlı anlar yaşanıb. Belə ki, iftar vaxtı Qurban Qurbanovun köməkçisi Elçin Rəhmanov azan oxuyub. Bundan sonra komandanın oruc tutan üzvləri iftar açıblar. Həmin anın görüntülərini təqdim edirik:  

Read More