İdman 

Rusiyalı hokkeyçi matç zamanı su əvəzinə naşatır spirti içdi: İdmançını zəhərləyiblər? – FOTO

Rusiyalı hokkeyçi matç zamanı naşatır spirti içib. Kimyəvi maddənin su şüşəsinə necə düşdüyü isə sirr olaraq qalır. Nəticədə idmançı ağzından və mədəsindən yanıq xəsarətləri alıb. Məlumata görə, hadisə Moskvada “Yantar” buz sarayında baş tutan “Əmək ehtiyatları” hokkey liqasının oyunu zamanı baş verib. “Wolta” hokkey klubunun oyunçusu, 40 yaşlı Valeri Zotov butulkadan su içməyə başlayıb, lakin butulkanın içərisində kimyəvi maye olub. İdmançının dili, damağı və mədəsi yanıb. Valeri təcili yardımla xəstəxanaya aparılıb, ona ikinci dərəcəli kimyəvi yanıq diaqnozu qoyulub. İndi onun vəziyyəti yaxşıdır. İdmançı özü naşatır spirtinin şüşəyə xüsusi olaraq töküldüyündən…

Read More
İdman 

“Şahdağ”da keçirilən “sprint yürüşü” üzrə xizək yarışının qalibləri mükafatlandırılıblar – FOTO

“Şahdağ” Turizm Mərkəzində üç yaş kateqoriyasında “sprint yürüşü” üzrə çıxış edən xizəkçilərin mükafatlandırılma mərasimi keçirilib. “Report”un məlumatına görə, fərdi şəkildə 60-a yaxın həvəskar idmançı xizək yarışının “sprint yürüşü” növü üzrə birincilik uğrunda mübarizə aparıblar. Qaliblər “Şahdağ” Turizm Mərkəzi və Qış İdman Növləri Federasiyası tərəfindən medallar və diplomlarla təltif olunublar. Yarışın birinci günü, “Sprint yürüşü” uğrunda xizəkçilər arasında mükafatçılar: U-18 kateqoriyası Qadınlar arasında: I yer – Helena Eurenger (Almaniya) II yer – Eva Sophie (Avstriya) III yer – Süeda Sultan (Türkiyə) Kişilər arasında: I yer – Morits Bauregger (Almaniya) II yer…

Read More
İdman 

Bakıda idmanda dopinqə qarşı beynəlxalq tədbir keçirilib – FOTO

Bakıda İdmanda dopinqə qarşı Beynəlxalq Konvensiyaya Tərəf Ölkələrin 9-cu Konfransı (COP9) Bürosunun birinci rəsmi görüşü keçirilib. “Report” xəbər verir ki, COP9 Konvensiyanın inkişafında iştirakçı dövlətlərin ehtiyac və gözləntilərinə cavab vermək, eləcə də qlobal idman ekosisteminin daimi təkamülünə, onun çağırışlarına uyğunlaşmaq üçün mühüm mərhələ təşkil edib. Əsas gündəm Konvensiyanın monitorinq sisteminin təkmilləşdirilməsinə və müddəalarına tam sahiblik imkanı vermək üçün iştirakçı dövlətlərə göstərilən dəstək kimi COP8 tərəfindən tələb olunan nəticələrin və təkliflərin çatdırılmasına yönəlib. COP9 həmçinin fövqəladə çağırışlara cavab vermək qabiliyyətini artırmaq üçün Konvensiyanın potensial inkişaflarını araşdırmaq imkanı verəcək. Qeyd edək ki, ötən…

Read More
İdman 

5 mart – Bədən Tərbiyəsi və İdman Günüdür

Hər il martın 5-i Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd olunur. ARANTV.AZ xəbər verir ki, Prezident İlham Əliyevin 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən hər il bu gün Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd edilir. Ölkəmizdə idmanın inkişafı ildən-ilə daha geniş vüsət alır. İndi Azərbaycan dünyada güclü idman ölkəsi kimi tanınır. Azərbaycanda Bədən Tərbiyəsi və İdman Gününün martın 5-də qeyd olunması təsadüfi deyil. 1995-ci il martın 5-də ümummilli lider Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb, İdman Fondunu təsis…

Read More
İdman 

Xankəndi – Bakı ultramarafonunun qalibi: “Qələbəni şəhidlərimizə həsr edirik”

“Yarışın hər günündə, hər dəqiqəsində şəhidləri yad edirdik”. “Report”un məlumatına görə, bunu Xankəndi – Bakı ultramarafonunun qalibi Artyom Əliyev jurnalistlərə açıqlamasında deyib. Həm Qobustan – Bakı marşrutunun (55 kq), həm də 380 km-lik ümumi ultramarafonun qalibi olan idmançı uğurunu şəhidlərə həsr edib: “Yarış çox gözəl təşkil olunmuşdu. Azərbaycan atletləri bir ailə kimi həm məşq keçdilər, həm də yarışdılar. Bu qələbəni şəhidlərimizə həsr edirik”. Qeyd edək ki, fevralın 29-da startı verilən Xankəndi – Bakı ultramarafonunda idmançılar ümumilikdə 380 km məsafə qət ediblər. Yarışda Azərbaycanla yanaşı, Türkiyə (5 nəfər), Meksika (4) və Moldovanın (1) atletləri…

Read More
İdman 

Xankəndi – Bakı ultramarafonunun üçüncü mərhələsi keçirilib – FOTO

“İdman həftəsi” çərçivəsində “Qürurla irəli!” şüarı ilə Xankəndi – Bakı ultramarafonunun üçüncü mərhələsi keçirilib. 21 nəfərin iştirakı ilə Ucardan start götürən üçüncü mərhələ 88 kilometr məsafəni əhatə edərək Hacıqabulda başa çatıb. Bu barədə “Report”a Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyindən bildirilib. Qeyd edilir ki, 17 nəfərin finişə çatdığı üçüncü mərhələdə kişilər arasında Artyom Əliyev birinci, Murat Kaya ikinci, Seymur Şahbazov üçüncü olublar. Qadınlar arasında isə finişə Svetlana Şepeleva (Moldova) və Leyla Abidinova (Azərbaycan) çatıblar.  

Read More
İdman 

Xankəndi-Bakı ultramarafonunun ikinci mərhələsinin qalibi müəyyənləşib – FOTO

“İdman həftəsi” çərçivəsində “Qürurla irəli!” şüarı ilə təşkil edilən Xankəndi-Bakı ultramarafonunun ikinci mərhələsi keçirilib. AZƏRTAC xəbər verir ki, 36 nəfərin iştirakı ilə Yevlax şəhərindən start götürən ikinci mərhələ 84 kilometr məsafəni əhatə edərək, Ucar şəhərində başa çatıb. Finişə çatan 21 nəfər arasında Ağa Əliyev birinci, Elmir Əskərov ikinci, Artyom Əliyev üçüncü olublar. Qadınlar arasında isə Svetlana Şepeleva (Moldova) yürüşü birinci, Leyla Abidinova (Azərbaycan) və Nataliya Vallek isə ikinci yerdə başa vurublar.  

Read More
İdman 

Xankəndi-Bakı ultramarafonunda ilk mərhələnin qalibi: “Bu idman növü şahmata bənzəyir”

“Ultramarafon şahmata bənzəyir. Burada strategiya var və bir saatlıq plan qurmaq kifayət etmir”. “Report”un Xankəndiyə ezam olunmuş əməkdaşının məlumatına görə, bunu Xankəndi-Bakı ultra marafonunun birinci mərhələsinin qalibi Elmir Əskərov jurnalistlərə açıqlamasında deyil. Xankəndidən Yevlaxa qədər olan 83 km məsafəni 6 saat 52 dəqiqəyə qət edən idmançı uğurlu çıxışa görə sevindiyini bildirib: “Birinci gün üçün asan olur. Çünki yorğunluq yoxdur. Buna görə də özümü qorumağa çalışdım. Bu yarış böyük önəm kəsb etdiyindən qalib gəlmək istəyirdim. Beş il əvvəl ağlıma da gətirə bilməzdim ki, bu torpaqlara gəlib çıxa biləcəyəm. Nəyin bahasına olursa-olsun, finişə…

Read More
İdman 

Qurban Qurbanov gənc futbolçular haqda: “Getsələr, onların inkişafı dayana bilər”

“İki fərqli hissə oldu. Çox yaxşı baş məşqçiyə qarşı oynayırdıq. İlk hissə bizim üçün asan olmadı”. İdman.biz xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib. Təcrübəli mütəxəssis Azərbaycan Premyer Liqasının XXIII turundan təxirə salınmış “Qəbələ” ilə oyunda qələbəni şərh edib: “Futbolçularda yorğunluq var. Çox güc sərf ediblər. “Neftçi” və “Bayer”lə oyuna kimi hamı bərpa olacaq. Kaxaber Tsxadadzeni görmək maraqlı və çox xoş oldu. Onun komandalarına qarşı hazırlaşmaq üçün həmişə çox vaxt sərf etmişəm. İlk hissədə göründü ki, o qədər də asan olmayacaq”. “Qarabağ”ın baş məşqçisi gənc futbolçu Nəriman…

Read More
İdman 

“Turan Tovuz” – ”Neftçi” matçında insident: Futbolçunu plastik qabla vurdular – VİDEO

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV turu çərçivəsində bu gün keçirilmiş “Turan Tovuz” – “Neftçi” matçının yekununda gərgin anlar yaşanıb. Sportinfo.Az xəbər verir ki, oyundan sonra tovuzlu azarkeşlər “Neftçi”nin futbolçularını fitə basıb. Tribunadakı azarkeşlərdən biri əlindəki plastik su qabını rəqib futbolçulara tərəf atıb. Plastik qab Qara Qarayevin başına dəyib. Məlum hadisə qonaqlara xoş gəlmədiyindən bəzi oyunçular nalayiq ifadələrə yol veriblər. Buna görə iki komandanın nümayəndələri arasında kiçik münaqişə yaranıb. Baş məşqçilər Miodraq Bojoviçlə Ayxan Abbasov məsələyə aydınlıq gətirmək istəyəndə, baş hakim onların mübahisə etdiyini düşünərək hər ikisinə sarı vərəqə göstərib.…

Read More