İdman 

“Qranada” – “Valensiya” matçı təxirə salınıb – SƏBƏB

İspaniya çempionatının 26-cı turu çərçivəsində keçiriləcək “Qranada” – “Valensiya” matçı qeyri-müəyyən müddətə təxirə salınıb. Bu barədə La Liqa məlumat yayıb. Buna səbəb axşam saatlarında Valensiyada baş vermiş güclü yanğın olub. Oyunun təxirə salınmasını şəhərin eyniadlı klubunun nümayəndələri istəyiblər. Yanğın nəticəsində 4 nəfər ölüb, 13 nəfər yaralanıb, 20 nəfər itkin düşüb. Bu, Valensiyanın tarixində ən böyük yanğın hadisədir. Qeyd edək ki, “Qranada” – “Valensiya” matçı bu gün saat 17:00-da keçirilməliydi.

Read More
İdman 

“Qarabağ”ın balaca azarkeşi Nəriman Axundzadə və Toral Bayramov ilə görüşdü- FOTO/VİDEO

Videosu ilə “Tiktok” sosial şəbəkəsində trend olan “Qarabağ”ın balaca azarkeşi Ümid Xəlilzadə klubun futbolçuları ilə bir araya gəlib. Futbolçular Nəriman Axundzadə və Toral Bayramov Ümidlə görüşüblər. Görüşdən sonra 9 yaşlı Ümid təəssüratlarını Azxəbər.com-la bölüşüb. “Videomu anam çəkib, nənəmə göndərmişdi. Mən də, anam da bilməzdik ki, video “tiktok”a düşəcək. Videonu bir tanışımız sosial şəbəkəyə yerləşdirib ki, komandanın və oyunçuların diqqətini çəksin. Belə də oldu. Sonra bizə klubdan Asif Əsgərov zəng etdi və məni görüşə dəvət etdilər. Mən də getdim”. Daha sonra Ümid Nəriman və Toralla görüşündən danışıb: “Kluba çatanda bizi çox…

Read More
İdman 

Qurban Qurbanovu özündən çıxaran hadisənin VİDEOsu

Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində keçirilən “Qarabağ” – “Braqa” matçının ikinci hissəsində gərgin anlar yaşanıb. Sportinfo.az xəbər verir ki, Ağdam klubunun futbolçusu Elvin Cəfərquliyev matçın 56-cı dəqiqəsində ikinci sarı vərəqəni alaraq meydandan kənarlaşdırılıb. Hakimin bu qərarı futbolçu ilə yanaşı, Qurban Qurbanovun da etirazına səbəb olub. Hakimin qərarına etiraz edən Qurban Qurbanov da qarşısında sarı vərəqə görüb. Həmin anın görüntülərini təqdim edirik:

Read More
İdman 

Avropa Liqası “Qarabağ”la bağlı paylaşım edib – FOTO

UEFA Avropa Liqası “Qarabağ”ın turnirin 1/8 finalına vəsiqə qazanması münasibətilə paylaşım edərək Ağdam təmsilçisinin bu nailiyyətinin tarixi adlandırıb. “Report” xəbər verir ki, Avropa Liqasının sosial şəbəkə hesabında qeyd olunub: “Tarix kitabları üçün!”. Xatırladaq ki, “köhlən atlar” UEFA Avropa Liqasının pley-off mərhələsində Portuqaliyanın “Braqa” komandasından üstün olub və tarixində ilk dəfə turnirin 1/8 finalına çıxıb.

Read More
İdman 

Qurban Qurbanov tarixi uğurdan sonra futbolçularına bu sözləri dedi – VİDEO

“Qarabağ” UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda doğma azarkeşləri önündə Portuqaliya klubu “Braqa”nı qəbul edib. İki görüşün nəticəsinə əsasən Qurban Qurbanovun yetirmələri 1/8 finala vəsiqə qazanıblar. Tarixi uğurdan sonra Qurban Qurbanovun paltardəyişmə otağındakı çıxışı diqqət çəkib. Belə ki, Q.Qurbanov futbolçularına dost olaraq qalmağı və heç kimdən çəkinməməyi tövsiyə edib. Həmin görüntüləri təqdim edirik: BAKU.WS

Read More
İdman 

“Qarabağ” “Braqa”nı məğlub etməklə büdcəsini bu qədər zənginləşdirdi

Ötən gecə Portuqaliyanın “Braqa” klubunu Avropa Liqasından kənarlaşdırmaq “Qarabağ”ın büdcəsini daha 1,2 milyon avro zənginləşdirib. Ağdam təmsilçisi 1/8 final mərhələsinə vəsiqə qazanmaqla ənənəvi olaraq bu məbləği hesabına köçürəcək. Azərbaycan çempionu bu turnirin qalibi olarsa, mövsümlük qazancı 23 milyon 982 min avro təşkil edəcək. Qeyd edək ki, “Qarabağ” UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda doğma azarkeşləri önündə Portuqaliya klubu “Braqa”ya 2:3 hesabla uduzsa da ümumi görüşün nəticəsinə görə 6:5 hesablı qələbə ilə 1/8 finala vəsiqə qazanıb. Bu gün Bakı vaxtı ilə 15:00-da 1/8 final mərhələsinin püşkü atılacaq./BAKU.WS

Read More
İdman 

“Qarabağ”ın yeni meneceri: “Akademiyada dəyişikliyi sözdə yox, əməldə görməyim məni cəlb etdi”

“Qarabağ” akademiyasında dəyişikliyi sözdə yox, əməldə görməyim məni cəlb etdi”. Bunu “Report”a açıqlamasında “Qarabağ” Futbol Akademiyasının yeni meneceri Nail Kərimov təyinatı ilə bağlı danışarkən deyib. “Qəbələ”dən ayrıldıqdan sonra Ağdam təmsilçisi ilə anlaşan mütəxəssis həmin ərəfədə başqa təkliflərinin olduğunu da bildirib: “Təklif göndərən klubların hər birinə təşəkkür edirəm. İlk təklif “Qarabağ”dan gəldi, söhbətimiz də yaxşı məcrada keçdi, bir-birimizi başa düşdük. Seçim zamanı “Qarabağ” klubunun adı, bu ailənin mehribanlığı, keyfiyyəti öz rolunu oynamaya bilməzdi”. N.Kərimov akademiyanı əsas komanda səviyyəsinə uyğunlaşdırmaq üçün yollarının uzun olacağını vurğulayıb: “Bu mövsümün əvvəlindən görülən işlər gələcəyə ümidlə…

Read More
İdman 

Rafael Ağayev vəzifəyə təyin edildi

Rafael Ağayev və Qurban Tağıyev Azərbaycan Karate Federasiyasının (AKF) WKF üzrə vitse-prezidenti vəzifəsinə təyin olunublar. Bu barədə AKF-nin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, digər dəyişiklik yığma komanda ilə bağlıdır. Belə ki, Şahin Atamov kişilərdən ibarət yığmanın baş məşqçisi təyin edilib. Ona Niyazi Əliyev və Rəşad Hüseynov köməklik göstərəcəklər.

Read More
İdman 

“Qarabağ”da yeni təyinat

“Qarabağ”da yeni təyinat rəsmiləşib. Bu barədə klubun sosial media hesabında məlumat verilib. Bildirilib ki, Nail Kərimov klubun futbol akademiyasının meneceri təyin olunub. Qeyd edək ki, Kərimovun son iş yeri “Qəbələ” İdman Klubu olub. O, 2006-24-cü illərdə çalışdığı klubda Mətbuat Xidmətinin rəhbəri, akademiyanın direktor müavini və rəhbəri, həmçinin baş menecer kimi fəaliyyət göstərib.

Read More
İdman 

DTX bu klubun futbolçularını sorğu-sual etdi

Azərbaycan futbolunda oyun alqı-satqı məsələsi gündəmdən düşmür. Daha bir klub bu məsələdə şübhəli bilinir. Söhbət “İrəvan”dan gedir. Qərbi Azərbaycan təmsilçisinin 7 üzvü dünən Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən sorğu-sual edilib. Onlar Azərbaycan Kubokunun 1/8 finalında “Araz-Naxçıvan”la (2:8) oyunun nəticəsinə görə dindiriliblər. Bu məlumatı saytımıza açıqlamasında “İrəvan”ın prezidenti Zahid Niyazəliyev də təsdiqlədi: “Dünən futbolçular bu məsələ ilə bağlı dindirilib. Oyunçular “Araz-Naxçıvan”la kubok matçına görə sorğu-sual edilib. Məsələ ilə bağlı araşdırma davam edir”. (Offsideplus.az)

Read More