İdman 

PFL rəsmilərinin müalicə üsulu dəyişdirilə bilər

Xankəndi şəhəri istiqamətindəki yolda qəzaya düşən Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədov və vitse-prezidenti Aslan Şahgəldiyevin müalicə üsulu dəyişdirilə bilər. Bu barədə “Report”a qurumun media və marketinq direktoru Sənan Abdullayev məlumat verib. O bildirib ki, bununla bağlı qərar analizlər aparıldıqdan sonra veriləcək: “Hazırda hər ikisində əsas yük fizioterapiyaya verilib. Proseslərə uyğun müayinələrdən sonra hansı addımlar atılacağına qərar veriləcək. İndiki proses davam etdirilə və ya müalicə üsulu dəyişdirilə bilər”. S.Abdullayev əlavə edib ki, PFL rəsmilərinin vəziyyətləri yaxşıya doğru gedir: “Aslan Şahgəldiyev gündə iki dəfə olmaqla fizioterapiya keçir. Bərpa prosesini davam…

Read More
İdman 

Azərbaycanın yunan-Roma güləşi millisi Avropa çempionatında ikinci yeri tutub

Yunan-Roma güləşi üzrə Azərbaycan millisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında komanda hesabında ikinci yeri tutub. “Report”un məlumatına görə, güləşçilərimiz 3 qızıl, 2 gümüş, 1 bürünc medalla buna nail olublar. Ümumilikdə 142 xal toplayan yığma Avropa çempionu olan Türkiyədən cəmi 5 xal geri qalıb. Azərbaycan millisi həm də tarixində ilk dəfə qitə birinciliyində 3 qızıl mükafat əldə edib. Qeyd edək ki, Avropa çempionatında Azərbaycan yığmasının heyətində Nihat Məmmədli (60 kq), Murad Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) qızıl, Rəşad Məmmədov (55 kq), Ülvü Qənizadə (72 kq) gümüş, Beka Kandelaki…

Read More
İdman 

Qadın şahmatçılar arasında Azərbaycan çempionatına start verilib

Qadın şahmatçılar arasında Azərbaycan çempionatına start verilib. Bu barədə Azərbaycan Şahmat Federasiyasının Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, yarışda 2023-cü ildə 18 yaşlılar arasında dünya çempionatının qalibi olan Ayan Allahverdiyeva, o cümlədən beynəlxalq usta Səbinə İbrahimova da mübarizə aparırlar. Ümumilikdə 15 şahmatçının iştirak etdiyi yarışın reytinq favoriti Xəyalə Abdulladır. Çempionatın mükafat fondu 15 min manat təşkil edir. Qalib 6000 manat əldə edəcək. İlk iki yeri tutacaq şahmatçılar Avropa çempionatına ezam olunacaqlar. Çempionatın baş hakimi İnara Topçiyevadır. 7 turdan ibarət Azərbaycan çempionatına fevralın 17-də yekun vurulacaq.

Read More
İdman 

Azərbaycan Premyer Liqasının XXII turunda daha bir oyun keçiriləcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXII turun daha bir oyunu keçiriləcək. “Report”un məlumatına görə, “Səbail” “Kəpəz”lə üz-üzə gələcək. Qəbələ şəhər stadionunda gerçəkləşəcək qarşılaşma saat 15:00-da başlayacaq. Matçı Nicat İsmayıllı idarə edəcək. Paytaxt təmsilçisi 28 xalla 5-ci, Gəncə klubu 20 xalla 9-cu pilədə qərarlaşıb. Azərbaycan Premyer Liqası XXII tur 12 fevral 15:00. “Kəpəz” – “Səbail” Hakimlər: Nicat İsmayıllı, Eyyub İbrahimov, Asiman Əzizli, Vüqar Həsənli. Hakim-inspektor: Vüsal Əliyev. AFFA nümayəndəsi: Elman Musayev. Qəbələ şəhər stadionu Qeyd edək ki, turun ilk matçında “Qarabağ” “Sabah”la heç-heçə edib – 3:3. XXII turun digər oyunları…

Read More
İdman 

Hakimi təhqir etdilər, texniki məğlubiyyət aldılar

AFFA İntizam Komitəsi Region Liqasında hakimləri təhqir edən şəxsləri cəzalandırıb. Bu barədə AFFA məlumat yayıb. Bildirilib ki, “Ümid” (Saatlı) komandası ilə görüşdə “Olimpiya Ağcabədi”nin ehtiyat oyunçuları və özünü komandanın nümayəndəsi adlandıran şəxs hakimin üzərinə yüyürərək təhqiramiz ifadələr işlədiblər və referini təhdid etdiklərinə görə matç yarımçıq dayandırılıb. Bu səbəbdən Ağcabədi təmsilçisinə texniki məğlubiyyət verilib. “Olimpiya Ağcabədi”nin futbolçusu Cəlil Abdullayev və onun komanda yoldaşı Şahin Rüstəmov ədalət təmsilçisini təhqir etdikləri üçün 5 oyunluq cəzaya məruz qalıblar. “Cürət” komandasının oyunçusu Murad İsayev İCBFA ilə qarşılaşmada referini təhqir etdiyi üçün 4 oyunluq cəzalanıb. Rəqib komandadan…

Read More
İdman 

Bəhruz Nəbiyev: “Beynəlxalq Çövkən Federasiyasının ilk prezidenti Azərbaycandan seçildi, bu, tarixi andır”

“Federasiyanın ilk prezidentinin Azərbaycandan seçilməsi gözəl məqamdır”. “Report”un məlumatına görə, bunu Beynəlxalq Çövkən Federasiyasının Bakıda keçirilən I Baş Assambleyasında qurumun prezidenti seçilən Bəhruz Nəbiyev jurnalistlərə açıqlamasında deyib. Azərbaycan Respublikası Atçılıq Federasiyasında baş katib postunu tutan funksioner Binə Atçılıq Mərkəzində təşkil olunan tədbirdə müzakirə edilən digər məsələləri açıqlayıb: “Bu gün Baş Assambleyanın ikinci gününə start vermişik. Vitse-prezidentlər də seçildi. Biri Türkiyədən, biri İngiltərədən, biri isə Mərakeşdəndir. Bizim qitələr üzrə 6 regional qrupumuz var. Bunun 5-i Bakıda təmsil olunur. Burda qrup rəhbərlərini də seçdik. Bu gün yarışların təqvimini də müəyyənləşdirəcəyik. Avropa və…

Read More
İdman 

Milli komandanın heyəti tamamlanır: Bu gün daha beş çempion bəlli olacaq

Bu gün sərbəst və yunan-Roma güləşi üzrə U-20 Azərbaycan çempionatına yekun vurulacaq. İdman.biz xəbər verir ki, son yarış günündə “klassiklər” daha beş çəkidə mübarizə aparacaqlar. 60 kq, 67 kq, 77 kq, 87 kq və 130 kq olan idmançılar ən güclünü müəyyənləşdirəcəklər. Bakı İdman Sarayında baş tutan çempionatın keçirilməsində əsas məqsəd gənclərdən (U-20) ibarət milli komandanı formalaşdırmaqdır. Bir gün öncə yunan-Roma növündə beş çəkidə qaliblər bəlli olub. Final görüşlərini qələbə ilə başa vuran Turan Daşdəmirov (55 kq), Məhəmməd Şükürzadə (63kq), Faiq Səfərli (72kq), İsmayıl Rzayev (82 kq) və Mikayıl İsmayılov (97…

Read More
İdman 

Dağıstanlı MMA döyüşçüsü evinin yaxınlığında güllələndi – ANBAAN VİDEO

Qarışıq döyüş sənətləri (MMA) üzrə dağıstanlı döyüşçü Maqomedrəsul Mutayev Mahaçqaladakı evinin yaxınlığında güllələnib. Güllələrdən biri onun başına dəyib. “Fight Nights” promouter şirkəti 20 yaşlı döyüşçünün ölümünü təsdiqləyib. Mutayevin qətlə yetirilməsi anları ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılıb. Videodan aydın olur ki, qatil idmançını evinin girişində gözləyib. Hücum Həbib Nurməhəmmədovun atasının məktəbindən olan 20 yaşlı döyüşçü məşqdən qayıdarkən baş verib. Sosial şəbəkələrdə, həmçinin, döyüşçüyə yay aylarında olan sui-qəsdə cəhd anını əks etdirən görüntülər də yayılıb (videoda ikinci hissə). Kadrlarda Mutayevin cavab atəşi açdığı və hücumçuların qaçdığı görünür. Döyüşçünün ətrafı yerli çatlarda…

Read More
İdman 

Bakıda lisenziya xarakterli beynəlxalq atletika yarışı keçiriləcək

Əməkdar məşqçi Aleksandr Antipovun xatirəsinə həsr olunmuş atletika üzrə Bakı beynəlxalq qış yarışı keçiriləcək. Bu barədə Atletika Federasiyası məlumat yayıb. Bildirilib ki, turnir fevralın 2-3-də Respublika Olimpiya Mərkəzində təşkil olunacaq. Yarışda Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Saxa Respublikasından (Rusiya Federasiyası) atletlər güclərini sınayacaqlar. Turnir Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır.

Read More
İdman 

Tofiq Bəhramovun nəvəsi: “Babam düzgün qərar vermişdi” – FOTO

“12 yaşıma qədər babamla bir yerdə yaşamışam. Onun nəvəsi olmaq qürurvericidir. Babamın evində doğulub, orada böyümüşəm. Sözsüz ki, T.Bəhramovla bağlı xatirələr dünənki kimi yadımdadır”. Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycanın əfsanəvi futbol hakimi Tofiq Bəhramovun özü ilə eyni ad və soyadı daşıyan nəvəsi babasının anadan olmasının 99-cu ildönümü ilə bağlı danışarkən deyib. Tanınmış referi ilə bağlı xatirələrini bölüşən T.Bəhramov onun öz işində olduqca ciddi və qətiyyətli olduğunu bildirib: “Amma ailə üzvlərinə qarşı çox mülayim idi. Nəvələrinə olan sevgisi isə tamam başqa idi. Tofiq Bəhramov həmişə ailəsini sevən, qohumlarını, tanışlarını məclislərdə bir…

Read More