Azərbaycan şahmatının İddiaçılar Turnirində növbəti sınağı: Nicat Abasovu Kanadada nə gözləyir? – ŞƏRH + FOTO
2024-cü il yanvarın 13-ü Azərbaycan idmanı, xüsusilə də şahmatı üçün sevindirici xəbərlə yadda qaldı. Belə ki, milli komandamızın üzvü Nicat Abasovun İddiaçılar Turnirində iştirak edəcəyi təsdiqini tapdı. FİDE-nin açıqladığı 8 nəfərdən ibarət siyahıda onun adının da yer alması şahmat həvəskarlarının ürəyincə oldu. Əslində isə bu cür sonluq hələ ötən ilin avqustundan gözlənilirdi. Bakıda təşkil edilən Dünya Kubokundan sonra. Sadəcə, məsələnin rəsmiləşməsi qalırdı. Karyerasında ilk dəfə Dünya Kubokunu qazanan Maqnus Karlsenin İddiaçılar Turnirində iştirakdan imtina etməsi bu yarışda 4-cü olan Nicatın “yolunda yaşıl işıq yandırdı”. Maraq üçün qeyd edək ki, 28…
Read More