İdman 

Azərbaycan millisinin sabiq futbolçusu: “Həyatımın unudulmaz günlərindən birini yaşayıram”

“Həyatımın unudulmaz günlərindən birini yaşayıram”. Bunu “Report”un Xankəndiyə ezam olunmuş əməkdaşına açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Ruslan Abışov ölkə kubokunun 1/8 final mərhələsinin “Qarabağ” – MOİK oyunu üçün həmin şəhərə yollanması ilə bağlı danışarkən deyib. Bu il karyerasını başa vuran 36 yaşlı müdafiəçi fərqli hisslər keçirdiyini bildirib: “Buna görə cənab Prezidentə, Ordumuza təşəkkürümü bildirirəm. Ağdamın girişindən etibarən qeyri-adi hisslər yaşamağa başlamışam. Xankəndidə küçələri, evləri görəndə sözlə ifadə edə bilməyəcəyim hisslər yaşadım. Burada olduğum üçün çox xoşbəxtəm. İnanıram ki, buralar tam hazır olandan sonra insanlar tez-tez gələcəklər”. R.Abışov “Qarabağ”ı matçın favoriti…

Read More
İdman 

Azərbaycanın MMA döyüşçüsü: “Ali Baş Komandanımızın, qazilərimizin, şəhidlərimizin sayəsində buradayıq”

“Ali Baş Komandanımızın, qazilərimizin, şəhidlərimizin sayəsində buradayıq”. Bunu “Report”un Xankəndiyə ezam olunmuş əməkdaşına açıqlamasında Azərbaycanın MMA döyüşçüsü Tofiq Musayev deyib. Azərbaycan Kubokunun 1/8 final mərhələsində keçiriləcək “Qarabağ” – MOİK oyunu üçün Xankəndiyə yollanan Vətən müharibəsi iştirakçısı buna görə qürur duyduğunu bildirib: “Qürurvericidir ki, Azərbaycanın Dövlət Himni Xankəndidə səslənir. Himnin səsləməsini, Prezident İlham Əliyevin burada çıxış etməsini sözlə ifadə etmək çətindir. Azərbaycan öz torpaqlarını artıq azad edib. Həm Vətən müharibəsi iştirakçısı, həm də peşəkar döyüşçü kimi bu hissləri bizə yaşatdıqları üçün Prezidentimizə, qazilərimizə təşəkkür edir, şəhidlərin qarşısında baş əyirik”. T.Musayev sonda hər iki…

Read More
İdman 

Xankəndidə tarixi oyun

Bu gün işğaldan azad olunan Xankəndi şəhərində tarixi futbol oyunu keçiriləcək. ARANTV.AZ  xəbər verir ki, Ağdamın “Qarabağ” komandası Azərbaycan kubokunun 1/8 final mərhələsindəki oyununu adını daşıdığı Qarabağ bölgəsinin mərkəzi şəhərlərindən olan Xankəndidə keçirəcək. Maraqlıdır ki, bu oyunda “Qarabağ”ın rəqibi işğal altındakı torpaqlarımızı azad edən ordunun mənsub olduğu Müdafiə Nazirliyinin komandası – Mərkəzi Ordu İdman Klubu olacaq. Bu, 30 illik fasilədən sonra Qarabağ bölgəsinin işğaldan azad edilən hissəsində ilk rəsmi oyun olacaq. Bunadək son dəfə işğal altında olmuş ərazidə oyun 1993-cü ilin may ayında Azərbaycan çempionatında “Qarabağ”la “Turan” (Tovuz) arasında olub. Ağdamın…

Read More
İdman 

Tarixi oyun: Bu gün Xankəndidə “Qarabağ” – MOİK qarşılaşması keçiriləcək – FOTO/VİDEO

Bu gün Xankəndi şəhərində tarixi oyun keçiriləcək. ARANTV.AZ  xəbər verir ki, Ağdamın “Qarabağ” komandası Azərbaycan kubokunun 1/8 final mərhələsindəki oyunu adını daşıdığı Qarabağ bölgəsinin mərkəzi şəhərlərindən olan Xankəndidə keçirəcək. “Qarabağ” MOİK-lə üz-üzə gələcək. Xankəndi stadionunda reallaşacaq qarşılaşma saat 14:00-da başlayacaq. Matçın qalibi 1/4 finalda “Sabah”la qarşılaşacaq. Oyunu yüzlərlə tamaşaçı stadiondan canlı izləyəcək. Xatırladaq ki, bu, 30 illik fasilədən sonra Qarabağ bölgəsinin işğaldan azad edilən hissəsində ilk rəsmi oyun olacaq. Son dəfə işğal altında olmuş ərazilərdə oyun 1993-cü ilin may ayında Azərbaycan çempionatında “Qarabağ”la “Turan” (“Turan Tovuz”) arasında olub. Ağdamın “İmarət” stadionunda keçirilmiş həmin…

Read More
İdman 

Azərbaycan çövkən liqası keçiriləcək

2024-cü ilin aprelində Azərbaycan çövkən liqası keçiriləcək. “Report” xəbər verir ki, bunu Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) baş katibi Bəhruz Nəbiyev jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, həmin tarixdə ölkə çempionatının təşkili planlaşdırılır: “Digər idman növlərində olduğu kimi, burada da yerli klublar liqada bir-birlərinə qarşı oynayacaqlar”. Baş katib 2024-cü ildə beynəlxalq turnirin təşkilinin nəzərdə tutulduğunu sözlərinə əlavə edib: “Həmin turnirdə hazırkı klubların oyunçularından istifadə edərək, millinin tərkibini müəyyənləşdirəcəyik”. Bəhruz Nəbiyev bu gün startı verilən çövkən üzrə sayca 10-cu Prezident Kubokunda isə səkkiz komandanın iki qrupda mübarizə apardığını sözlərinə əlavə edib:…

Read More
İdman 

UEFA reytinqi: Azərbaycan “Qarabağ”ın sayəsində Rusiyanı geridə qoyub

“Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsinin son turunda qələbə qazanaraq, Azərbaycana UEFA reytinqində növbəti xalları qazandırıb. “Report”un məlumatına görə, Ağdam təmsilçisinin Bakıda İsveçin “Hakken” klubuna 2:1 hesabı ilə qalib gəlməsi ölkə reytinqinə daha 0,500 əmsal əlavə edib. Komandanın pley-offa adlaması daha 0,500 əmsalın qazanılmasına səbəb olub. Nəticədə ölkənin cari mövsümdəki əmsalı 4,875-ə çatıb. Son 5 mövsümdəki ümumi əmsallarının sayı 19,125-dir. Bununla Azərbaycan UEFA reytinqində Rusiyanı geridə qoyaraq, 28-ci pilləyə yüksəlib. Baş tutan qarşılaşmalar Danimarka, Yunanıstan, Macarıstan, Bolqarıstan, Sloveniya, Bosniya və Herseqovinanın irəliləməsinə, Norveç, Serbiya, İsveç, Slovakiya, Rusiya, Moldova və Lixtenşteynin…

Read More
İdman 

“Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsindəki potensial rəqibləri – SİYAHI

“Qarabağ”ın UEFA Avropa Liqasının (AL) pley-off mərhələsindəki mümkün rəqibləri müəyyənləşib. “Report”un məlumatına görə, buna UEFA Çempionlar Liqasının (ÇL) qrup mərhələsinin son matçlarının ardından aydınlıq gəlib. Qitənin ən nüfuzlu klub turnirində qrup üçüncüləri olan komandalar mübarizəni AL-də davam etdirəcəklər. Onlar bu turnirin qrup ikinciləri ilə pley-offda qarşılaşacaqlar. Hazırda H qrupunda ikinci pillədə qərarlaşan “Qarabağ” İsveçin “Hakken” klubu ilə bu gün keçiriləcək görüşdən sonra da mövqeyini dəyişməsə, ÇL-in qrupunda üçüncü yeri tutanlardan biri ilə üz-üzə gələcək. Potensial rəqiblər sırasında Türkiyə çempionu “Qalatasaray” da var. Qurban Qurbanovun kollektivi İtaliya nəhəngi “Milan”la da qarşılaşa…

Read More
İdman 

AFFA-nın vitse-prezidenti: “Qarabağ” Avropa Liqasında pley-offa çıxmaqla yeni tarix yazacaq”

“Qarabağ” Avropa Liqasında pley-offa çıxmaqla yeni tarix yazacaq və azarkeşləri sevindirəcək. Buna ümidimiz böyükdür”. Bunu “Report”a açıqlamasında AFFA-nın vitse-prezidenti Vaqif Sadıqov “Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsində İsveçin “Hakken” klubuna qarşı keçirəcəyi son oyunla bağlı danışarkən deyib. 64 yaşlı mütəxəssis Azərbaycan çempionunun doğma meydan amilindən yararlanaraq, qələbə qazanacağına inanır: “Qarabağ”ın layiq olduğu yeri tutması üçün ən yaxşı oyunlarından birini keçirəcəyini düşünürəm. Hər şey təmsilçimizin öz əlindədir. “Molde”nin son matçını izləməyəcəyik. “Qarabağ” növbəti mərhələyə qadir və layiqdir”. Vaqif Sadıqov bəzi amillərin mümkün təsirindən də bəhs edib. Onun fikrincə, Ağdam təmsilçisi psixoloji…

Read More
İdman 

AFFA rəqibini vuran futbolçunu və hakimləri təhqir edənləri cəzalandırıb

AFFA İntizam Komitəsi Region Liqasında çıxış edən “Record Club”un futbolçusu Emil İsrəfilovu 4 oyunluq cəzalandırıb. Milli assosiasiyanın rəsmi saytı xəbər verir ki, buna onun “City Baku” ilə qarşılaşmanın 90+3-cü dəqiqəsində rəqibini bilərəkdən əli ilə vurması səbəb olub. İsrəfilov qırmızı vərəqə ilə cəzalanıb. Eyni turnirdə mübarizə aparan “Qarxun”da isə köməkçi məşqçi Akif Rəhimov 5 matçlıq cəza ilə üzləşib. Mütəxəssis “Ağstafa Gəncləri” ilə oyunda hakimi təhqir etdiyi üçün qırmızı vərəqə alıb. AFFA U-15 Liqasında “Zirə”nin futbolçusu Kamal Qasımlı “Sabah”la görüşdə hakimi təhqir etdiyi üçün 4, komandanın baş məşqçisi Yasin Yaqubzadə qeyri-etik ifadə və…

Read More