İdman 

Oyundan sonra dava düşdü – VİDEO

Türkiyədə Basketbol Super Liqasının play-off yarımfinal mərhələsinin dördüncü matçında xoşagəlməz hadisə yaşanıb. ARANTV.AZ Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Fənərbaxça”nı qəbul edən “Anadolu Efes” matçda 87-78 xalla qalib olub. Oyun sonrası “Anadolu Efes”in baş məşqçisi Ergin Ataman meydandan çıxarkən “Fənərbağça”nın azarkeşləri ilə mübahisə edib. Sözügedən görüntüləri təqdim edirik. (publika)  

Read More
İdman 

Azərbaycan boksçuları beynəlxalq turnirdə 10 medal qazanıblar

Azərbaycanın gənc və yeniyetmə boksçuları Macarıstanın Eger şəhərində keçirilmiş beynəlxalq turnirdə 4 qızıl, 3 gümüş və 3 bürünc medal qazanıblar. Federasiyadan verilən məlumata görə, gənclər yığmasının heyətində Sübhan Məmmədov (51 kq), Məhəmmədəli Aşurəliyev (57 kq) və Fərhad Şeydayev (75 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Onlardan fərqli, Tağı Nəsibov (54 kq) və Məhəmmədəli Qasımzadə (60 kq) finalda məğlub olaraq, gümüş medalla kifayətləniblər. Ömər Aslanlı (54 kq) isə 3-cü yeri tutub. Yeniyetmə boksçulardan Banuçiçək Nəsirli (46 kq) qızıl, Özləm Həsənova (63 kq) gümüş, İnci Məcidli (50 kq) və Abbasqulu Şadlinski…

Read More
İdman 

“Qızıl top”un veriləcəyi tarix məlum oldu

2023-cü il üçün “Qızıl top” mükafatının təqdim ediləcəyi tarix müəyyənləşib. İlin ən yaxşı futbolçusuna veriləcək mükafat oktyabrın 30-da sahibini tapacaq. Mərasim Fransanın paytaxtı Parisdəki “Şatle” teatrında təşkil olunacaq. Kişilər arasında 30, qadınlar arasında isə 20 nəfərlik namnizəd siyahısı sentyabrın 20-də açıqlanacaq. “Qızıl top”un son sahibi bir neçə gün öncə “Real Madrid”dən Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubuna keçən Kərim Benzemadır. Mənbə: France Football

Read More
İdman 

“Əziz Şuşa” yarışında üçüncü mərhələnin qalibi: “Finişə 20 km məsafə qalmış birinciliyə inanırdım”

“Finişə 20 km məsafə qalmış birinci yeri tutacağıma inanırdım”. “Report”un məlumatına görə, bunu ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Əziz Şuşa” beynəlxalq velosiped yarışının üçüncü mərhələsinin qalibi olan Yari Verstraeten mətbuat konfransında deyib. Qəbələ-Gəncə marşrutu üzrə 170 km məsafə qət edərək finiş xəttinə birinci çatan belçikalı velosipedçi sevincini gizlətməyib: “Çox çətin yarış oldu. Başlanğıcda eniş olmuşdu. Sprintdə bir qrup digərlərindən ayrıldı, dörd nəfərdən ibarət mükəmməl qrup yarandı. Hərdən külək əks istiqamətdə oldu, yol da uzun idi. Ancaq maraqlı mübarizə alındı. Növbəti mərhələlərdə isə dağ etapı olacaq. İnanmıram…

Read More
İdman 

DYP-dən “Əziz Şuşa” velosiped turnirinin II mərhələsi ilə bağlı sürücülərə MÜRACİƏT

Baş Dövlət Yol Polisi İdarəsi “Əziz Şuşa” beynəlxalq velosiped turnirinin ikinci mərhələsi ilə əlaqədar sürücülərə müraciət edib. İdarədən bildirilib ki, Azərbaycan Velosiped Federasiyasının təşkilatçılığı ilə keçirilən “Əziz Şuşa” beynəlxalq velosiped turnirinin birinci mərhələsi artıq geridə qalıb. Bu gün yarışın ikinci mərhələsinə Qəbələ rayonunda start veriləcək. İdmançılar Qəbələ-Zarağan-Oğuz-Şəki marşrut xətti üzrə və geriyə hərəkət edərək ikinci mərhələni Qəbələ rayonunda başa vuracaqlar. Tur səhər saat 10:30-dan 15:00-dək davam edəcək. BDYPİ beynəlxalq tədbirlə əlaqədar sürücülərdən yuxarıda qeyd olunan müddət ərzində yarış iştirakçılarının hərəkət edəcəyi yollardan mümkün qədər istifadə etməməyi xahiş edir.

Read More
İdman 

“Əziz Şuşa” beynəlxalq velosiped yarışında bu gün ikinci mərhələ keçiriləcək

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Əziz Şuşa” beynəlxalq velosiped yarışı davam edir. “Report”un məlumatına görə, bu gün turnirin ikinci mərhələsi keçiriləcək. Velosipedçilər bu dəfə Qəbələdən yarışa start verəcəklər. 14 komandanın idmançıları Qəbələ – Şəki – Qəbələ marşrutu üzrə 176,2 km məsafə qət edəcəklər. Qeyd edək ki, Bakıdan Şamaxıya 150 km məsafənin qət edildiyi birinci mərhələnin qalibi Bolqarıstan millisinin üzvü Martin Papanov olub.

Read More
İdman 

Bolqarıstanlı idmançı “Əziz Şuşa” beynəlxalq yarışının birinci mərhələsinin qalibi olub – YENİLƏNİB + FOTO

Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Əziz Şuşa” beynəlxalq velosiped yarışının birinci mərhələsi başa çatıb. AZƏRTAC xəbər verir ki, 100-dən artıq velosipedçinin qatıldığı mübarizəyə Bakı şəhərinin Səbail rayonunda yerləşən Veloparkdan start verilib. İlk mərhələdə velosipedçilər 150 kilometr məsafə qət edərək Şamaxı rayonunda finiş xəttini keçiblər. Gərgin idman mübarizəsi şəraitində keçən yarışda bolqarıstanlı Martin Papanov bütün rəqiblərini qabaqlayaraq birinci olub. İtaliya təmsilçisi Ansalone Emanuele yarışı ikinci, rumıniyalı Sergey Tveçkov isə üçüncü pillədə başa vurublar. Yarışdan sonra mükafatlandırma…

Read More
İdman 

Azərbaycan idmanında ilk: “Şuşa” klubu avrokuboklarda oynayacaq

Azərbaycan idmanı tarixində ilk yaşanacaq. APA-nın məlumatına görə, erməni işğalçılardan azad edilən Şuşa tarixdə ilk dəfə avrokuboklarda təmsil olunacaq. Bu ilkə kişi voleybolçulardan ibarət “Xarı Bülbül Şuşa” klubu imza atacaq. Cəmi 1 il öncə yaradılan və ilk mövsümündə Azərbaycan çempionatının, həmçinin ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan turnirin gümüş mükafatçısı 2023/24 mövsümündə avrokuboklarda debüt edəcək. “Xarı Bülbül Şuşa” “Çağırış kuboku”nda mübarizə aparacaq. Şuşalıların yarışda iştirakı ilə bağlı Avropa Voleybol Konfederasiyasına sifariş göndərilib. Bu, yeni mövsümdə ölkəmizi təmsil edəcək yeganə komanda olacaq. Bunu apasport.az saytının əməkdaşı ilə söhbətində…

Read More
İdman 

Konfrans Liqası: Bu gün final oyunu keçiriləcək

Bu gün UEFA Konfrans Liqasında 2022/2023 mövsümünə yekun vurulacaq. ARANTV.AZ “Report”a istinadən bildirir ki, turnirin final oyununda İtaliyanın “Fiorentina” və İngiltərənin “Vest Hem” klubları üz-üzə gələcəklər. Çexiyanın paytaxtı Praqadakı “Eden Arena”da keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Qarşılaşmanı ispaniyalı FIFA referisi Karlos Del Serro idarə edəcək. UEFA Konfrans Liqası Final 7 iyun 23:00. “Fiorentina” (İtaliya) – “Vest Hem” (İngiltərə) Baş hakim: Karlos Del Serro (İspaniya) Praqa, “Eden Arena” Qeyd edək ki, bu, Konfrans Liqasında ikinci final matçıdır. Turnirin ilk qalibi İtaliya “Roma”sı olub.

Read More
İdman 

Şuşada keçiriləcək basketbol turnirində qrupların tərkibi məlum oldu

3×3 basketbol üzrə Dünya Qadın Seriyasının Şuşa mərhələsində iştirak edəcək 8 komanda 2 qrupda mübarizə aparacaq. Azərbaycan Basketbol Federasiyasından verilən məlumata görə, A qrupunda Almaniya, Rumıniya, Türkiyə yığmaları və “Neftçi” klubu, B qrupunda Niderland, Macarıstan, Azərbaycan milliləri və Yaponiyanın “G FLOW” klubu yer alıb. Reqlamentə əsasən, birinci yeri tutanlar birbaşa yarımfinala yüksələcəklər. İkinci və üçüncü sıranın sahibləri isə bir-biriləri ilə çarpaz şəkildə 1/4 final mərhələsində üz-üzə gələcəklər. Şuşa mərhələsinin açılış oyunu iyunun 12-də saat 13:00-da Almaniya və Türkiyə seçmələri arasında baş tutacaq. Azərbaycan kollektivi qrupdakı ilk oyunu saat 14:15-də Macarıstan…

Read More