İdman 

İrəvandakı çempionatdan imtina edən idmançımız: “Orada bizə qarşı münasibət yaxşı deyildi”

“İrəvana böyük ümidlərlə getmişdik, bayrağımızı dalğalandırmaq, medal qazanmaq istəyirdik”. ARANTV.AZ  xəbər verir ki, bunu Ermənistanın paytaxtı İrəvanda keçirilən Avropa çempionatından imtina edərək Vətənə qayıdan ağırlıqqaldırma üzrə Azərbaycan millisinin üzvü Əli Şükürlü (102 kq) Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında deyib. İdmançı bildirib ki, baş verən hadisə onlarda ruh düşkünlüyü yaradıb: “Avropa çempionatına qatılmamaq məcburiyyətində qaldıq. Bayrağa qarşı hörmətsizlik görmək istəmirdik. Belə hörmətsizlikdən sonra bizdə ruh düşkünlüyü oldu. Bakıda keçirilən Avropa Oyunlarında erməni idmançılar gəlmişdilər. Amma belə münasibətlə qarşılaşmamışdılar. Bizə qarşı oradakı münasibət isə heç yaxşı deyildi”. O, ölkə başçısı İlham Əliyev və…

Read More
İdman 

Karen Giloyan: “Ermənistan dünya çempionatına ev sahibliyi etmək hüququndan məhrum edilə bilər”

İrəvanda keçirilən Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağının yandırılması ilə bağlı insident səbəbindən Ermənistan ağır atletika üzrə dünya çempionatına ev sahibliyi etmək hüququndan məhrum edilə bilər. Bunu Ermənistan mətbuatına ölkənin təhsil, elm, mədəniyyət və idman nazirinin müavini Karen Giloyan deyib. Giloyanın sözlərinə görə, erməni tərəfi beynəlxalq tərəfdaşlarla danışıqlar aparır və idmançıların fiziki təhlükəsizliyi ilə bağlı heç bir problemin olmadığını sübut etməyə çalışır. “Biz vəziyyəti yumşaltmaq üçün hər şeyi etməyə çalışacağıq ki, nəticələr ağır olmasın”, – Giloyan bildirib. Qeyd edək ki, Avropa Ağır Atletika Federasiyası da hadisəni pisləyib, Avropa çempionatının bütün…

Read More
İdman 

Azərbaycan millisinin üzvü: “Ermənistan tərəfi həmişəki kimi, bu dəfə də idmanı siyasətə qatıb”

“Hadisə zamanı orada deyildik. Erməni təxribatı səbəbindən yarışdan imtina etdik”. ARANTV.AZ xəbər verir ki, bunu Ermənistanın paytaxtı İrəvanda keçirilən Avropa çempionatından imtina edərək Vətənə qayıdan ağırlıqqaldırma üzrə Azərbaycan millisinin üzvü Ömər Cavadov (73 kq) Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, Ermənistan tərəfi həmişəki kimi, bu dəfə də idmanı siyasətə qatıb: “Ora bayrağımızı qaldırmağa getmişdik. Amma onların etdikləri hərəkət düzgün deyildi. Bayrağımız hər şeydən ucadır. Buradan bütün millətimizə dərin minnətdarlığımızı bildiririk. Cənab Prezidentimizə, Vitse-prezidentimizə təşəkkürümüzü bildiririk ki, bizə bu cür qayğı göstərdilər, Vətənimizə qaytardılar”.

Read More
İdman 

Ermənistanda qızıl medal alan türkiyəli atlet qələbəsini Azərbaycana həsr etdi – VİDEO

İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatda türkiyəli altel Cansu Bektaş 45 kq-da fəxri kürsüyə qalxıb. O, birdən qaldırmada 72 kiloqramın öhdəsindən gələrək qızıl medal qazanıb. İdmançı medalını azərbaycanlı həmkarlarına həsr etdiyini, onları dəstəklədiyini bildirib. Türkiyənin gənclər və idman naziri Mehmet Muharrem Kasapoğlu idmançını bu uğuru münasibətilə təbrik edib. Mənbə: TRT

Read More
İdman 

İrəvandakı Avropa çempionatında iştirakdan imtina edən Azərbaycan millisi Vətənə qayıdıb – CANLI YAYIM

İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatında iştirakdan imtina edən Azərbaycan millisi Vətənə qayıdıb. ARANTV.AZ xəbər verir ki, ağırlıqqaldıranlarımızı və federasiya nümayəndələrini gətirən təyyarə az öncə Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib. Xatırladaq ki, qitə birinciliyinin dünən keçirilən açılış mərasimində ölkəmizə qarşı təxribat edilməsi – Azərbaycan bayrağının yandırılması səbəbindən ağır atletlərimiz Avropa çempionatında yarışmaqdan imtina ediblər.

Read More
İdman 

İrəvandan qayıdan Azərbaycan atletləri Gürcüstandan Azərbaycana yola salınıblar – YENİLƏNİB + FOTO

İrəvandan qayıdan Azərbaycan atletləri Gürcüstanın paytaxtı Tbilisidən Azərbaycana yola salınıblar. APA-nın Gürcüstan bürosu xəbər verir ki, Ermənistandan quru yolu ilə Tbilisiyə gələn atletlər Şota Rustaveli adına Tbilisi Beynəlxalq Hava Limanından “Buta Airways” aviareysi ilə Vətənə yola salınıblar. Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları da hava limanına gələrək atletlərlə görüşüb, onları yola düşənədək müşayiət ediblər. Qeyd edək ki, azərbaycanlı atletləri təhlükəsizlik məqsədilə Ermənistandan Tbilisi hava limanınadək Ermənistandan 5 nəfər müşayiət edib. 15:37 İrəvandakı təxribatdan sonra Ermənistanı tərk edən ağır atletlərimiz artıq Gürcüstandadırlar. ARANTV.AZ-ın xəbərinə görə, bu barədə məlumatı Gənclər və İdman Nazirliyinin Mətbuat…

Read More
İdman 

İrəvanda Azərbaycana qarşı təxribat: “Necə ola bilər ki, akkreditasiyası olan şəxs zala alışqanla keçsin?!”

Azərbaycan İdman Jurnalistləri İctimai Birliyi (AİJİB) Ermənistanın paytaxtı İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycana qarşı baş vermiş təxribatla bağlı etiraz tədbiri keçirib. ARANTV.AZ xəbər verir ki, mötəbər tədbirdə Azərbaycan bayrağının yandırılması sərt şəkildə qınanılıb. AİJİB-in sədri Azər İsmayılov bildirib ki, bu hadisə Ermənistanın belə nüfuzlu tədbirlərin təşkilinə hazır olmadığının göstəricisidir: “Bu hadisəyə görə təəssüflənirik. İdman sülh, birlik, dostluqdur. Təəssüf ki, Ermənistanda idman tədbiri neqativ hadisə ilə yadda qaldı. Baş verəni şiddətlə qınayırıq. Bütün idman ictimaiyyətini bir olmağa və səsimizi beynəlxalq aləmə çatdırmağa çalışırıq. Bu hadisənin Ermənistanın baş…

Read More
İdman 

İrəvanda olan federasiya rəsmisi: “Ermənistan komandamızın təhlükəsiz şəkildə qayıtmasını təmin etməlidir”

“Ermənistan komandamızın təhlükəsiz şəkildə qayıtmasını təmin etməlidir”. Bunu “Report”a açıqlamasında Azərbaycan Ağır Atletika Federasiyasının Mətbuat Xidmətinin rəhbəri Kənan Məstəliyev deyib. Hazırda İrəvanda olan federasiya rəsmisi bildirib ki, aprelin 14-də Ermənistanın paytaxtı İrəvanda ağır atletika üzrə Avropa çempionatının açılış mərasimi zamanı Azərbaycan bayrağının yandırılması səbəbindən yarışdan imtina edilib: “Ermənistanda belə bir nifrət mühitinin hökm sürdüyü, təhlükəsizliyin təmin edilmədiyi bir şəraitdə psixoloji təzyiqlərə görə Azərbaycan idmançılarının yarışlarda normal şəkildə iştirakı mümkünsüzdür. Bütün bunlar nəzərə alınaraq, Azərbaycan idmançılarının Vətənə qayıtması barədə qərar qəbul edilib. Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsinin bu barədə…

Read More
İdman 

Ermənistanda Azərbaycan bayrağını yandıran təxribatçıya cinayət işi açılmayacaq

İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağını yandıran təxribatçı Aram Nikolyanla bağlı cinayət işi açılmayıb. Bu barədə onun vəkili Aleksandr Qoçubayev məlumat verib. Onun sözlərinə görə, istintaqın ilkin mərhələsində istintaq orqanı “cinayət tərkibinin olmadığını” bildirib. “İlkin məlumatlara görə, cinayət işi başlanmayacaq”, – deyə o əlavə edib. Vəkil onu da qeyd edib ki, istintaq orqanı cinayət işinin başlanmaması barədə qərar qəbul edib, materiallar prokurorluğa göndərilib. Xatırladaq ki, Ermənistanda keçiriliən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində erməni vandal bayraqdarın əlindən Azərbaycan bayrağını götürüb və yandırıb. Azərbaycanın Gənclər və…

Read More
İdman 

Azərbaycan ağırlıqqaldıranları İrəvanda nə vaxt mübarizəyə başlayacaqlar?

Azərbaycan ağır atletlərinin Ermənistanın paytaxtı İrəvanda keçiriləcək Avropa çempionatında çıxış edəcəkləri tarixlər bəlli olub. Avropa Ağırlıqqaldırma Federasiyasının rəsmi saytının yaydığı məlumata görə, körpü üzərinə ilk olaraq Nazilə İsmayılova çıxacaq. 49 kq çəki dərəcəsində mübarizə aparacaq idmançı aprelin 15-də qüvvəsini sınayacaq. 67 kq çəkidə yarışacaq İsa Rüstəmov aprelin 17-də, 73 kq-dakı Ömər Cavadov aprelin 18-də, 102 kq-dakı Əli Şükürlü aprelin 22-də çıxış edəcək.

Read More