İdman 

Azərbaycanda federasiyanın yeni prezidenti baş katibi vəzifəsindən uzaqlaşdırdı

Azərbaycan Voleybol Federasiyasının (AVF) İdarə Heyətinin iclası keçirilib. AVF-nin mətbuat xidmətinin yaydığı məlumata görə, görüşdə federasiyanın prezidenti Şahin Bağırov, vitse-prezidentlər Faiq Qarayev, Bəhruz Quliyev və idarə heyətinin üzvləri iştirak ediblər. Tədbiri giriş sözü ilə qurumun prezidenti Şahin Bağırov açaraq iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib. İclasda ilk olaraq baş katib vəzifəsi ilə bağlı müzakirə aparılıb. İdarə Heyətinin qərarı ilə AVF-nin Baş katibi Fərid Xəlilov tutduğu vəzifədən azad edilib. Qərara əsasən, bu vəzifənin icrası müvəqqəti olaraq Faiq Orucova tapşırılıb. Daha sonra İdarə Heyətinin üzvləri çıxış ediblər. Çıxışçılar voleybolun inkişafı ilə bağlı müzakirələr…

Read More
İdman 

Məşhur UFC döyüşçüsü: “Zəngəzur Azərbaycandır!” – FOTO

Azərbaycanın UFC döyüşçüsü Rafael Fiziyev dünən Azərbaycan – Ermənistan sərhədində baş verən gərginlikdən sonra “Instagram” hesabında paylaşım edib. ARANTV.AZ xəbər verir ki, məşhur idmançı hekayə bölümündə Zəngəzurun xəritəsini paylaşıb və “Zəngəzur Azərbaycandır!” yazıb. Xatırladaq ki, ötən gün erməni hərbi birləşmələrinin törətdiyi təxribat nəticəsində üç hərbçimiz şəhid olub. Qarşı tərəfin isə dörd hərbçi qulluqçusu məhv edilib.  

Read More
İdman 

Heyətində müharibə iştirakçılarının yer aldığı “Difai” klubu “Qarabağ” komandası ilə görüşüb – FOTO/VİDEO

Region Liqasında çıxış edən və heyətində müharibə iştirakçılarının da yer aldığı “Difai” klubu “Qarabağ” komandası ilə görüşüb. “Report”un məlumatına görə, görüşdə “köhlən atlar”ın baş məşqçisi Qurban Qurbanov, “Difai”nin prezidenti Asəf Məlikov, Ağdam təmsilçisinin baş meneceri Asif Əsgərov və futbolçular iştirak ediblər. Qurban Qurbanov Region Liqa təmsilçisinin maraqlı layihə olduğunu söyləyib və bu görüşün onlar üçün xoş keçdiyini vurğulayıb. Asəf Məlikov “Qarabağ” klubu ilə fəxr etdiklərini deyib: “Bizim ilk növbədə arzumuz I Diviziona, daha sonra isə Premyer Liqaya vəsiqə qazanmaqdır. Biz tarixi yaşadaraq tarix yazan komandayıq. Devizimiz də belədir. Şükürlər olsun…

Read More
İdman 

Çimərlik futbolu üzrə dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələ oyunları Bakıda keçiriləcək

Çimərlik futbolu üzrə dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələ oyunları Bakıda keçiriləcək. Bu barədə Dünya Çimərlik Futbolu Təşkilatı (Beach Soccer Worldwide) rəsmi saytı vasitəsilə məlumat yayıb. Bildirilib ki, 2-9 iyul tarixlərində baş tutacaq yarışın formatı da artıq məlumdur. Əvvəlcə reytinqdə ilk 12-liyə düşməyən komandalar qrup mərhələsində mübarizə aparacaqlar. İyulun 5-7-si aralığında reytinqin ən yaxşı 12 komandası yarışacaq. Hər qrupdan 4 komanda növbəti mərhələyə adlayacaq. İyulun 8-də yarımfinal və pley-off oyunları təşkil ediləcək. Ertəsi gün isə final matçı və 3-16-cı yerlər uğrunda pley-off qarşılaşmaları olacaq. Seçmə mərhələnin ən yaxşı 4…

Read More
İdman 

Bədii gimnastika üzrə Azərbaycan yığması “Sofia Cup”da iştirak edəcək

Bədii gimnastika üzrə Azərbaycan yığması “Sofia Cup” beynəlxalq turnirində iştirak edəcək. Azərbaycan Gimnastika Federasiyasının yaydığı məlumata görə, komanda bu məqsədlə yarışın təşkil olunacağı Bolqarıstanın paytaxtı Sofiyaya yollanıb. Böyüklər arasında Mədinə Dəmirova və İlona Zeynalova, gənclərin yarışında isə Nuray Əhmədzadə ilə Şəms Ağahüseynova Azərbaycanı təmsil edəcəklər. Bu gün start götürəcək “Sofia Cup” aprelin 11-dək davam edəcək.

Read More
İdman 

Rusiya və Belarus idmançıları Bakıdakı dünya çempionatına buraxılacaqlar

Dünya Taekvondo Federasiyası Rusiya və Belarusdan olan idmançıların beynəlxalq turnirlərdə iştirakına icazə verib. Bu barədə Rusiya millisinin baş məşqçisi Vadim İvanov məlumat verib: “Bir saat əvvəl Dünya Taekvondo Federasiyasının Şurasının toplantısı başa çatıb. Rusiya və Belarus idmançılarının yarışlarda iştirakına icazə verilməsi ilə bağlı qərar qəbul edilib”. İvanov bildirib ki, ruslar üçün ilk yarış bu il mayın 29-dan iyunun 6-dək Bakıda keçiriləcək dünya çempionatı olacaq. Xatırladaq ki, Ukraynaya hərbi müdaxiləyə görə Rusiya və Belarus idmançıları əksər idman yarışlarında iştirakdan məhrum ediliblər. Mənbə: TASS

Read More
İdman 

Cavid Qurbanov imicini dəyişdi

Azərbaycan Atletika Federasiyasının növbədənkənar konfransı keçirilib. Bakupost.az-ın məlumatına görə, Gənclər və İdman Nazirliyinin inzibati binasında keçirilən tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Tədbirdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov konfrans iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb. Konfransın gündəliyi təsdiqləndikdən sonra federasiyanın prezidenti Çingiz Hüseynzadə hesabat məruzəsi ilə çıxış edib və səsvermə ilə hesabat qəbul olunub. Sonra Çingiz Hüseynzadə 1996-cı ildən federasiyaya rəhbərlik etdiyini qeyd edib və Olimpiya Hərəkatındakı fəaliyyətinə daha çox diqqət ayırmaq məqsədilə vəzifəsindən istefa verdiyini bildirib: “Federasiyadan istefa versəm də, idmandan getmirəm”. Səsvermə ilə Ç.Hüseynzadənin istefası qəbul…

Read More
İdman 

Cavid Qurbanova yeni vəzifə verildi – FOTO

Azərbaycan Atletika Federasiyasının növbədənkənar konfransı keçirilib. ARANTV.AZ-ın məlumatına görə, Gənclər və İdman Nazirliyinin inzibati binasında keçirilən tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Tədbirdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov konfrans iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb. Konfransın gündəliyi təsdiqləndikdən sonra federasiyanın prezidenti Çingiz Hüseynzadə hesabat məruzəsi ilə çıxış edib və səsvermə ilə hesabat qəbul olunub. Sonra Çingiz Hüseynzadə 1996-cı ildən federasiyaya rəhbərlik etdiyini qeyd edib və Olimpiya Hərəkatındakı fəaliyyətinə daha çox diqqət ayırmaq məqsədilə vəzifəsindən istefa verdiyini bildirib: “Federasiyadan istefa versəm də, idmandan getmirəm”. Səsvermə ilə Ç.Hüseynzadənin istefası qəbul…

Read More
İdman 

İntizamsızlığın ən yüksək olduğu çempionatlar: Azərbaycan Premyer Liqasının yeri bəlli oldu

Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CIES) liqalar üzrə intizam cədvəlini təqdim edib. 76 çempionat arasında Azərbaycan Premyer Liqası da yer alıb. Hər oyununda orta hesabla 4,81 sarı və 0,27 qırmızı vərəqə göstərilən ölkə birinciliyi intizamsızların sıralamasında 26-cıdır. Ən pis göstərici Boliviya çempionatındadır. Orada hər matçda orta hesabla 6,46 sarı və 0,55 qırmızı vərəqə göstərilir. Ən yaxşı göstəriciyə isə Yaponiya II Liqası malikdir. Bu çempionatda oyun başına 1,94 sarı və 0,05 qırmızı vərəqə düşür. Mənbə: football-observatory.com

Read More
İdman 

Azərbaycanın idman gimnastları Avropa çempionatına yollandılar

Gənclərdən ibarət idman gimnastikası üzrə Azərbaycan millisi martın 29-da Türkiyənin Antalya şəhərində start götürəcək 2-ci dünya çempionatına yollanıb. Azərbaycan Gimnastika Federasiyasının yaydığı məlumata görə, yarışda ölkəni Rəsul Əhmədzadə, Anar Həsənov, Dəniz Əliyeva, Duyğu Məcidzadə və Aytən Məmmədova təmsil edəcəklər. Qitə çempionatı aprelin 2-də başa çatacaq.

Read More