Ermənilər İsveç – Azərbaycan matçında təxribat törətməyi planlaşdırırlar
İsveçdəki erməni icmasının üzvləri martın 27-də futbol üzrə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu ölkənin Stokholm şəhərində keçiriləcək İsveç – Azərbaycan matçında təxribat törətməyi planlaşdırırlar. Bu barədə “Report”a İsveç Azərbaycanlıları Konqresinin sədri Emil Mirzəyev məlumat verib. Diaspor rəhbəri qeyd edib ki, bununla bağlı hazırda İsveçin hüquq-mühafizə orqanlarında işləyən, eyni zamanda Konqresin üzvləri olan dostları xəbərdarlıq ediblər: “Bizə məlumat verdilər ki, Azərbaycanla oyuna bilet alıb təxribat törətmək, orada siyasi məsələləri qabartmaq istəyirlər. Bunların arasında azərbaycanlı ekofəalların Şuşadan keçən Xankəndi-Laçın yolunda keçirdikləri etiraz aksiyasını hədəf alan şüarlar da var. Həmçinin sosial şəbəkələrdə…
Read More