İdman 

Argentinalı futbolçuların Qətərdə çempionluq paradı – VİDEO

Qətərdə keçirilən mundialın qalibi olan argentinalı futbolçular çempionluğu final oyununun keçirildiyi Lusail şəhərində azarkeşləri ilə birgə qeyd ediblər. Öz növbəsində yerli və komandalarını dəstəkləmək üçün Lusail şəhərində olan argentinalı azarkeşlər komandalarını böyük coşqu ilə qarşılayıblar. Qeyd edək ki, Qətərdə keçirilən futbol üzrə dünya çempionatının finalında Fransa yığmasını məğlub edən Argentina millisi üçqat dünya çempionu olub. Mənbə: Championat

Read More
İdman 

Dünya çempionu Argentina! – YENİLƏNİB + VİDEO

Argentina dünya çempionu olub. ARANTV.AZ  xəbər verir ki, cənubi amerikalılar Qətərdə keçirilən dünya çempionatının finalında Fransaya qalib gələrək qalib olublar. Matçın əsas vaxtında tərəflər hərəyə iki, əlavə vaxtda isə bir dəfə fərqlənib və oyun 3:3 hesabı ilə başa çatıb. Qalibi müəyyən etmək üçün 11 metrlik cəribə zərbələrinə ehtiyac yaranıb. Burada daha dəqiq oynayan Argentina dünyanın ən güclüsü adına sahib çıxıb. 21:46 Qətərdə keçirilən dünya çempionatının Argentina ilə Fransa arasında oynanılan final matçında qalib penalti zərbələri ilə məlum olacaq. ARANTV.AZ   xəbər verir ki, matçın əsas vaxtında tərəflər hərəyə iki, əlavə vaxtda…

Read More
İdman 

Azərbaycan təmsilçisi dağ xizəyi üzrə yarışlarda birinci yeri tutub

Azərbaycanı dağ xizəyi üzrə yarışlarda təmsil edən İlya Kostov İtaliyanın Santa Katerina Valfurva xizək mərkəzində keçirilən FIS təqviminin beynəlxalq yarışında birinci yeri tutub. Azərbaycan Qış İdman Növləri Federasiyasından verilən məlumata görə, atletimiz “downhill” növü üzrə qalib adına yiyələnib. O, 18 yaşa qədər olan yeniyetmələr kateqoriyasında 11 ölkədən olan 41 idmançı arasında bütün rəqiblərini üstələyib. Qeyd edək ki, yarışlara 3 yaş kateqoriyası üzrə 11 ölkədən 106 iştirakçı qatılıb.

Read More
İdman 

Yarımfinal oyunundan sonra Fransada iğtişaşlar: Ərəblər təhqir edildilər – VİDEO

Futbol üzrə dünya çempionatı çərçivəsində keçirilən Mərakeş-Fransa (0:2) matçından sonra Fransanın Paris, Nitsa, Monpelye şəhərində iğtişaşlar başlayıb. Küçələrə axışan fransalı azarkeşlərlə mərakeşlilər arasında toqquşma olub. Fransızlar mərakeşli azarkeşlərə qarşı “Ərəblər, rədd olun!” şüarları səsləndiriblər. Nəticədə tərəflər arasında qarşıdurma yaşanıb. Xəsarət alanların sayı barədə hələlik məlumat verilmir. Mənbə: Championat

Read More
İdman 

Şir həmişə şirdir, mənim qardaşım…

Fransa yarımfinalda Mərakeşə rəqib oldu; FİFA Argentinanı çempion etmək istəyir?  Mərakeş millisi bu dünya çempionatının  sensasiyası deyil, əslində kəşfidir. Ərəblər Mərakeş ölkəsini  Əl-Məqrib adlandırırlar. Günəşin əks tərəfi yəni… Portuqaliyanı da mübarizədən kənarlaşdıqdan sonra inamla demək olar ki, Mərakeşi göstərdiyi futbola görə Məşriqdən Məqribədək(günəş doğan tərəf)artıq tanıyırlar, hörmət edirlər. Mən bu millini ona görə bəyənirəm ki,  mundialda öz futbolunu  maksimum səviyyədə oynayır və bütün potensialını ortaya qoyur, son dəqiqələrə kimi mübarizəni bacarır, müdafiəsi yüksək səviyyədədir.İndiyədək öz qapılarından cəmi bir top buraxıblar, onu da qapılarına öz oyunçuları vurub. Fantastik nəticədir. Mərakeş bu…

Read More
İdman 

“Vüqar Həşimov Memorialı-2022”nin afişası “Times” meydanında nümayiş olundu – FOTO

“Vüqar Həşimov Memorialı-2022” VIII beynəlxalq şahmat turnirinin afişası ABŞ-nin məşhur “Times” meydanında nümayiş olunub. Turnirin mətbuat xidmətindən verilən məlumata görə, Nyu-York sakinləri yarış barədə məlumatı meydanda quraşdırılmış monitorlar vasitəsilə izləyiblər. “Vüqar Həşimov Memorialı-2022”də yeddi ölkə – Azərbaycan, ABŞ, Çin, Hindistan, Özbəkistan, Rumıniya və İspaniyadan 10 şahmatçı iştirak edəcək. Memorial rapid və blits üzrə təşkil olunacaq. Yarış Vüqar Həşimov Şahmat Fondunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin və Azərbaycan Şahmat Federasiyasının dəstəyi, SOCAR-ın sponsorluğu ilə 17-24 dekabrda “Fairmont Baku” hotelində baş tutacaq.  

Read More
İdman 

Bir əsri yola salan ayaqqabı, qiymətli imzalar: “Neftçi”nin muzeyindən FOTOREPORTAJ

“Neftçi” peşəkar futbol klubunun “Bakcell Arena”da yerləşən muzeyi 22 aprel 2017-ci ildə istifadəyə verilib. Bu muzeyi ziyarət edəndə siz yalnız klubla bağlı deyil, ümumiyyətlə Azərbaycanda futbolun yaranması və tarixi haqqında bir çox məlumatlarla tanış ola bilərsiniz. Buradakı eksponatlar arasında XX əsrin əvvəllərində futbolçuların geyindikləri idman ayaqqabıları, məşhur şəxslərin avtoqrafları olan əşyalar da var. PhotoStock.az-ın sözügedən muzeydən hazırladığı fotoreportajı təqdim edirik:  

Read More
İdman 

Samir Mirzəyev: “Döyüşlərimə “Xudayar təsnifi” ilə çıxıram” – VİDEO

Rusiyada yaşayan azərbaycanlı peşəkar MMA döyüşçüsü Samir Mirzəyev Baku TV-nin qonağı olub. İstedadlı idmançı tezliklə UFC-də çıxış etmək istədiyini və bunun üçün səylə hazırlaşdığını bildirib. O, bütün döyüşlərinə “Xudayar təsnifi” ilə çıxdığını qeyd edib. Azərbaycan əsilli MMA döyüşçüsü Rafael Fiziyevlə dost olduğunu deyən S.Mirzəyev heç bir məbləğ qarşılığında onunla döyüşməyəcəyini deyib: “Öz həmvətənimlə UFC-nin kəmərinə görə döyüşməyə heç vaxt əlim qalxmaz”. Daha ətraflı süjetdə:

Read More
İdman 

Azərbaycanlı idmançının Ermənistanın bir nömrəsinə 5:0 hesabı ilə qalib gəldiyi döyüş – VİDEO

Azərbaycanlı idmançı Rafiz Həsənov 24-27 noyabr tarixlərində Moskvada keçirilən karate üzrə açıq çempionatda Ermənistanın karate üzrə 1 nömrəsi David Mikiyanı 5:0 hesabı ilə məğlub edib. Yarışın kadrları sosial şəbəkədə paylaşılıb. Həmin görüntüləri təqdim edirik: Xatırladaq ki, Rafiz Həsənov 24 ildir karate idman növü ilə məşğuldur, o, karatenin şotokan növü üzrə Avropa və dünya çempionudur.

Read More