İdman 

Milli Qəhrəman Fred Asifin oğlu dünya çempionu olub – VİDEO

Azərbaycanın Milli Qəhrəmanı Fred Asifin oğlu Azər Məhərrəmov dünya çempionu olub. O, Fransanın Dyepp şəhərində keçirilən turnirdə parlaq çıxışı ilə diqqət çəkib. Bütün rəqiblərini məğlub edən azərbaycanlı idmançı fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Mükafatlandırılma mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Qeyd edək ki, dünya çempionatında qələbə sayəsində Azər ABŞ-də baş tutacaq “World Arnold Classic” yarışında iştirak hüququ qazanıb. Xatırladaq ki, qol güləşçimiz bir müddət əvvəl Polşanın Rumya şəhərində keçirilən Avropa çempionatında da 1-ci yeri tutub. 105 kq-dan yuxarı çəki dərəcəsində mübarizə aparan A.Məhərrəmov həlledici görüşdə polşalı Dariuş Popilekə qalib gəlib.…

Read More
İdman 

Şəhriyar Məmmədyarov Şuşa turnirindəki qələbəsini şəhidlərə həsr edib

“Shusha Chess 2022” turnirində qalib olan Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov qələbəsini şəhidlərə həsr edib. “Report”un məlumatına görə, 37 yaşlı qrossmeyster bu barədə yarışın bağlanış mərasimindəki çıxışında bildirib. Məmmədyarov birinci yeri tutduğuna görə sevindiyini söyləyib: “Şuşada yarışda iştirak etmək xüsusi hisslərdir. Bu şəhərdə ilk şahmat yarışının qalibi olmaq qürurvericidir. Burada birinci olmağı arzuladığımı gizlətmirəm. Amma rapid yarışından sonra blitsdə mübarizə kifayət qədər çətin oldu. Şuşada ilk şahmat yarışının qalibi olduğumu heç vaxt unutmayacağam. Təxminən 22 ildən çox Azərbaycan millisinin şərəfini qoruyuram. Yığmada oynadığıma görə fəxr edirəm. Son aylar çox sayda yarışlarda…

Read More
İdman 

Ukraynalı baş məşqçi “Sumqayıt”la danışıqlar apardığını təsdiqləyib

“Sumqayıt” “Keşlə” (hazırkı “Şamaxı”) klubunun sabiq baş məşqçisi Yuri Maksimovla danışıqlar aparır. Bu barədə “Report”a ukraynalı mütəxəssisin özü açıqlama verib. O bildirib ki, “gənclik şəhəri” təmsilçisi ilə müzakirələr davam edir: “Vəziyyətin necə inkişaf edəcəyini deyə bilmərəm. Danışıqlar davam edir. Qarşıdakı günlərdə məsələyə aydınlıq gələcək”. 54 yaşlı baş məşqçi yenidən Azərbaycanda işləmək istədiyini gizlətməyib: “Premyer Liqanın səviyyəsi xoşuma gəlir. Razılıq əldə olunsa, ora qayıtmaq istəyərəm. Amma dediyim kimi, hələ heç nə bəlli deyil”. Maksimov müharibə ilə bağlı Ukraynada hökm sürən vəziyyətə də toxunub: “Durum kənardan göründüyündən dəhşətlidir. Bu, savaş deyil. Çünki…

Read More
İdman 

Sumqayıtın yeni stadionundan GÖRÜNTÜLƏR – FOTO

Peşəkar Futbol Liqasının (PFL) rəhbər heyəti Sumqayıta səfər edib. ARANTV.AZ  xəbər verir ki, burada eyniadlı klubunun rəhbərliyi ilə görüş keçirilib. “Gənclik şəhəri” təmsilçisinin prezidenti Riad Rəfiyev,  PFL rəhbəri Elxan Səmədov, idman direktoru Faiq Hacı-Məhərrəmov, eləcə də media və marketinq departamentinin rəhbəri Rəşad Məmmədovun da iştirakı ilə klub rəsmilərini maraqlandıran məsələlər müzakirə edilib. Ardından qonaqlar tikintisi yekunlaşmaq üzrə olan Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionuna baş çəkiblər. PFL prezidentini görüş zamanı vitse-prezident Aslan Şahgəldiyev, texniki idman direktoru Elgiz Abbasov və media və marketinq direktoru Sənan Abdullayev müşayiət ediblər.  

Read More
İdman 

“Shusha Chess 2022”nin iştirakçıları Cıdır düzündə olublar – FOTO

“Shusha Chess 2022” turnirinin iştirakçıları və qonaqlar üçün ekskursiya təşkil olunub. Bu barədə Azərbaycan Şahmat Federasiyası məlumat yayıb. Bildirilib ki, iti zəka sahibləri Şuşa qalası, Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi, Cıdır düzü kimi tarixi məkanları ziyarət ediblər. Qeyd edək ki, beynəlxalq şahmat turnirinə sentyabrın 24-də yekun vurulacaq.  

Read More
İdman 

Azərbaycan millisi bu gün Slovakiya ilə qarşılaşacaq

Azərbaycan yığması bu gün UEFA Millətlər Liqasında növbəti oyununu keçirəcək. Canni De Byazinin baş məşqçi olduğu komanda C Liqasının 1-ci qrupunda Slovakiyanın qonağı olacaq. Trnava şəhərindəki Antona Malatinski stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Görüşü Uilyam Kollamın başçılıq etdiyi şotlandiyalı hakimlər briqadası idarə edəcək. Meydan sahiblərində cəzalı Yuray Kuçka, Azərbaycan komandasında isə Mahir Emreli eyni səbəbdən meydana çıxa bilməyəcək. Qrupun digər matçında Belarus yığması Qazaxıstan seçməsinin qonağı olacaq. 22 sentyabr UEFA Millətlər Liqası V tur 22:45. Slovakiya – Azərbaycan Baş hakim: Uilyam Kollam Trnava. Antona Malatinski stadionu…

Read More
İdman 

“Qarabağ”ın futbolçularının ən böyük dəstəkçiləri – FOTO

Azərbaycan futbolunda tarix yazmağa davam edən “Qarabağ” göstərdiyi futbola görə ölkə idmanının bir nömrəli müzakirə mövzusudur. “Qafqazinfo” xəbər verir ki, artıq 9-cu dəfə avrokubokların qrupunda çıxış edən komandanın “Nant” üzərində qələbəsi isə Qurban Qurbanov və komandasının nüfuzunu bir az da artırdı. Adına və uğurlarına görə daim diqqətdə olan Ağdam təmsilçisi həm də heyətində çıxış edən legionerləri ilə tanınır. “Qarabağa”a gələn legionerlərin əksəriyyəti ölkəmizdə sevilməyi bacarır. Biz isə sizə Azərbaycanda kifayət qədər diqqət mərkəzində olan “köhlən atlar”ın əcnəbilərinin həm də ailələrini tanıtmaq istəyirik. Futbolçuların ən böyük dəstəkçiləri elə ailələridir. Hər matçda…

Read More
İdman 

Fərid Qayıbov: “Övladlarımın xaricdə təhsil almasını istəyirəm” – VİDEO

“Övladlarımın xaricdə təhsil almasını istəyirəm”. Bu sözləri Baku TV-də yayımlanan “Üzbəüz” verilişinin qonağı olan gənclər və idman naziri Fərid Qayıbov deyib. Nazir bildirib ki, o, övladlarının təhsil aldıqdan sonra Vətənə qayıtmasını istəyir: “Bizim kifayət qədər yaxşı təhsil verən universitetlərimiz var. Övladlarımın təcrübə üçün xaricdə təhsil almasını istərdim. Amma daha sonra Vətənə qayıtsınlar. Heç kim övladının xaricdə yaşamasını istəməz”. Daha ətraflı süjetdə:

Read More
İdman 

Azərbaycanın daha bir tennisçisi erməniyə qalib gəlib – YENİLƏNİB

Azərbaycanın daha bir yeniyetmə stolüstü tennisçisi Gürcüstanın paytaxtı Tbilisidə “Wtt Youth Contender Tbilisi” turnirində 1/8 finala yüksəlib. Federasiyadan “Report”a verilən məlumata görə, Onur Quluzadə qazaxıstanlı Əli Onov, Birləşmiş Ərəb Əmirliklərindən olan Yusef Alhavai və Ermənistan təmsilçisi Mikayel Melkonyanı məğlub edərək mərhələ adlayıb. 17:09 Gürcüstanın paytaxtı Tbilisidə “Wtt Youth Contender Tbilisi” turnirinə start verilib. Bu barədə Azərbaycan Stolüstü Tennis Federasiyası məlumat yayıb. Bildirilib ki, yeniyetmələrdən ibarət Azərbaycan millisi turnirdə həm oğlanların, həm də qızların mübarizəsində təmsil olunur. Əvvəlcə oğlanların yarışı başlayıb. 17 yaşadək idmançıların mübarizəsinə qatılan Adil Əhmədzadə qrup mərhələsində iranlı…

Read More
İdman 

Gürcüstanlı şahmatçı Şuşadakı beynəlxalq turnirdə iştirak edəcək

Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyası və Şuşa Şəhəri Dövlət Qoruğunun birgə təşkilatçılığı ilə Şuşada keçiriləcək ilk beynəlxalq şahmat turnirinin iştirakçı siyahısında dəyişiklik olub. Federasiyadan verilən məlumata görə, “Shusha Chess 2022”də qadınların yarışında Nurgül Səlimova (Bolqarıstan) iştirak etməyəcək. Onun əvəzinə yeniyetmələr arasında dəfələrlə dünya çempionu olan Meri Arabidze (FIDE reytinqi 2422, Gürcüstan) mübarizə aparacaq. Xatırladaq ki, qadınların yarışında Azərbaycan millisinin üzvləri Günay Məmməzadə, Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova, Xanım Balacayeva, Gövhər Beydullayeva eyni zamanda Ümumdünya Şahmat Olimpiadasının qalibi, Avropa çempionu Nana Dzaqnidze (Gürcüstan), yeniyetmələr arasında dünya və Avropa çempionu, ölkəsinin ən…

Read More