İdman 

“Shusha Chess 2022”nin iştirakçıları Cıdır düzündə olublar – FOTO

“Shusha Chess 2022” turnirinin iştirakçıları və qonaqlar üçün ekskursiya təşkil olunub.

Bu barədə Azərbaycan Şahmat Federasiyası məlumat yayıb.

Bildirilib ki, iti zəka sahibləri Şuşa qalası, Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi, Cıdır düzü kimi tarixi məkanları ziyarət ediblər.

Qeyd edək ki, beynəlxalq şahmat turnirinə sentyabrın 24-də yekun vurulacaq.

 

Daha çox xəbərlər