İdman 

Özbəkistanla dövlət-özəl tərəfdaşlığı formatında idman infrastrukturunun yaradılması müzakirə edilib – FOTO

Özbəkistanda səfərdə olan Azərbaycan Minifutbol Federasiyasının və “Zirə” Peşəkar Futbol Klubunun fəxri prezidenti Orxan Məmmədov Özbəkistanın idmanın inkişafı naziri Adxan İkramov ilə görüşüb. Agentlikdən verilən məlumata görə, görüşdə futbol və minifutbolun inkişafı sahəsində əməkdaşlıq potensialına, həmçinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə əlaqələndirməklə dövlət-özəl tərəfdaşlığı formatında idman infrastrukturunun yaradılması imkanlarına dair fikir mübadiləsi aparılıb.  

Read More
İdman 

Elşad Hacıyev iki medal qazanıb

Bakıda şəhid general-mayor Polad Həşimovun xatirəsinə həsr olunan beynəlxalq turnir keçirilib. ARANTV.AZ xəbər veri ki, Ciu-Citsu beynəlxaq turniri iyulun 31-də Bakı İdman Sarayında baş tutub. Turnirdə Azərbaycan, Türkiyə, İran, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan və Orta Asiya ölkələrindən tanınmış idmançılar yarışıb. Beynəlxalq turnirində mübarizə aparan idmançımız Elşad Hacıyev, bir qızıl və bir bürünc medal qazanıb. Qeyd edək ki, beynəlxalq turnir Rövşən Veysəlov adına İdman Klubunun təşkilati dəstəyi ilə keçirilib.

Read More
İdman 

Azərbaycanın daha bir taekvondoçusu dünya birinciliyində medal qazanıb

Azərbaycan yığması Bolqarıstanın paytaxtı Sofiyada keçirilən yeniyetmə taekvondoçular arasında dünya birinciliyində daha bir medal qazanıb. Taekvondo Federasiyasından verilən məlumata görə, mundialın üçüncü günündə millinin üzvü Fuad Məhərrəmli bürünc mükafata sahib olub. 45 kq çəki dərəcəsində mübarizə aparan idmançı mübarizəyə 1/32 finaldan başlayıb. O, ardıcıl olaraq Əhməd Əl-Rababaanı (İordaniya) və Karlo Olyeviçi (Xorvatiya) 2:0 hesabı ilə məğlub edərək 1/8 finala yüksəlib. Məhərrəmli növbəti mərhələyə döyüş keçirmədən vəsiqə qazanıb. Buna Çin Taypeyindən olan Vey-Juan Vanqın döyüşə çıxmaması səbəb olub. Təmsilçimiz 1/4 finalda qazaxıstanlı Beket Bolatulini sınağa çəkib. Gərgin keçən görüşdən Məhərrəmli qalib…

Read More
İdman 

“Qarabağ” “Ferenstvaroş”la oyundan əvvəl azarkeşlərə səsləndi

“Qarabağ” Macarıstan “Ferenstvaroş”una qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunundan əvvəl azarkeşlərə müraciət edib. Bu barədə klubun rəsmi “Facebook” hesabında paylaşım edilib. Bildirilib ki, “köhlən atlar”ın ev oyunlarında biletlərlə bağlı bütün səlahiyyətlər bundan sonra “iTicket” şirkətinə həvalə edilib. Biletlərlə bağlı hər hansı istək və suallar yaranacağı təqdirdə “iTicket” şirkətinə müraciət etmək lazımdır: “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə “Report”a açıqlamasında daha əvvəl səlahiyyətlərin tam olaraq “iTicket” şirkətinə məxsus olmadığını söyləyib: “Klubumuz tərəfindən dəvətnamələrin paylanılması səlahiyyəti bizdə idi. Azarkeşlərin və müraciət edənlərin istəyini başa düşürdük və onları biletlə…

Read More
İdman 

Barselona Kroyffun qolunun 40 saniyəlik videosunu yüz minlərlə dollara satdı – VİDEO

Barselona ilk NFT-ni yüz minlərlə dollara satıb. 22 dekabr 1973-cü ildə Yohan Kroyffun “Atletiko”ya vurduğu həlledici qolu canlandıran audio-vizual rəqəmsal sənət əsəri klubun tarixində ilk token oldu. NFT “Bir növ ölməz” adını alıb. Bu, Kroyffun qoluna həsr olunan və 30 musiqiçidən ibarət orkestrin ifasında orijinal saundtreklə müşayiət olunan 40 saniyəlik videoçarxdır. Klub iddia edir ki, Kroyffun rəqəmsal heykəltəraşlığının istehsalına 1000 saatdan çox, bütün NFT işlərinə isə 10 000 saat sərf olunub. NFT dünyanın ən böyük hərrac evi olan “Sotheby’s”də satışa çıxarılıb. Hərracda 30-dan çox investor iştirak edib. Nəticədə NFT 693…

Read More
İdman 

AFFA rəsmisi “Anderlext”in oyununa təyinat aldı

AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri, AFFA İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva UEFA-dan yeni təyinat alıb. ARANTV.AZ xəbər verir ki, o, Estoniyada “Payde” ilə Belçikanın “Anderlext” komandası arasında keçiriləcək UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununun UEFA nümayəndəsi olacaq. Qeyd edək ki, Tallin şəhərindəki görüş avqustun 3-də olacaq.

Read More
İdman 

PFL-in yeni prezidenti kadr islahatlarından DANIŞDI

“Mənə bir neçə gün vaxt lazımdır ki, hazırkı strukturu öyrənim və dəyişikliklərlə bağlı qərar verim. Yeni kadr təyinatları mütləq olacaq”. Bunu “Report”a açıqlamasında Peşəkar Futbol Liqasının (PFL) yeni prezidenti seçilən Elxan Səmədov deyib. 48 yaşlı funksioner PFL prezidenti seçildiyi üçün AFFA və klub rəhbərlərinə təşəkkür etdiyini bildirib: “Bu vəzifəni mənə etibar etdikləri üçün onlara minnətdaram. Mənim üçün gözlənilməz təklif oldu. Rəhbərlik tərəfindən qarşımıza qoyulan birinci məqsəd yarışların tam şəffaf keçirilməsidir”. Elxan Səmədov Azərbaycan Premyer Liqasının yeni mövsümü üçün sponsorla danışıqların davam etdiyini də xatırladıb: “Böyük ehtimalla, qarşıdakı mövsüm sponsorla keçiriləcək.…

Read More
İdman 

Azərbaycanlı taekvondoçu dünya çempionu olub – YENİLƏNİB

Bolqarıstanın paytaxtı Sofiyada yeniyetmə taekvondoçular arasında keçirilən dünya birinciliyinin ikinci yarış günündə Azərbaycan idmançısı Mehdi Budaqlı qızıl medal qazanıb. “Report”un məlumatına görə, 14 yaşlı idmançı 33 kq çəki dərəcəsinin finalında Özbəkistan idmançısı Dilmurad Marufcanova hər iki raundda qalib gəlməklə dünya çempionu olub. 17:07 Bolqarıstanın paytaxtı Sofiyada yeniyetmə taekvondoçular arasında keçirilən dünya birinciliyinin ikinci yarış günündə Azərbaycan idmançısı Mehdi Budaqlı finala çıxıb. “Report”un məlumatına görə, 33 kq çəki dərəcəsində mübarizə aparan 14 yaşlı taekvondoçu finalda Maksim Kravçenkoya (Moldova) qalib gələrək adını finala yazdırıb. Onun finaldakı rəqibi Özbəkistan təmsilçisi olacaq.

Read More
İdman 

BƏRDƏ CÜDOÇUSUNUN YENİ QƏLƏBƏSİ!

25-27 iyul 2022-ci il tarixlərdə Göygöl Olimpiya İdman Kompleksində U-15 kiçik yaşlı oğlanlar və qızlar arasında cüdo idman növü üzrə keçirilən “Gəncə-2022 SƏFİR KUBOKU” açıq birinciliyində məşqçi Şahin Əhmədovun yetirməsi Rəcəbova Aynişan Arif qızı 40 kq çəki dərəcəsində I yeri tutaraq qızıl medal qazanmışdır.

Read More