Dünya 

Rumıniya Kiyevdə Azərbaycanın səfirliyinin binasının atəşə tutulmasını pisləyib

Rumıniya Xarici İşlər Nazirliyi (XİN) Kiyevdə Azərbaycanın səfirliyinin binasının atəşə tutulmasını qətiyyətlə pisləyib. Bu barədə “Report” məlumat verir. Nazirlikdə qeyd ediblər ki, noyabrın 14-də gecə saat 1:00 radələrində raket və dron hücumları nəticəsində “İsgəndər” tipli raketin (Rusiya) Kiyevdə Azərbaycan səfirliyinin ərazisinə düşməsi Vyana Konvensiyasının kobud şəkildə pozulmasıdır. “Diplomatik nümayəndəliklərin ərazisi toxunulmazdır. Azərbaycan Xarici İşlər Nazirliyi və azərbaycanlı həmkarlarımızla tam həmrəyliyimizi ifadə edirik”, – Rumıniya XİN-də bildiriblər. Xatırladaq ki, Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə çağırılıb və ona noyabrın 14-də təqribən gecə saat 1:00-da Ukraynanın paytaxtı Kiyev şəhərinə raket…

Read More
Dünya 

Hindistan səfərində kim qalib olacaq – Putin, yoxsa Tramp?

Rusiya Prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp Hindistana səfər etməyə hazırlaşır. Bəs Hindistana birinci kim səfər edəcək: Putin yoxsa Tramp? Politoloq Elxan Şahinoğlu mövzu ilə bağlı Musavat.com-a danışıb: “Kremldən yayılan məlumata görə, Rusiya Prezidenti Vladimir Putinin ilin sonuna qədər Hindistana səfər etməyi planlaşdırır. Kremlin sözçüsü Dmitri Peskov Putinin Hindistana səfərinin 2025-ci ilin sonuna qədər reallaşacağını bildirib. “Hazırda Putinin bu ilin sonuna qədər planlaşdırılan Hindistan səfərinə fəal şəkildə hazırlaşırıq. Ümid edirik ki, bu, mənalı bir səfər olacaq”, – deyə o bildirib. Bu arada, ABŞ prezidenti Donald Trampın da Hindistana…

Read More
Dünya 

Türkiyədən təyyarə qəzası ilə bağlı SON DƏQİQƏ MƏLUMATI – RƏSMİ

Türkiyə Milli Müdafiə Nazirliyi ölkənin Hərbi Hava Qüvvələrinə məxsus C-130 hərbi nəqliyyat təyyarəsinin Azərbaycandan qayıdarkən Gürcüstan ərazisində qəzaya uğraması barədə yeni məlumat yayıb. Musavat.com xəbər verir ki, qurum göyərtədəki 20 hərbçinin həlak olduğunu təsdiqləyib. Nazirlik həmin hərbçilərin ad və soyadlarını da açıqlayıb. Gökhan Korkmaz – polkovnik-leytenant Serdar Uslu – mayor Nihat İlgen – mayor Cüneyt Kandemir – baş leytenant Emre Mercan – baş leytenant Nuri Özcan – baş gizir Ümit İnce – baş gizir Burak Özkan – gizir Emrah Kuran – gizir Hamdi Armağan Kaplan – gizir Akın Karakuş – gizir…

Read More
Dünya 

Ərdoğandan təyyarə qəzası ilə bağlı İLK AÇIQLAMA

  Qəzaya uğrayan təyyarənin qalıqlarını aşkarlamaq üçün axtarışlar davam edir. Bunu Türkiyəyə məxsus hərbi yük təyyarəsinin Gürcüstanda qəzaya uğraması haqda danışan Prezident Rəcəb Tayyib Ərdoğan deyib. O, Türkiyənin bu qəzadan minimum itki ilə çıxacağını bildirib: “Təyyarəmizin qəzaya uğradığını öyrəndik. Ölkənin müvafiq qurumlarının təyyarənin qalıqlarını aşkarlamaq üçün axtarışları davam edir. İnşallah, bu qəzadan minimum itki ilə çıxarıq. Rəbbim şəhidlərimizə rəhmət eləsin, dualarımız onlarladır”. (Report)

Read More
Dünya 

Moskva geri çəkilir – Lavrov qərarı açıqladı

Rusiya ABŞ-la arasında yüksək səviyyəli diplomatik dialoqun bərpasına dair siqnal verib. Musavat.com-un xəbərinə görə, Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, Moskva Vaşinqton təşəbbüs göstərdiyi halda Vladimir Putin və Donald Tramp arasında yeni görüşün hazırlanmasını müzakirə etməyə hazırdır. Nazirin sözlərinə görə, Rusiya tərəfi ABŞ-ın əvvəllər irəli sürdüyü və son vaxtlar mediada səsləndirilən “yeraltı qazıntılar”, gizli hərbi fəaliyyət və digər şübhələrlə bağlı sualları da müzakirə etməkdən yayınmır: “Əgər amerikalılar prosesə geri dönmək niyyətini göstərsələr, biz bu mövzuları açıq şəkildə masa üzərinə qoymağa hazırıq”. Lavrov görüşün keçirilməsi üçün Rusiya üçün ən optimal…

Read More
Dünya 

Rusiyadan Britaniyaya ittiham – “Qırıcı təyyarəmizi qaçırmağa cəhd olunub”

Rusiya Federal Təhlükəsizlik Xidməti “Kinjal” raketi ilə silahlanmış MiQ-31 təyyarəsinin qaçırılmasının qarşısını aldığını iddia edir. Rusiya kəşfiyyat xidmətinin məlumatına görə, əməliyyat “Britaniyalı idarəedicilərin” iştirakı ilə planlaşdırılıb. Ukrayna kəşfiyyatının planlaşdırdığı bu təxribatda təyyarənin Rumıniyanın Konstansa şəhərindəki aviabazaya uçması nəzərdə tutulurdu və orada hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilə bilərdi. Bildirilir ki, rusiyalı pilotlara qırıcı təyyarəni Ukrayna ərazisinə aparmaq üçün 3 milyon dollar təklif edilib. Dərc olunmuş videoda pilotlardan biri vəsaitin onun şəxsi bank kartına köçürüləcəyinə söz verildiyini deyir. FTX materiallarında beynəlxalq araşdırmaçı jurnalist qrupu Bellingcat-dan bəhs olunur. Kəşfiyyat xidmətinin məlumatına…

Read More
Dünya 

Erməni iş adamı Gürcüstanda həbs edildi – 12 ilədək cəza ala bilər

Gürcüstanda erməni iş adamı, “Crystal Group”un sahibi Vladimir Stepanyan barəsində həbs qətimkan tədbiri seçilib. “Qafqazinfo” xəbər verir ki, bu barədə Tbilisi Şəhər Məhkəməsi qərar qəbul edib. Belə ki, ittiham tərəfi Stepanyanın şahidlərə təsir göstərə biləcəyi, sübutları məhv edə biləcəyi və ya məlumatları gizlədə biləcəyi ilə bağlı narahatlığını əsas gətirərək, onun həbs olunmasını istəyib. Məhkəmə zamanı Stepanyan məsələ ilə bağlı açıqlama verməyib. Vəkili onun 500 min lari (314232,9 AZN) girov müqabilində azadlığa buraxılmasını istəyib. O, qanunsuz sahibkarlıq fəaliyyəti və qeyri-qanuni gəlirlərin leqallaşdırılmasında ittiham olunur. Prokurorlar iddia edirlər ki, Stepanyan qanunsuz tikilmiş…

Read More
Dünya 

Putin Rusiya vətəndaşlığı üçün şərtləri sərtləşdirdi

Rusiya prezidenti Vladimir Putin ölkədə vətəndaşlıq və yaşayış icazəsinin verilməsi qaydalarını ciddi şəkildə dəyişdirən yeni fərman imzalayıb. Musavat.com xəbər verir ki, sərəncama görə, 18–65 yaş arası kişilər yalnız Müdafiə Nazirliyi ilə hərbi kontrakt imzaladıqdan sonra Rusiya vətəndaşlığına və ya yaşama icazəsinə (VNH) müraciət edə biləcəklər. Qayda bununla da məhdudlaşmır. Sənədə əsasən, Ukrayna, Qazaxıstan və Moldova vətəndaşları olan qadınlar da vətəndaşlıq üçün müraciət etməzdən əvvəl Müdafiə Nazirliyi ilə rəsmi müqavilə bağlamağa məcbur edilirlər. Beləliklə, Rusiya hakimiyyəti miqrasiya prosesində hərbi komponenti daha da sərtləşdirir və ölkənin şəxsi heyət ehtiyatının artırılması məqsədini açıq şəkildə…

Read More
Dünya 

Tokayev Rusiyaya səfər edəcək

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev 11-12 noyabr tarixlərində Rusiyaya dövlət səfəri edəcək. “Report”un Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, səfər Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə baş tutacaq. Danışıqlar zamanı Rusiya-Qazaxıstan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin siyasi, ticarət-iqtisadi və mədəni-humanitar sahələrdə daha da inkişaf etdirilməsinin aktual məsələləri, həmçinin regional və qlobal gündəmin əsas mövzuları müzakirə ediləcək. “Səfər zamanı mühüm ikitərəfli sənədlərin imzalanması planlaşdırılır”, – məlumatda qeyd edilib. Putin və Tokayevin Qazaxıstanın Uralsk şəhərində keçiriləcək Rusiya və Qazaxıstan arasında XXI Regional Əməkdaşlıq Forumunun plenar iclasının iştirakçılarına videokonferans formatında müraciət edəcəkləri planlaşdırılır.

Read More
Dünya 

Bu ölkədə güclü zəlzələ ehtimalı barədə xəbərdarlıq edildi

Yaponiyada noyabrın 9-da 6,9 bal gücündə yeraltı təkan qeydə alınan bölgədə yaxın bir həftə ərzində yeni güclü zəlzələnin baş verməsi mümkündür. Bu barədə ölkənin Milli Meteorologiya İdarəsi açıqlama yayıb. Yaponiyalı seysmoloqların proqnozuna əsasən, yaxın günlərdə oxşar gücdə yeni bir zəlzələ baş verə bilər. Bu səbəbdən yerli sakinlərə ehtiyatlı və diqqətli olmaları tövsiyə olunur./Report

Read More