Dünya 

İraqda Ayətullah Xameneyinin ölümü ilə əlaqədar üçgünlük matəm elan edildi

İraq hökuməti İranın Ali Rəhbəri Ayətullah Əli Xameneyinin həlak olması ilə bağlı ölkə daxilində üçgünlük ümummilli matəm elan edib.

Musavat.com xəbər verir ki, İraq hökumətinin sözçüsü Bassem əl-Avadi tərəfindən verilən rəsmi bəyanatda Xameneyinin ölümü “təcavüzkar bir aktın nəticəsi” kimi qiymətləndirilib. Bəyanatda İraq xalqı adına İran xalqına və bütün İslam dünyasına dərin hüznlə başsağlığı verilib.

Qeyd edək ki, bu qərar Bağdadda gərginliyin artdığı bir vaxtda qəbul edilib. Xameneyinin ölüm xəbərindən sonra yüzlərlə nümayişçi Bağdadın “Yaşıl zona”sına və ABŞ səfirliyinə doğru yürüş edərək hücumlara etirazını bildirib. İraqın müxtəlif şiə qruplaşmaları və dini liderləri, o cümlədən Müqtəda əs-Sadr da baş verənlərlə bağlı başsağlığı verərək matəm elan ediblər.

Daha çox xəbərlər