Dünya 

İrandan İsrailə atılan raketlərin sayı AÇIQLANDI

İsrailin hücumuna cavab olaraq İrandan təxminən 1200 raket buraxılıb.

Musavat.com xəbər verir ki, bu barədə İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) yaydığı məlumatda bildirilib.

İsrail polisi isə ölkənin mərkəzi hissəsində raket qalıqlarının düşdüyünü açıqlayıb.

Sosial şəbəkələrdə İranın hücumundan sonra yaranan dağıntılara aid görüntülər yayılır.

Израиль провёл самую масштабную воздушную операцию в своей истории

Eyni zamanda İsrailin Hərbi Hava Qüvvələri İran ərazisinə endirdiyi zərbə ölkə tarixində ən genişmiqyaslı əməliyyat hesab olunur.

Açıqlamada bildirilir ki, əməliyyat yüksək dəqiqlikli kəşfiyyat məlumatları əsasında diqqətlə planlaşdırılıb və yüzlərlə döyüş təyyarəsinin koordinasiyalı fəaliyyəti ilə həyata keçirilib. İsrail ordusu bu hücumu tarixdə ən böyük hərbi hava zərbəsi adlandırıb.

Məlumata görə, əməliyyatda 200-dən çox təyyarə iştirak edib. İsrail döyüş təyyarələri İranda təxminən 500 hədəfə, o cümlədən hava hücumundan müdafiə sistemlərinə və raket buraxılış qurğularına yüzlərlə sursat atıb.

Daha çox xəbərlər