Dünya 

ÜST rəhbəri Qəzzadakı vəziyyətlə bağlı çağırış edib

Avqustun sonunda və sentyabrda Qəzzada sirkulyasiya edən virus variantının yayılmasının qarşısının alınması üçün iki tur poliomielitə qarşı peyvənd kampaniyasının başlanması gözlənilir. “Report” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus “X”də yazıb. “Həyat xilasedici peyvəndlərin ehtiyacı olan bütün uşaqlara çatması üçün humanitar fasilələr çox vacibdir. Biz bütün tərəflərdən kampaniyanın hər turunda yeddi gün ərzində humanitar fasilələr tətbiq etməyi xahiş edirik”,-o qeyd edib.

Read More
Dünya 

Meymunçiçəyi ölkə-ölkə dolaşıb “çiçək açır”

2024-cü ildə ilk meymunçiçəyi virusuna yoluxma faktı Pakistanda təsdiqlənib. ARANTV.AZ “Röyter” agentliyinə istinadla xəbər verir ki, bundan əvvəl Afrikadan kənarda aşkar edilən ilk meymunçiçəyi infeksiyasının İsveçdə üzə çıxdığı bildirilib. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) meymunçiçəyi (monkeypoks) epidemiyasını ictimai səhiyyə üçün fövqəladə vəziyyət elan edib. ÜST rəhbəri Tedros Adanom Qebreyesus qeyd edib ki, epidemiya təkcə Konqo Demokratik Respublikasına deyil, həm də qonşu ölkələrə – Burundi, Keniya, Ruanda və Uqandaya yayılıb.

Read More
Dünya 

Günün xəritəsi – “qollu bərabərlik”, qızaran və göyərən ərazilər

Bu, şəklini gördüyünüz xəritə parçası Rusiya-Ukrayna müharibəsinin hazırkı mənzərəsini əks etdirir. Ruslar 2 il 6 aydır davam edən bu müharibəni “xüsusi hərbi əməliyyat”, ukraynalılar isə “Rusiyanın işğalçılıq müharibəsi” adlandırırlar. Xəritədə sarı rənglə əks olunan yerlər Ukraynanın ərazisini, yaşıl fon isə Rusiyanın torpaqlarını göstərir. “Qırmızı bölgələr” Rusiya tərəfindən işğal olunan və adı “azad edilmiş ərazilər” qoyulan Ukrayna torpaqlarıdır. Göy rənglə örtülmüş vilayətlər isə son 9 gündə Ukrayna ordusu tərəfindən nəzarət altına alınan və adı “azad edilmiş ərazilər” qoyulan Rusiya torpaqlarıdır. Neytral mövqedən yanaşsaq, “qırmızı” və “göy” ərazilərin ikisi də işğal olunmuş…

Read More
Dünya 

Dörd deputatlığa namizədə XƏBƏRDARLIQ

Sentyabrın 1-də keçiriləcək Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilərdə namizədliyi qeydə alınan dörd nəfərə xəbərdarlıq edilib. Bu barədə “Report”un yerli bürosuna Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasından məlumat verilib. Belə ki, seçkilərdə 28 saylı Naxçıvan şəhər seçki dairəsindən namizədliyi qeydə alınan İsmayılxanlı Rövşən Əli oğlu, 8 saylı Düdəngə seçki dairəsindən namizədliyi qeydə alınan Mahmudov Rövşən Əzim oğlu, Mehdiyev Həkimeldostu Bayram oğlu və Nadirov Cavanşir Abbasqulu oğlu “Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında” qanunun 63-cü maddəsinin tələblərini pozaraq seçkiqabağı təşviqat aparılması müddətinin tələblərinə əməl etməyiblər. Bildirilib ki, 28 saylı Naxçıvan…

Read More
Dünya 

İsrail Qəzzaya hava zərbəsi endirib, üç nəfər ölüb

İsrailin Qəzza zolağının cənubundakı Əl-Səbra bölgəsinə endirdiyi hava zərbəsi nəticəsində üç nəfər ölüb, daha bir neçə nəfər yaralanıb. “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Qətərin “Al Jazeera” telekanalı məlumat yayıb. Bildirilib ki, İsrail Silahlı Qüvvələrinin Qəzza zolağına kütləvi hücumları davam etdirməsi nəticəsində anklavın mərkəzi və cənub bölgələrində onlarla insanın öldüyü hesab olunur.

Read More
Dünya 

“Priqojinin izi ilə”: Rusiyada muzdluların növbəti üsyanı yetişir

“Ölkəmiz bəlaya, özü də böyük bəlaya düçar edilib, bütün baş verənlər “böyük Putinin” hakimliyinin nəticəsidir…” Rusiyanın “Paladin” özəl hərbi şirkətinin təsisçisi Georgi Zakrevski cəbhədəki uğursuzluqlar və Rusiyanın daxili problemlərinə görə günahı Vladimir Putinin üzərinə qoyub və hakimiyyəti devirməyə çağırış edib. Bu barədə “24tv.ua” nəşri məlumat yayıb. “Ölkəmiz bəlaya, özü də böyük bəlaya düşüb”, – Zakrevski deyib. Onun sözlərinə görə, Ukraynanın pilotsuz uçuş aparatlarının Rusiyanın mərkəzi rayonlarında olması, Qara dəniz donanmasının faktiki olaraq məhv edilməsi, nəsli kəsilən və içkiyə düşkün olan ölkə əhalisi, habelə praktiki olaraq iki il ərzində donub qalan…

Read More
Dünya 

Ərdoğan məmurlara çağırış edib: Yorulmusunuzsa, istefa verin

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məmurlara çağırış edib. “Report” xəbər verir ki, bunu Türkiyənin dövlət başçısı hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) 23-cü ildönümü ilə bağlı keçirilən tədbirdə işləməkdən yorulan məmurları istefaya çağırıb. “Fikrimcə, belə məmurlar varsa, onların istirahət etməsi yaxşıdır. Amma işləyənlər də gərək düzgün və məsuliyyətli olsunlar. Xalqa xidmət barədə düşünsünlər”, – R.T.Ərdoğan söyləyib

Read More
Dünya 

Rusiya-Ermənistan arasında Gorus-Qafan yolu ilə bağlı sənəd imzalanıb?

Ermənistan Xarici işlər nazirliyi Qarabağda 44 günlük müharibədən sonra Rusiya ilə imzalanmış Gorus-Qafan avtomobil yolunda sərhəd nəzarəti ilə bağlı sənədin mövcudluğunu təsdiqləyib. ARANTV.AZ erməni mediasına istinadən xəbər verir ki, nazirliyin mətbuat xidməti bu barədə “Sputnik Ermənistan”ın sorğusunu müsbət cavablandırıb. Avqustun 1-də Rusiya FTX-nin Ermənistandakı sərhəd idarəsi Zvartnots keçid məntəqəsində dövlət sərhədinin mühafizəsini dayandırıb və öz bölmələrini, o cümlədən Gorus-Qafan-Çakaten bölməsini Sünikdən çıxarmağa başlayıb. Bu qərar 2024-cü il martın 1-də Ermənistan tərəfinin müraciətindən sonra qəbul edilib. Rusiya sərhədçilərinin Sünikdən çıxarılması ilə əlaqədar “Sputnik Ermənistan” Ermənistan Xarici işlər nazirliyindən Gorus-Çakaten hissəsində nəzarətin…

Read More
Dünya 

Azərbaycan XİN Pakistanı təbrik edib

Azərbaycan Xarici işlər Nazirliyi Pakistanı Müstəqillik Günü münasibətilə təbrik edib. ARANTV.AZ  xəbər verir ki, bu barədə nazirliyin “X” hesabında paylaşım edilib. “Qardaş Pakistan İslam Respublikasına və Pakistan xalqına Müstəqillik Günü münasibətilə səmimi və ürəkdən təbriklər! Müstəqillik gününüz mübarək, Pakistan!”, – deyə paylaşımda qeyd edilib.

Read More
Dünya 

ABŞ Səudiyyə Ərəbistanına 750 milyon dollardan artıq silah tədarük edəcək

ABŞ prezidenti Co Baydenin administrasiyası Səudiyyə Ərəbistanına silah satışına qoyulan qadağanı ləğv edib. Oxu.Az xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti mənbələrə istinadən məlumat yayıb. Bildirilib ki, ABŞ yaxın aylarda Səudiyyə Ərəbistanına 750 milyon dollardan artıq silah tədarük edəcək. Bunlara tədarükü 2021-ci ildə dayandırılmış 3000 kiçik diametrli bomba və 7500 “Paveway IV” bombası daxildir. Silahların təhvil verilməsi ilə Ağ Ev neftlə zəngin krallıqla əlaqələri möhkəmləndirmək və seçki öncəsi dividendlər qazanmağı hədəfləyir.

Read More