Dünya 

İsrail İrana qabaqlayıcı zərbələr ENDİRƏ BİLƏR

İsrail rəhbərliyi Tehrandan hücum qaçılmaz olarsa, İrana qarşı qabaqlayıcı zərbə endirmək imkanını nəzərdən keçirir. Bu barədə “The Times of Israel” məlumat yayıb. Belə ki, avqustun 4-ü axşam saatlarında İsrailin Baş naziri Benyamin Netanyahu ordu və kəşfiyyat xidmətlərinin rəhbərliyi ilə görüş keçirib. Bu toplantının iştirakçıları arasında müdafiə naziri Yoav Qalant, İsrail Ordusunun Baş Qərargah rəisi Hertsi Halevi, Mossad kəşfiyyatının rəhbəri David Barnea və Baş Təhlükəsizlik Xidmətinin (əks-kəşfiyyat) rəhbəri Ronen Bar da olub. Nəşr qeyd edib ki, görüş zamanı qeyd edilib ki, qabaqlayıcı tədbirlər yalnız İranın niyyətləri ilə bağlı kəşfiyyat məlumatlarının doğru…

Read More
Dünya 

İsa peyğəmbərin çarmıxa çəkildiyi yerdə sensasiyalı TAPINTI – FOTO

Arxeoloqlar İsa peyğəmbərin dəfn edildiyi və dirildiyi deyilən yerdə çoxdan itmiş qurbangah aşkar ediblər. Tapıntı Qüdsdəki Müqəddəs Qəbir kilsəsi yaxınlığında görülən işlər zamanı aşkar edilib. Səkkiz fut uzunluğunda və beş fut enində olan daş, orta əsrlərdə romalılar tərəfindən istifadə edilən lent dizaynı və fərqli yazılarla bəzədilib. Qurbangahın 1149-cu ildə hazırlandığı ehtimal olunur. Hesab edilirdi ki, qurbangah 1808-ci ildə baş verən yanğın zamanı məhv olub. “Tarixçilər üçün bu kəşf bir çox cəhətdən sensasiyadır” deyə kəşfi edən Avstriya Elmlər Akademiyasının komandası bildirib. “Daily Mail” qeyd edir ki, Müqəddəs Qəbiristanlıq Kilsəsinin yerləşdiyi yer…

Read More
Dünya 

İsrailin 100 minə yaxın vətəndaşı uçuşların ləğvi səbəbindən geri qayıda bilmir

Yaxın Şərqdəki vəziyyətin kəskinləşməsi fonunda İsrailə uçuşların kütləvi şəkildə ləğvi səbəbindən bu ölkənin azı 100 min vətəndaşının vətəninə qayıtmaq imkanı yoxdur. “Report” xəbər verir ki, bu barədə İsrailin “12-ci Telekanalı” məlumat yayıb. Telekanalın aviasiya sənayesindəki mənbələri yerli hava limanlarında İsrailə uçuşlara keçid üçün Yunanıstana və ya Kiprə getmələrinin tövsiyə olunduğunu bildirib. Ölkənin milli aviadaşıyıcısı El Al İsrailə müntəzəm uçuşlar həyata keçirməyə davam edir və vətəndaşların geri qayıtmalarına kömək etmək üçün cədvəlinə beş əlavə reys əlavə edəcək. İsrailin Xarici İşlər Nazirliyi, insanların yerlərini bildirə biləcəyi və ölkəyə qayıtmaq üçün əlavə tövsiyələr ala biləcəyi…

Read More
Dünya 

Tramp Putini təbrik etdi

ABŞ-nin keçmiş prezidenti və prezidentliyə hazırkı namizəd Donald Tramp Rusiya lideri Vladimir Putini məhbus mübadiləsi münasibətilə təbrik edib və bunun əla olduğunu bildirib. Oxu.Az rbc.ru-ya istinadən xəbər verir ki, siyasətçi bu barədə Atlantada keçirilən mitinqdə danışıb. “Mən Vladimir Putini daha bir böyük iş münasibətilə təbrik etmək istəyirəm”, – deyə Tramp bəyan edib. Xatırladaq ki, avqustun 1-də Rusiya, ABŞ, Belarus, Almaniya, Sloveniya və Norveç yaxın tarixdə görünməmiş məhbus mübadiləsi həyata keçirib. Prosesdə 26 nəfər iştirak edib. 10 nəfər Rusiyaya, 12 nəfər Almaniyaya, 4 nəfər isə ABŞ-yə təhvil verilib. Mübadilə Ankarada baş tutub.

Read More
Dünya 

Vatikan məyusdur

Vatikan Parisdə Olimpiya Oyunlarının açılış mərasimindəki “müəyyən səhnələrdən” məyus olub. Bu, Vatikanın rəsmi bəyanatında əksini tapıb. Qeyd edilib ki, çoxlu xristian və başqa dinlərə inananlar Parisdə Olimpiya Oyunlarının açılış mərasimindəki bəzi səhnələrdən inciyib və Vatikan bu etirazlara qoşulmaya bilməz: “Ortaq dəyərləri birləşdirən belə bir mötəbər tədbirdə dini inancları təhrif edən metaforalara əl atıla bilməz”. Qeyd edək ki, iyulun 26-da Parisdə keçirilən Oyunların açılış mərasimində Leonardo da Vinçinin “Son şam yeməyi” əsərinin parodiyası nümayiş etdirilib, seksual azlıqlara yer verilib./APA

Read More
Dünya 

Ən yüksək orta aylıq əməkhaqqı hansı ölkələrdə verilir?

Ən yüksək orta əməkhaqqı verilən ölkələrin reytinqində birinci yeri İsveçrə tutub. Bu barədə “Finansı Mail” portalı “Ceoworld” jurnalının hesabatına istinadən məlumat verib. Bu ölkədə 2023-cü ildə orta aylıq əməkhaqqı 8 111 dollar (təxminən 13.8 min manat) olub. İkinci yerdə 6 633 dollarla (təxminən 11.3 min manat) Lüksemburq, üçüncü yerdə isə 6 455 dollarla (təxminən 11 min manat) ABŞ qərarlaşıb. Eyni zamanda, saatlıq əməkhaqqı baxımından ilk üçlük fərqli görünür. Birinci yerdə İslandiya – 54.84 dollar (93.16 manat), ikinci Lüksemburq – 53.15 dollar (90.27 manat) və üçüncü yerdə İsveçrə – 47,75 dollar…

Read More
Dünya 

İrandan ANONS: Bir neçə saatdan sonra…

İranda dövlət televiziyası vasitəsilə bir neçə saatdan sonra bütün dünyanın görəcəyi maraqlı hadisələrin olacağı anons olunub. APA xəbər verir ki, ABŞ və İsrail kəşfiyyatı İranın İsrailə hücumunun bu gün və ya sabah başlaya biləcəyi barədə xəbərdarlıq etmişdi. İsrailin Ben Qurion hava limanında artıq gecə reysləri ləğv edilib və İsrail üzərində hava məkanı boşdur. Xatırladaq ki, HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda qətlə yetirilməsindən sonra İranın Ali Dini Lideri Əli Xamneyinin İsraili vurmaqla bağlı orduya əmr verdiyi ilə bağlı xəbərlər yayılmışdı.

Read More
Dünya 

“Hizbullah” İsrailin dərinliklərinə zərbələr endirə bilər

Livanın “Hizbullah” hərəkatı Beyruta edilən hücuma cavab olaraq təkcə hərbi hədəfləri seçməyərək, İsrail ərazisinin dərinliklərinə zərbələr endirə bilər. Bu fikri İranın BMT-dəki daimi nümayəndəliyinin əməkdaşı “CBS” televiziyasına şərhində bildirib. Onun sözlərinə görə, indiyə qədər hərbi əməliyyatlarla bağlı “Hizbullah” ilə İsrail arasında yazılmamış anlaşma var idi: “Bu o demək idi ki, onlar sərhəd bölgələrində, ölkənin dərinliklərində olmayan ərazilərə, əsasən hərbi hədəflərə qarşı addımlar atırdılar. Bununla belə, İsrailin Dahiya bölgəsindəki yaşayış binasını bombalaması bu razılaşmanın üzərindən xətt çəkib. Biz gözləyirik ki, “Hizbullah” yalnız hərbi hədəflər və üsullarla məhdudlaşmayaraq, daha uzaq məsafələrdəki geniş…

Read More
Dünya 

“Əbdülhəmid Han” Qara dənizdə yeni kəşfiyyat-axtarış işlərinə başlayır

Türkiyənin “Əbdülhəmid Han” kəşfiyyat-axtarış qazma gəmisi Qara dənizdə yeni qazma işlərinə başlayır. ARANTV.AZ  xəbər verir ki, gəmi bu gün Qara dənizdəki yeni missiya yerinə yola salınıb. Bu barədə məlumat verən Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar bu ilin sonunadək Qara dənizdə kəşfiyyat quyusunu tamamlayıb uğurlu nəticə əldə edəcəklərinə ümidvar olduğunu bildirib. Nazir Türkiyənin Aralıq dənizində apardığı fəaliyyətlərin də başa çatdırılmadığını, əksinə, daha da genişləndiriləcəyini vurğulayıb.

Read More
Dünya 

Taliban HƏMAS liderinin ölümündə Tehranı ittiham etdi

Taliban HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsini İslam ümməti və cihadçı hərəkat üçün böyük itki adlandırmaqla yanaşı, onun ölümündə Tehranı da ittiham edib. ARANTV.AZ  “yeniakit”ə istinadən xəbər verir ki,  bu barədə bir qrup Taliban mücahidinin yayımladığı videoda sui-qəsdin arxasında İranın olduğu iddia edilib. Taliban rəhbərliyi İslam və ərəb dünyası başda olmaqla nüfuzlu tərəfləri İsrailin regionda təcavüz və cinayətlərinin qarşısını almaq üçün hər cür səy göstərməyə çağırsa da, digər qrup bu məsələdə fərqli mövqe sərgiləyib. Bəzi Taliban mücahidləri rəsmi açıqlamadan asılı olmayaraq, Haniyənin öldürülməsinə görə İrana qarşı ciddi ittihamlar səsləndiriblər.…

Read More