Taliban HƏMAS liderinin ölümündə Tehranı ittiham etdi
Taliban HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsini İslam ümməti və cihadçı hərəkat üçün böyük itki adlandırmaqla yanaşı, onun ölümündə Tehranı da ittiham edib.
ARANTV.AZ “yeniakit”ə istinadən xəbər verir ki, bu barədə bir qrup Taliban mücahidinin yayımladığı videoda sui-qəsdin arxasında İranın olduğu iddia edilib.
Taliban rəhbərliyi İslam və ərəb dünyası başda olmaqla nüfuzlu tərəfləri İsrailin regionda təcavüz və cinayətlərinin qarşısını almaq üçün hər cür səy göstərməyə çağırsa da, digər qrup bu məsələdə fərqli mövqe sərgiləyib.
Bəzi Taliban mücahidləri rəsmi açıqlamadan asılı olmayaraq, Haniyənin öldürülməsinə görə İrana qarşı ciddi ittihamlar səsləndiriblər.
Ərəb sosial mediasında yayılan videoda adı qeyd olunmayan qrup üzvləri İranla İsraili bir medalın iki üzü adlandırıb.
Videoda həmçinin Haniyənin öldürülməsinin arxasında Xameneyinin əlinin olduğu iddia edilir.