Dünya 

“Münasibətimiz mənə kabab gətirməsi ilə başladı” – Aralarında 42 yaş fərq var – FOTO

İngiltərədə sevgilisi özündən 42 yaş böyük olan gənc qadın münasibətlərinin necə başladığını açıq etiraf edib. O bildirib ki, sifariş etdiyi kababın çatdırılması ilə başlayan münasibət bir müddət sonra sevgiyə dönüb. Nikeisha Lightfoot adlı qadının 60 yaşlı sevgilisi Dimitrios Fotis ilə ilk tanışlığı 2022-ci ilə təsadüf edir. Aralarındakı yaş fərqi səbəbi ilə tənqidlərə məruz qalsalar da onlar xoşbəxt görünür. Babası yaşda kişi ilə eşq yaşayan Nikeisha “Kaş ki, insanlar eşqdə yaşın sərhəddi olmadığını bilsəydilər”, – deyib./Titul.az

Read More
Dünya 

Hikmət Hacıyev: Dezinformasiya xəbərlərlə manipulyasiya etməyə imkan verir

Texnoloji inkişaf, rəqəmsallaşdırma informasiyanın sürətlə yayılması ilə bərabər, yalan məlumatın da yayılmasına səbəb olur. Report-un Şuşaya ezam edilən müxbirinin verdiyi məlumata əsasən, bunu II Qlobal Media Forumunun ikinci iş günündə çıxış edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib. O qeyd edib ki, dezinformasiya xəbərlərlə manipulyasiya etməyə imkan verir.

Read More
Dünya 

Rusiya Ermənistana “pomidor müharibəsi” elan etdi

İyulun 17-də Ermənistanın Qida Təhlükəsizliyi Müfəttişliyinə “Rosselxoznadzor”dan məktub daxil olub. ARANTV.AZ erməni mətbuatına istinadən xəbər verir ki, məktubda aprel-iyun aylarında Ermənistandan Rusiyaya ixrac edilən meyvə-tərəvəzlərdə pozuntular qeydə alındığı və buna görə də bu ölkədən məhsul tədarükünün müvəqqəti məhdudlaşdırıldığı qeyd edilir. Söhbət Ermənistandan Rusiyaya ixrac olunan alma və pomidordan gedir. Aprel-iyun aylarında yoxlanılan 8 partiyada pestisid qalıqlarının normadan dəfələrlə yuxarı olduğu aşkarlanıb. Buna görə də “Rosselxoznadzor” iyulun 15-dən Ermənistan şirkətinin ixrac etdiyi məhsulların Rusiya ərazisinə girişini qadağan edib. Ermənistan Qida Təhlükəsizliyi Müfəttişliyindən yerli mətbuata bildirilib ki, mövcud vəziyyətlə əlaqədar iki strukturun…

Read More
Dünya 

İtalyansayağı uzunömürlülük qarışığı – Sizi bir çox xəsətliklərdən qoruyacaq

Hər birimiz uzun və sağlam həyat arzulayırıq və məlum olur ki, bu, hər kəs üçün mövcud olan məhsullar sayəsində olduqca mümkündür. Lent.az xəbər verir ki, zeytun və acı çili bibərinin birləşməsi inanılmaz faydalı xüsusiyyətlərə malikdir. Zeytun yağı əsasında hazırlanmış italyan uzunömürlülük qarışığı Aralıq dənizi pəhrizinin simvoluna çevrilib. Bu məhsul ürək-damar xəstəlikləri, piylənmə, 2-ci tip şəkərli diabet, hipertoniya və metabolik sindrom riskini azaltmaqla yanaşı, orqanizmi yaşlanma ilə bağlı müxtəlif xəstəliklərdən də qoruyur. İtalyanlar zeytun yağı və acı çili bibərinin birləşməsinin bir çox faydalı xüsusiyyətləri olduğunu iddia edirlər. Acı bibərin aktiv komponenti olan…

Read More
Dünya 

Dünyanın ən ölümcül 7 bitkisi – Toxumu belə ölümə səbəb olur – FOTO

Dünyada 390 minə yaxın bitki növü var. Bunların əksəriyyəti zərərsiz olsa da, bəzi bitkilər var ki, onların ən kiçik istehlakı insanları zəhərləmək və öldürmək üçün kifayətdir. Məsələn, bilirdinizmi ki, demək olar ki, bütün bölgələrdə rast gəlinən zakkumun içilməsi öskürək, ishal, ürək döyüntüsünün pozulması, epilepsiya, koma və ölümə səbəb olur?Alimlər dünyanın ən ölümcül 7 bitkisinin adını açıqlayıblar. Bu bitkilərin ən az miqdarı belə insanları zəhərləyə bilər. BAKU.WS xarici KİV-ə istinadən həmin bitkilərin adlarını təqdim edir: 1. Tütün Tütün dünyada ən çox yetişdirilən kommersiya bitkisidir. Bitkinin bütün hissələri nikotin ehtiva edir və yeyildikdə…

Read More
Dünya 

İçməli suyun baha olduğu ölkələr

Monakoda 1,5 litr içməli su orta hesabla 5,8 dollara başa gəlir. Bu şəhər dövlətini içməli suyun ən baha olduğu ölkələrin antireytinqində lider edir. Siyahıda sonrakı yerləri əsasən Karib hövzəsi və Afrika ölkələri tutur: Antiqua və Barbuda, Mərkəzi Afrika Respublikası, Barbados, Baham adaları, Kosta-Rika, Qrenada və Eritreya. Birləşmiş Ştatlar dünyanın ən böyük iqtisadiyyatları arasında ən bahalı içməli suya sahib olan yeganə dövlətdir. ABŞ-da 1,5 litr içməli su üçün orta hesabla 2,19 dollar ödəməli olacaqsınız. Bu göstərici ilə ölkə səkkizinci yerdə qərarlaşıb. Tullantıları tualetə atmaq Makaron suyu, işlənmiş yağ, çay yarpaqlarını və…

Read More
Dünya 

NATO tarixində ilk: Bu ölkəni açıq təhdid etdi

NATO-nun Vaşinqtonda keçirilən sammitinin yekun bəyannaməsində Çinin Rusiyanın Ukraynada apardığı müharibənin əsas sponsoru adlandırılması qütblər arasında gərginliyi artırıb. Şimali Atlantika Bloku Çini Rusiyanın hərbi maşınına maddi və siyasi dəstəyi dayandırmağa çağırıb. NATO tarixində ilk dəfədir ki, Çinin ünvanına bu qədər sərt fikirlər səsləndirilib. Bu sözləri politoloq Elxan Şahinoğlu bildirib. O qeyd edib ki, ekspertlər bəyanatda Çinin Rusiyaya artan dəstəyinin baha başa gələcəyi ilə bağlı Pekinin ünvanına gizli təhdid olduğu qənaətindədirlər: “Bu cür bəyanatdan və çağırışdan sonra əksinə, Pekin Moskva ilə tərəfdaşlığını daha da gücləndirəcək. Pekin Vaşinqtonun və Brüsselin bu kimi…

Read More
Dünya 

Alimlərdən həyəcan təbili: 2024-cü il…

Son 12 ayda dünyanın orta temperaturu rekord həddə çatıb. Keçən ay tarixin ən isti iyun ayı olub və bu il dünyanın ən isti iyunu ola bilər. Bu barədə “Reuters“ xəbər verir. 2023-cü ilin iyun ayından etibarən hər ay əvvəlki illərin müvafiq ayı ilə müqayisədə planetin ən isti ayı olub. Bu barədə Avropa İttifaqının İqlim Dəyişikliyi Xidməti “Copernicus”un (C3S) aylıq bülletenində deyilir. Ən son məlumatlara görə, 2024-cü il rekordlar başlayandan bəri ən isti il kimi 2023-cü ili keçə bilər. Alimlər deyirlər ki, texnogen iqlim dəyişikliyi və təbii hava fenomeni El-Nino bu…

Read More