Dünya 

Paris Olimpiadası ləğv edilir?

Beynəlxalq Olimpiya Komitəsi (BOK) Paris Olimpiadasının mümkün ləğvi ilə bağlı məlumatla əlaqədar bəyanat yayıb. Məlumata görə, Fransada parlament seçkisinin birinci turundan sonra kütləvi etiraz aksiyaları fonunda Paris Olimpiyadasının təxirə salınması ilə bağlı yayılan xəbərlərin dezinformasiya olduğu açıqlanıb. “Bu, açıq-aydın Fransaya, BOK-a və onun prezidentinə və Olimpiya Oyunlarına qarşı davam edən dezinformasiya kampaniyasının bir hissəsidir . Bunun heç bir faktiki əsası yoxdur. BOK prezidenti və bütün Olimpiya Hərəkatı 2024-cü ildə Parisdə keçiriləcək möhtəşəm Olimpiya Oyunlarını səbirsizliklə gözləyir”. Parisdə keçiriləcək Olimpiya Oyunlarının iyulun 26-da başlaması və avqustun 11-dək davam etməsi planlaşdırılır.//Oxu.az

Read More
Dünya 

Astanada ŞƏT-in iclası başladı – Belarus rəsmi üzv oldu

Bu gün Astanada Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) zirvə toplantısı işinə başlayıb. Zirvə toplantısında qəbul edilən qərara əsasən, Belarus rəsmən Şanxay Əməkdaşlıq Təşkilatına üzv seçilib. Xatırladaq ki, hazırda ŞƏT-ə Qazaxıstan sədrlik edir. Hazırda Qazaxıstanın paytaxtı Astanada davam edən Zirvə görüşünə 16 ölkənin dövlət və hökumət başçıları qatılıblar.    

Read More
Dünya 

Ərdoğan və Putinin Astanada müzakirə edəcəkləri məsələlər açıqlanıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putinin müzakirə edəcəkləri məsələlər açıqlanıb. “Report” xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb. Qeyd olunub ki, dövlət başçıları Şərqi Avropa və Yaxın Şərqdə davam edən müharibələri müzakirə edəcəklər. Həmçinin, Suriya-Türkiyə münasibətlərinin normallaşması da masada olacaq. Bundan başqa, liderlərin qarşılıqlı maraq doğuran digər məsələləri, ikitərəfli əlaqələri müzakirə edəcəkləri gözlənilir. Qeyd edək ki, R.T.Ərdoğanla V.Putinin iyulun 3-4-də Qazaxıstanın paytaxtı Astanada keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Dövlət Başçıları Şurasının 24-cü sammitində görüşü planlaşdırılır.

Read More
Dünya 

Ərəblərin hamını şoka salacaq RƏQSİ – VİDEO

Son vaxtlar sosial şəbəkələrdə, xüsusilə də TikTok-da əynində keçi dərisindən “libas”, başında keçi buynuzları olan ərəblərin rəqs videoları yayılır.  Bu videoları “İslamın əsl üzü budur!” tipli sərsəm şərhlər də müşayiət edir. Əslində bu videodakı görüntülər nədir? Həmin görüntülər Mərakeşdə, “Bujlud” bayramında çəkilib. “Bujlud” kəlməsi ərəb dilindəki “əbu” (“ata”) və “jilud” (“dəri”)  sözlərinin birləşməsi olaraq hərfi mənası “dərilərin atası” olan sözdür. Bərbər tayfalarından biri olan amaziqlərin minillərlə tarixi olan bayramıdır və bərbərlər bu bayrama “bilmaven” də deyirlər. Hər il Qurban Bayramından sonra amaziqlər bu bayramı qeyd edirlər. Qurban kəsilən keçilərin dərilərindən…

Read More
Dünya 

İki nazir dəyişdi

Türkiyənin nazirlər kabinetində iki nazirin istefa verməsi ilə onların yerinə iki yeni təyinat olub. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzaladığı qərarla Fahrettin Kocanın yerinə səhiyyə naziri postuna İstanbul Vilayət Səhiyyə İdarəsinin rəhbəri Kamal Memişoğlu, Mehmet Özhasekinin yerinə isə ekologiya, şəhərsalma və iqlim dəyişikliyi naziri postuna Murad Kurum təyin edilib. Türkiyə Böyük Millət Məclisinin Ətraf Mühit Komissiyasının sədri və Ədalət və İnkişaf Partiyasından İstanbul millət vəkili olan Kurum ikinci dəfə nazir təyin edilib. Murat Kurumun təyin olunması ilə hakim partiyanın TBMM-dəki yerlərinin sayı 264-ə düşüb.//APA

Read More
Dünya 

Dünyanın ən bahalı toyunun dəvətnaməsi görənləri ŞOKA SALDI – VİDEO

Hindistanlı milyarder Mukeş Ambani 28 yaşlı oğlu Anant Ambaninin toy dəvətnamələri ilə gündəmə gəlib. Anant və nişanlısı – milyarder Viren Merçantin 29 yaşlı qızı Radhika Merçantın toy dəvətnaməsi hədiyyə dolu yeşikdə yer alıb. Toy iyulun 12-də olacaq. Mukeş Ambaninin sərvəti 111 milyard dollar qiymətləndirilir ki, bu da onu Asiyanın ən varlı adamı və dünyanın 11-ci ən varlı insanı edir. Yenisabah.az

Read More
Dünya 

Göbələyin hansı fayda və zərərləri var?

“Göbələk mədə xorası, bağırsaq xəstəlikləri, böyrək və qaraciyər çatışmazlığı olan insanlar üçün əks göstərişdir”. Bu barədə rusiyalı həkim Nadejda Podkorytova məlumat verib. “Mədə-bağırsaq xəstəlikləri zamanı göbələk yemək olmaz. Əlavə olaraq allergiya xəstələri də bu məhsuldan çəkinməlidirlər”, – deyə həkim bildirib. O qeyd edib ki, kolit, qastrit, duodenit, pankreatit, xora, böyrək və ya qaraciyər çatışmazlığı olan insanlar göbələkli yeməklərdən çəkinməlidirlər: “Göbələkdəki vitamin və zülal tərkibinə görə sağlam insanlar üçün faydalıdır. Diabetli insanlar üçün bu məhsul şəkər səviyyələrini idarə etməyə kömək edəcək. Göbələkdən çox istifadə etməməlisiniz. Tövsiyə olunan gündəlik porsiya 100-200 qramdır”.…

Read More
Dünya 

Yeni qanun qüvvəyə mindi: Elektron siqaretlər ancaq apteklərdə satılacaq

Avstraliya hökuməti yaxın günlərdə elektron siqaretlərin apteklərdən kənarda satışını qadağan edən qanunun icrasına başlayacaq. Avstraliya, apteklərdən kənarda elektron siqaretlərin satışını qadağan edən ilk ölkə kimi dünyanın diqqətini çəkib. Bundan sonra ölkədə elektron siqaretlər yalnız apteklərdə satılacaq və 18 yaşından kiçik şəxslər elektron siqaretləri yalnız həkim resepti ilə ala biləcəklər./lent.az

Read More
Dünya 

Fransa BMT hesabatında tənqid edildi – Polineziya və Yeni Kaledoniyaya görə

Birləşmiş Millətlər Təşkilatının (BMT) Dekolonizasiya üzrə Xüsusi Komitəsinin (C-24) Venesuelada bu ilin 14-16 may tarixlərində təşkil etdiyi regional tədbirin yekun hesabatı Komitənin iyunun 21-də Nyu-Yorkda keçirilən iclasında qəbul edilib. Hesabatda Azərbaycanla bağlı bəzi məqamlar öz əksini tapıb. İştirak edən üzvlər Azərbaycan hökumətinin 2025-ci ildə öz ölkəsində Xüsusi Komitənin regional seminarının keçirilməsi təklifini nəzərə alıblar. Xüsusi Komitənin iştirak edən üzvləri yekun şərhlərində Xüsusi Komitənin üzvü olmayan BMT-yə üzv olan digər dövlətlərin komitənin işində fəal iştirakının vacibliyini qəbul ediblər və bununla əlaqədar Azərbaycanın seminarda iştirakını alqışlayıblar. Hesabatda Fransız Polineziyası və Yeni Kaledoniya…

Read More
Dünya 

Aİ Rusiyaya qarşı 15-ci sanksiyalar paketi üzərində işə başlayacaq

Avropa İttifaqı (Aİ) ölkələri Rusiyaya qarşı 14-cü sanksiyaların qəbulundan dərhal sonra 15-ci sanksiyalar paketi üzərində işə başlayacaqlar. “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Finlandiya Xarici İşlər Nazirliyi məlumat yayıb. Qeyd edək ki, Aİ 14-cü sanksiyalar paketi çərçivəsində Rusiyadan 69 nəfəri və 47 təşkilatı qara siyahıya salacaq. Bundan əlavə, sanksiyalar ilk dəfə olaraq Rusiyanın mayeləşdirilmiş təbii qaz (LNG) ixracına qarşı yönəldiləcək.

Read More