Dünya 

Türkiyə azərbaycanlı qadının cəsarətindən danışır – VİDEO

Türkiyənin Hakkari bölgəsinin Çukurca rayonunda 6 ildir Jandarmada xidmət edən azərbaycanlı qadın cəsarəti ilə diqqət çəkib. ARANTV.AZ  “Qafqazinfo”ya istinadla xəbər verir ki, söhbət Sevinç Gökdən gedir. Qonşu ölkə mediasının gündəmi olan azərbaycanlı qadının türkiyəli həyat yoldaşı Salih Gök də onunla eyni yerdə xidmət aparır. Çukurcanın sıfır nöqtəsində terrorla mübarizədə fəal iştirak edən qadın hisslərini bölüşüb:

Read More
Dünya 

Kommunal xidmətlərin qiymətləri artacaq – İyulun 1-dən…

Rusiyanın Sankt-Peterburq şəhərində mənzil-kommunal xidmətlərinin tarifləri iyulun 1-dən artacaq. Şəhərin kommunal xidmət göstərən müəssisələri artıq vətəndaşlara müvafiq xəbərdarlıq göndərməyə başlayıb. Qeyd olunur ki, Sankt-Peterburq sakinləri 2024-cü ilin iyul ayından soyuq suyun hər kubmetri üçün 39,7 rubl, kanalizasiya üçün isə eyni məbləğdə pul ödəməli olacaqlar. Bu qərar Sankt-Peterburq Tarif Komitəsinin tələbləri ilə əlaqədar qəbul edilib. O da bildirilir ki, mənzil-kommunal xidmətlərinin tariflərinin maksimum bahalaşması 9,4 faiz təşkil edəcək. (Publika.az)

Read More
Dünya 

Adanada “Ölülər qəhvəxanası” – Orada nə baş verir?

Türkiyənin Adana rayonunun Kozan səmtində yerləşən nostalji qəhvəxana “Ölülərin qəhvəxanası” adlanır. Bu qəhvəxananın divarlarından həyatını itirmiş 800 nəfərin fotoşəkili asılıb. Bildirilir ki, hər bayramda ölənlərə dualar edilir. Qəhvəxananın müdiri Nejat Karataş bildirir ki, burada hər kəsin öz ləqəbi var: “Yeni nəsillərin ləqəbi yoxdur, amma böyüklərimiz burada həmişə bir-birini ləqəblərindən tanıyıb. Biz də bu ənənəni davam etdiririk. Burada ləqəb verilərkən ailənin tarixi nəzərə alınır”./publika.az

Read More
Dünya 

Daha bir ölkədə illər sonra quş qripi aşkarlandı

Qabonda 2022-ci ildən bəri ilk dəfə olaraq quş qripi aşkarlanıb. Bu barədə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (WOAH) məlumat yayıb. Məlumata görə, quş qripinin “H5N1” ştammı ilə yoluxma ocağı Librevil şəhərinin quşçuluq bazarında aşkarlanıb. Qabon hakimiyyətinin Parisdə yerləşən WOAH-a təqdim etdiyi hesabatda virusun Librevildəki “Mont Bouet” quşçuluq bazarında quş qripinə qarşı epidemioloji nəzarət çərçivəsində götürülən nümunələrdə aşkar edildiyi bildirilib. Yoluxan quşların hansı fermadan gəldiyini müəyyən etmək mümkün olmayıb.//Medicina.az

Read More
Dünya 

Azərbaycan iki erməni hərbçinin qalıqlarını Ermənistana təhvil verib

Azərbaycan 2 erməni hərbçiyə aid olan meyit qalıqlarını qarşı tərəfə təhvil verib. ARANTV.AZ xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb. 2023-cü ilin sentyabr ayında həyata keçirilmiş antiterror əməliyyatından sonra işğaldan azad olunmuş ərazilərdə aparılmış axtarış işlərinin nəticəsində Daşkəsən rayonu istiqamətində Buğdadağ yüksəkliyinin və Kəlbəcər rayonu istiqamətində Dəvə dağının yaxınlığında iki insana aid olduğu ehtimal edilən sümük qalıqları aşkarlanaq götürülüb. Qalıqların 2022-ci ilin sentyabr ayında Ermənistan-Azərbaycan sərhədində baş vermiş döyüş əməliyyatı zamanı həlak olmuş iki Ermənistan hərbçisinə aid olması…

Read More
Dünya 

Gürcüstan Prezidenti ikinci müddətə namizədliyini irəli sürəcək? – AÇIQLAMA

Gürcüstan Prezidenti Salome Zurabişvili deyib ki, o, ikinci müddətə namizədliyini irəli sürmək imkanını istisna etmir, lakin bunun üçün ilk növbədə müxalifətin 2024-cü il oktyabrın 26-da keçiriləcək parlament seçkilərində qalib gəlməsi lazımdır. “Report” xəbər verir ki, bu barədə o, gənclərlə görüşündə bildirib. “Mən dəfələrlə demişəm və yenə də təkrar edirəm ki, işimizi sona çatdırmaq üçün lazım olan yerdə olacağam <…> Nəticəni (parlament seçkilərinin nəticəsi – red.) müdafiə edəcək, onu Brüsselə çatdıracaq və danışıqların aparılacağına dair təsdiqi alacaq şəxs olmaq istəyirəm. Bu prezident rolunda olacaq ya yox, gələcək göstərəcək. Hər şeyə hazıram”,…

Read More
Dünya 

“Yanğın” və “daşqın” arasında qalan Türkiyə – “Əjdahalar” vuruşur, ziyan ətrafa dəyir

Ötən həftənin sonunda Türkiyənin xarici işlər naziri Hakan Fidanın Rusiya və Çinin dominantlığı ilə qurulmuş BRİCS adlanan təşkilata qoşulmaq niyyətində olduğunu bəyan etməsi Rusiyada da, ABŞ və Avopada da sürpriz kimi qarşılanmış, mediada önəmli xəbərlərdən biri olmuşdu. Bu, ona görə beləydi ki, BRİCS ABŞ-nin rəhbərliyi ilə yaradılmış iqtisadi təşkilatlara alternativ təşkilatdır, bir növ ona sinə gərmək, onun iradəsinin altına girməmək, ona qarşı balans yaratmaq səciyyəsi daşıyır. NATO-da ABŞ-nin müttəfiqi olan Türkiyənin ABŞ ilə ya açıq düşmənçilik aparan, ya da onun əlaltısı olmaq istəməyən dövlətlərə qoşulmaq istəməsi, təbii ki, sıradan bir…

Read More
Dünya 

İran XİN başçısı vəzifəsinin icraçısı Rusiya prezidentinin müşaviri ilə görüşüb

İran xarici işlər naziri səlahiyyətlərini müvəqqəti icra edən Əli Baqeri Kani Rusiya Prezidenti Vladimir Putinin müşaviri və Şimal-Cənub dəhlizi üzrə xüsusi nümayəndəsi İqor Levitinlə görüşüb. “Report” xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb. Bildirilib ki, tərəflər regional və ikitərəfli məsələləri müzakirə ediblər. Məlumata görə, iyunun 10-11-də Rusiyanın Nijnı Novqorod şəhərində BRİKS-ə (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası) üzv on ölkənin xarici işlər nazirlərinin görüşü keçirilir. Əli Baqeri bundan əvvəl Çinin xarici işlər naziri Van İ ilə görüşüb.

Read More
Dünya 

Rusiya XİN KTMT-nin büdcəsinə düzəlişlərin edilməsi zərurətini açıqlayıb

Ermənistanın ödənişdən imtina etməsini nəzərə alaraq, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) cari il üçün büdcəsinə düzəliş etmək lazımdır. “Report” Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. KTMT-nin maliyyələşdirilməsinin dayandırılması barədə qərar daha əvvəl Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan tərəfindən açıqlanıb. O qeyd edib ki, İrəvan təşkilatın Kollektiv Təhlükəsizlik Şurasının 23 noyabr 2023-cü il tarixli “KTMT-nin 2024-cü il büdcəsi haqqında” qərarına qoşulmaqdan çəkinəcək.

Read More
Dünya 

Sarıkök Alzheymeri müalicə edir?

İtaliyanın Kalabriya Universitetinin alimləri müəyyən ediblər ki, kurkumin tərkibli nanohissəciklər siçanlarda neyrodegenerativ xəstəliklərin (Alzheymer və Parkinson) simptomlarını azalda bilər. Kurkumin sarıkökə daxil olan maddə və pəhriz əlavəsidir. Mürəkkəb bir sıra bioloji xüsusiyyətlərə malikdir, o cümlədən antiinflamatuar, antioksidant, antiproliferativ, antitümör, immunomodulyator, antimikrob, antidiyabetik və neyroprotektiv təsir göstərir. Tədqiqatın bir hissəsi olaraq elm adamları siçanlara kurkumin nanohissəcikləri ilə doymuş kapsul veriblər. Nanohissəciklər diametri bir ilə 100 nanometr (nm) arasında dəyişən bərk maddə hissəcikləridir. Müxtəlif qida əlavələrindəki nanohissəciklərin üstünlüyü onların sürətli sorulması və yüksək bioavailability (bioəlçatan) olmasıdır. Bu o deməkdir ki, nanohissəcik formatında…

Read More