Dünya 

Putin ABŞ-nin Rusiyadakı aktivlərinin istifadəsi ilə bağlı fərman verdi

  Rusiya məhkəmələri ABŞ-nin Rusiyadakı əmlakından istifadə etmək hüququ əldə edib. Bu qərar Rusiyanın ABŞ-dəki aktivlərinə həbs qoyulması nəticəsində dəymiş ziyanın kompensasiya edilməsi (ödənilməsi) məqsədi daşıyır. Müvafiq müddəalar Rusiya Prezidenti Vladimir Putinin ABŞ-nin qeyri-dost hərəkətlərinə görə Rusiyaya dəymiş ziyanın ödənilməsi qaydası haqqında fərmanında yer alıb. Söhbət ABŞ-nin, ABŞ şirkətləri və vətəndaşlarının Rusiya ərazisində yerləşən daşınar və daşınmaz əmlakından, habelə onlara məxsus qiymətli kağızlardan, Rusiya şirkətlərinin nizamnamə kapitalındakı paylarından, ABŞ və ölkə əhalisinin Rusiyadakı digər mülkiyyət hüquqlarından gedir. Xarici sərmayələrə nəzarət üzrə hökumət komissiyası ABŞ-də Rusiya aktivlərinin müsadirə edilməsindən dəyən ziyanın…

Read More
Dünya 

Azərbaycan Mədəniyyət Mərkəzi Türkiyədə “Bir millətin iki dövləti” adlı jurnal təsis edəcək

Türkiyədəki Səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Ankaradakı Dünya Söz Akademiyasının və “Kültür Ajans Yayınları” Nəşriyyat Evinin rəhbəri, professor Hayrettin İvginlə görüşüb. ARANTV.AZ xəbər verir ki, səfirliyin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzində baş tutan görüşdə Azərbaycan – Türkiyə ədəbi əlaqələri, Azərbaycan ədəbiyyatının Türkiyədə tanıdılması istiqamətində əməkdaşlıq, birgə tədbirlər və layihələrin həyata keçirilməsi müzakirə olunub. Görüş zamanı Samir Abbasov Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncanı ilə Türkiyədə yaradılmış Azərbaycan Mədəniyyət Mərkəzinin Azərbaycan ədəbiyyatı, dilinin təbliği məqsədi ilə layihələr həyata keçirəcəyini qeyd edərək, hər iki ölkənin ədəbiyyatşünaslarının bir-birinə daha da yaxınlaşdırılması,…

Read More
Dünya 

Aliment ödənişindən yayınanlarla bağlı yeni qanun

Rusiya Federasiya Şurası aliment öhdəlikləri üzrə borcluların ayrıca açıq reyestrinin yaradılması haqqında qanunu təsdiqləyib. ARANTV.AZ  TASS-a istinadən xəbər verir ki, reyestrə yetkinlik yaşına çatmayan uşaqların və ya yetkinlik yaşına çatmış və fəaliyyət qabiliyyəti olmayan uşaqların, habelə fəaliyyət qabiliyyəti olmayan valideynlərin saxlanması üçün vəsaiti ödəmədiklərinə görə inzibati və ya cinayət məsuliyyətinə cəlb edilmiş aliment üzrə borclular haqqında, həmçinin məhkəmə icraçıları tərəfindən axtarışa verilmiş aliment ödənişlərini yerinə yetirməmiş şəxslər haqqında məlumatlar daxil ediləcək. Qanuna görə, reyestrə daxil edildikdən və ya reyestrdən çıxarıldıqdan sonra borcluya 24 saat ərzində məlumat veriləcək. Bu, artıq qanunla…

Read More
Dünya 

Təbrizin imamı qəzadan sonra sağ imiş… – VİDEO

Mayın 19-da İranda ölkə Prezidenti İbrahim Rəisi və digər yüksəkvəzifəli məmurların həlak olduğu helikopter qəzası ilə bağlı yeni detallar məlum olub. ARANTV.AZ  “Tasnim” agentliyinə istinadla xəbər verir ki, helikopterin göyərtəsində olan və qəza zamanı həlak olan şəxslərdən biri Təbrizin imamı Məhəmməd Əli Haşemi hadisədən sonra sağ imiş. Bu barədə məlumatı İranın Fövqəladə Hallar üzrə Təşkilatının rəhbəri Məhəmməd Həsən Nami də təsdiqləyib. O bildirib ki, imam bir neçə saat həyatda qala bildiyindən onun cəsədi daha az yanmış vəziyyətdə olub. Belə ki, Haşemi, hətta mobil telefonu ilə Prezident Administrasiyasının rəhbəri Qulamhüseyn Esmailə…

Read More
Dünya 

Ermənistanda Azərbaycanla sərhədin demarkasiyası çərçivəsində yeni yol çəkiləcək

Ermənistanın Tavuş rayonunun Kirants (Güney) kəndinə Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və demarkasiyası çərçivəsində yeni yol çəkiləcək. Ermənistanın baş nazirinin administrasiyasının rəhbəri Araik Arutyunyan sosial şəbəkələrdə Kirants-Açarkut yolunun yenidən qurulmasına başlandığını bildirib. “Dünən Kirants-Açarkut yolunun bərpası üzrə işlərə start verilib. Yol beynəlxalq standartlara uyğunlaşdırılacaq”, – deyə o yazıb. Vurğulanıb ki, yol genişləndiriləcək və yük maşınlarının gediş-gəlişi təmin ediləcək. Bərpa işləri iki ay ərzində başa çatdırılmalıdır. Daha əvvəl Ermənistanın Tavuş rayonunun Kirants (Güney) kəndində artıq sərhəd dirəklərinin quraşdırıldığı bildirilmişdi. Mənbə: Sputnik

Read More
Dünya 

İranda milli matəm elan olundu

İran prezidenti İbrahim Rəisi və digər rəsmilərin helikopter qəzasında həlak olması ilə əlaqədar ölkədə milli matəm elan olunub. Həmçinin bu həftə İranda bütün idman tədbirləri də ləğv edilib. Mənbə: kp.ru 10:50 Helikopter qəzasında həlak olan İran prezidenti və rəsmilərinin Əhvazda vida mərasimi keçiriləcək. Bununla bağlı “Mehr” agentliyi məlumat yayıb. Bildirilib ki, İbrahim Rəisi və onunla birlikdə hellikopter qəzasında dünyasını dəyişənlərin vida mərasimi İmam Xomeyni məscidində baş tutacaq.

Read More
Dünya 

Azərbaycan-Ermənistan sərhədinin Xeyrimli kəndi istiqamətində demarkasiya işləri yekunlaşmaq üzrədir

Azərbaycan-Ermənistan sərhədinin Kirants (Günən) və Xeyrimli kəndləri arasındakı hissədə sərhədin demarkasiyası ilə bağlı işlər yekunlaşmaq üzrədir. Bu barədə erməni “Telegram” kanalları məlumat yayıblar. Xəbərdə qeyd olunub ki, sözügedən hissədə sərhəd Ermənistan Sərhəd Qoşunları tərəfindən nəzarətə götürülüb. Məlumat üçün əlavə edək ki, hazırda Ermənistan polisi Azərbaycan-Ermənistan sərhədində yerləşən Kirants (Günən) kəndinə giriş-çıxışı bağlayıb. Ehtimal olunur ki, Ermənistan polisi qarşıdurmanın qarşını almaq məqsədilə kəndə giriş-çıxışı bağlayıb.  

Read More
Dünya 

Aİ İrana başsağlığı verib

Avrop İttifaqı Şurasının Prezidenti Şarl Mişel İrana başsağlığı verib. “Report” xəbər verir ki, bu barədə o, “X”də yazıb. “Aİ helikopter qəzasında prezident İbrahim Rəisinin və xarici işlər naziri Əmir Abdullahianın, eləcə də onların nümayəndə heyətinin və ekipajının digər üzvlərinin vəfatı ilə bağlı səmimi başsağlığı verir. Düşüncələrimiz həlak olanların ailələri ilədir”,-o qeyd edib.

Read More